Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Çox sözünün səciyyəvi xüsusiyyətləri



Yüklə 319,77 Kb.
səhifə48/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   189
2019-04-25 12-07-55

Çox sözünün səciyyəvi xüsusiyyətləri:
1. Çox sözü mənsubiyyət şəkilçisi ilə işləndikdə (kəmiyyət şəkilçisi ilə eyni vaxtda işlənə bilər) qeyri-müəyyən əvəzlik kimi işlənir: çoxu, çoxusu, çoxları;
2. Çox sözü -lu şəkilçisi ilə işlənərək yenə də qeyri-müəyyən say əmələ gətirir: çoxlu;
3. Çox sözü -dan şəkilçisi ilə işlənərək zaman zərfi yaradır: çoxdan;
4. Çox sözü -dan şəkilçisindən sonra -kı şəkilçisi qəbul etdikdə zaman məzmunlu sifət yaradır: çoxdankı.
Az sözünün səciyyəvi xüsusiyyətləri:
1. Az sözü maz ünsürü ilə işlənərək bir qədər, bir az mənasında, -acıq şəkilçisi ilə işlənərək qeyri-müəyyən kəmiyyətin azlığını bildirmək mənasında işlənir: az-maz, azacıq;
2. Mənsubiyyət şəkilçisi ilə işlənərək təkrar olunur və zamanın son həddini göstərir: Məqaləni azı-azı on günə qurtaracağam;
3. Az sözü bəzən də mənsubiyyət şəkilçisi qəbul edərək tək işlənir, əvvəlində ən ədatı işlənir, zamanın, miqdarın son hüdudunu bildirir: Bu işi ən azı on günə qurtarmalısan.
Kəsr sayları. Bu saylar bütövün, tamın müəyyən bir hissəsini bildirmək üçün işlədilir. Bütövü bildirən say -dan (-dən), yaxud -da (-də) şəkilçisi ilə, hissəni bildirən say şəkilçisiz işlənir: beşdə üç, dörddə bir. Məs.: Hələ mən gördüklərimin dörddə birini yazmayıram... (M. Ə.S.)
Sıra sayları. Sıra sayları miqdar saylarının üzərinə -inci4 (-nci) şəkilçilərinin qoşulması ilə düzəlir. Sıra sayları aid olduqları ismin sırasını dəqiq göstərir. Sıra sayları sifətlərə daha yaxındır. Hər ikisi isimlə bağlıdır. Hər ikisi substantivləşir (Substantivləşməyə meyilli olması onları isimlərə də yaxınlaşdırır). Hər ikisi cümlə üzvü kimi, əsasən, təyin olur. Hər ikisində hansı? sualı da işlənir (hansı? sualı, əsasən, sıra sayına verilir: beşinci (hansı?) cərgə). Hər ikisindən sonra gələn isimlər müvazilik bildirdiyi zaman cəm şəkilçisi ilə (beşinci siniflər, əllinci illər, yaxşı adamlar) işlənir. Sıra saylarından sonra gələn isimlər həmcins olduqda da cəm şəkilçisi qəbul edir: birinci, ikinci, üçüncü yerlər.
* Sıra sayları ərəb rəqəmləri ilə yazıldıqda defis qoyulur və sonra şəkilçi yazılır: 5-ci, 10-cu və s.
* Rum rəqəmlərindən sonra heç bir işarə qoyulmur.
* Sıra sayları ayrı-ayrı maddələri bildirirsə, onlardan sonra nöqtə, tire və yarmmötərizə qoyulur: 1. ; 1 – ; 1)
* Azərbaycan dilində sayları ifadə etmək üçün iki rəqəm sistemindən– ideoqrafik (ərəb) və rum (Roma) rəqəmlərin-dən istifadə edilir.
Dilimizdə saymənalı sözlər də çoxdur. Dilimizdə elə sözlər vardır ki, onların məzmununda da kəmiyyət, rəqəm anlayışı özünü açıq şəkildə əks etdirir. Məsələn, həftə (7 gün), ay ( 30, 31 gün), il (365 gün), qərinə (33 illik dövr), əsr (100 il), ağac (6-7 km.), düjün (12 ədəd), abbası (20 qəpik), şahı (5 qəpik), batman (8 kq.), girvəngə (400 qr.) və s.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin