Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Sözün tərkibi. Kök və şəkilçi morfemləri



Yüklə 319,77 Kb.
səhifə5/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   189
2019-04-25 12-07-55

Sözün tərkibi. Kök və şəkilçi morfemləri

Morfologiyanın əsas vahidi morfemdir. “ Morfem sözün tərkibinə daxil olan mənalı vahiddir və morfologiyada sözün tərkibinə daxil olan hər cür vahidlərdən deyil, mənalı vahidlərdən – morfemlərdən bəhs olunur. Morfemlər iki yerə bölünür: kök morfemlər, şəkilçi morfemlər. Kök morfemlər sözün sinxron planda mənalı morfemlərə ayrıla bilməyən, yeni sözlərin və söz formaların yaranması üçün baza olan hissəsinə – söz köklərinə deyilir.


Sözlərin o hissəsi kök morfem sayılır ki, onlar müstəqil ifadə olunmaq, başqa morfemlərlə müstəqil əlaqələnmək imkanına malik olur və öz mənasını saxlayır.
Bəzən sözdə qrammatik məna ifadə edilir, lakin morfem işlənmir. Məsələn, Sən gəl cümləsində ikinci şəxsin, Uşaq gülür cümləsində üçüncü şəxsin təkini bildirən şəxs şəkilçisi olmasa da, cümlələrin xəbərinin 2-ci və 3-cü şəxsin təkində olduğu bilinir. Bu cür morfemlərə sıfır morfem deyilir ”. (Q.Kazımov. Müasir Azərbaycan dili.Morfologiya. Bakı-2010)
Kök morfemlər həm leksik, həm də qrammatik mənaya malik olur. Şəkilçi morfemlər isə yalnız qrammatik anlayışlar bildirir. Sözün kökü şəkilçidən yalnız şəkli əlamətlərinə görə deyil, məzmununa görə fərqlənir, çünki dilimizdə elə söz kökləri vardır ki, onlar fonetik tərkibi etibarilə şəkilçilərdən fərqlənmir: sən, inci, daş, ov, qan, dan, dən və s. Şəkli əlamətinə və fonetik tərkibinə görə fərqlənməyən morfemlərin kök və şəkilçi olması, müstəqil və ya qeyri-müstəqil işlənib-işlənməməsi, müstəqil məna daşıyıb-daşımaması ilə müəyyənləşdirilir. Həmçinin söz tərkibi daxilində oynadığı rola və məzmuna malik olub-olmamalarına görə də fərqləndirmək mümkündür. Nümunələri nəzərdən keçirək:
Müstəqil söz kimi: Şair, nə tez qocaldın sən?! (S.V.) Bir inci saflığı varsa da suda, Artıq işiləndə dərd verir o da. (N.G.) Bu daş qəlbli insanları neylərdin, ilahi?! (M.Ə.S.) Yürüyəlim, a bəylər, ov ovlayalım, quş quşlayalım... . (KDQ) Sellər kimi axmaqda qızıl qan, Canlar yaxar, evlər yıxar insan. (H.C.) Dan yeri ağaranda karvan yola düşdü . (F.K.) Bolu bəy baxdı ki, Koroğlu özünün Koroğlu olduğunu danır. (“Koroğlu”) Saçlarıma dən düşəndə Boğar aylar, illər məni. (S.V.) Dən yeyən quş dimdiyindən bəlli olar. (A. sözü)
Şəkilçi kimi: Səni bəşərdə bilən kim, nə gizli gövhərsən. (İ.N.) Nizami hər sözü demiş birinci, Qoymamış cilasız qalsın bir inci. (Ə.X.Dəhləvi)
Kökə xas olan cəhətlər aşağıdakılardır:

  1. kök sözün əsasını təşkil edir;

  2. kök müstəqil leksik mənaya malikdir;

  3. kök ayrılıqda işlənə bilir;

  4. kök sabit qalır, dəyişmir;

  5. kök müxtəlif şəkilçi qəbul edə bilir;

  6. kök hər hansı bir suala cavab verir;

  7. kök müxtəlif sintaktik vəzifə daşıyır.

Şəkilçilər isə köklərin tamamilə əksinə olaraq, sözün əsasını təşkil edə bilmir, kökdən ayrı işlənmir, söz kökünün tələbinə görə dəyişir və s. Şəkilçilər də sözlər kimi bir sıra prinsiplər əsasında qruplaşdırılır: vəzifəsinə (leksik, qrammatik), sözdəki mövqeyinə (ön, son), sözyaratma qabiliyyətinə (məhsuldar, qeyri-məhsuldar) və mənşəyinə (milli, alınma) görə.
Şəkilçilər yeni söz yaradır ( yeni yaranan sözlə kök arasında üzvi bağlılıq olur), sözlərin bir-birinə bağlanmasında, sözlər arasında əlaqə yaratmaqda çox mühüm rol oynayır. Qrammatik kateqoriyalar – kəmiyyət, hal, mənsubiyyət, xəbərlik, şəxs, zaman kateqoriyaları qrammatik şəkilçilərlə formalaşır.
Yalnız sözlər deyil, şəkilçilər də omonim, antonim və sinonimlik xüsusiyyətlərinə malikdir.
Azərbaycan dilində omonim şəkilçi çoxdur. Bəzilərinə nəzər yetirək:
ın4

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin