Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə50/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   189
2019-04-25 12-07-55

İstifadə edilmiş ədəbiyyat
1. R.Hümmətova. Ana dili –II. Bakı 2019
2. M. Hüseynzadə. Müasir Azərbaycan dili. Morfologiya. Bakı, 2007
3. B. Xəlilov. Müasir Azərbaycan dilinin morfologiyası. I-II hissə.
Bakı, 2000-2003
4. Kazımov Q. Müasir Azərbaycan dili (morfologiya). Bakı, 2010

IV Mövzu: Əvəzlik. Zərf
Plan:
1. Əvəzlik haqqında məlumat
2. Əvəzliyin məna növləri
3. Əvəzliyin sintaktik vəzifəsi
4. Zərf haqqında məlumat
5. Zərfin quruluşca növləri
6. Zərfin mənaca növləri
7. Zərfin sintaktik vəzifəsi

Adlar qrupuna daxil olan əsas nitq hissələrindən biri də əvəzlikdir. Əvəzlik olduqca mücərrəd, konkretlikdən məhrum, həmişə ümumi xarakterə malik olan bir nitq hissəsidir. Əvəzlik lüğəvi-semantik əlamətinə, sintaktik vəzifəsinə, formal xüsusiyyətinə görə başqa nitq hissələrindən fərqlənir. Belə ki, o, şəxs və ya əşyanı adlandırmır, ancaq işarə edərək onu əvəz edir. Bu nitq hissəsi vasitəsilə şəxs, əlamət, kəmiyyət ümumi halda göstərilir, ya da onlar haqqında dinləyənə ümumi halda sual verilir və onlar ümumiləşdirilir. Bir nitq hissəsi kimi əvəzlik öz həqiqi mənasını cümlə içərisində tapır.


Bu və ya digər nitq hissələrini əvəz edən, müəyyən münasibət, miqdar, keyfiyyət, şəxsə işarə edən əvəzliklər çox geniş tətbiq sahəsinə malikdir. Əvəzliklər bir növ ad və hərəkət bildirən sözlərin əvəzində işlənən hazır qəliblərdir. Əvəzliklər şəxs, əşya, əlamət, kəmiyyət və hərəkət bildirən sözlərin əvəzində işləndikdə məna qazanmış olur. Buna görə də əvəzliklərin dildə çox böyük əhəmiyyəti var. Əvəzliklər dili yersiz təkrarlardan, yeknəsəqlikdən qoruyur. Əvəzliklər saysız-hesabsız əşya və hadisələri, prosesləri, əlaməti, keyfiyyət və kəmiyyəti ümumiləşdirərək bir sözlə ifadə edir. Bütün canlı və cansız varlıqları “o, bu, mən, nə sözləri ilə ümumiləşdirmək olur. “ O ” sözü ilə bütün kainatı, varlığı nəzərdə tutmaq mümkündür...”
Əvəzliklər nitq hissələri ilə (adlarla) əlaqədar olduqda çox işlənir, əvəz etdikləri nitq hissələrinin təbiətinə uyğun olaraq, bir növ onlara yaxınlaşır. Məsələn, əvəzlik təyin rolunda çıxış etdikdə bu və ya digər əlamətləri ilə sifəti xatırladır, bəzən onlar ismə, bəzən də zərfə yaxınlaşır. Lakin bu uyğunluq əvəzliklərin müstəqil bir nitq hissəsi olmasına maneçilik törətmir. Çünki bu nitq hissəsinin sabit semantik mənası, morfoloji xüsusiyyətləri və s. vardır. Sintaktik xüsusiyyətləri isə sözlərin nitq hissələrə bölünməsində çox böyük rol oynamır. Əvəzlik cümlədə təyin vəzifəsində çıxış etdiyi kimi, başqa cümlə üzvü də ola bilər. Bu yaxınlığa görə uzun zaman Azərbaycan dilçiliyində əvəzliklərin çoxunu “ ismi-zəmir ” adı altında isimlərə, işarə əvəzliklərini isə “təyini-sifət” adı altında sifətlərə daxil etmişlər. Həmçinin əvəzliklərin növləri və miqdarı haqqında da müxtəlif fikirlər mövcud olmuşdur. Hətta 1950-1960-cı illərə qədər yazılmış qrammatika kitablarında əvəzliyin on bir növü göstərilmişdir. Bu say çoxluğu şəxs əvəzliyi ilə şəxs şəkilçilərinin fərqini dərk etməməklə bağlı idi.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin