Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Mırt-mırt oxumaqdan, kişi, bir qan ki, pul olmaz! Gup-gup



Yüklə 319,77 Kb.
səhifə119/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   115   116   117   118   119   120   121   122   ...   189
2019-04-25 12-07-55

Mırt-mırt oxumaqdan, kişi, bir qan ki, pul olmaz!
Gup-gup döyünüb darıldı bağrım (M.Ə.S.)
Səs təqlidi sözlərdən – yamsılamalardan bəzən bədii əsərlərdə sərlövhə (başlıq) kimi də istifadə edilmişdir. Aşıq Ələsgərin “Qıj-qıj”, “Qıjhaqıj” adlı dodaqdəyməz təcnisləri, A.Şaiqin “Tıq-tıq xanım” nağılı, C. Məmməd-quluzadənin “Mırt-mırt” hekayəsi, S. M. Qənizadənin “Xor-xor” vodevili yamsılamalarla adlandırılmışdır.
A. Ələsgərin “Qıj-qıj” təcnisindən bir bəndə nəzər yetirək:
Qıj-qıj qeyz eyləyər, çən çəkilər dağlara,
Qəhrindən selləri ay elər qıj-qıj.
Qarşı gəlsə həsrət çəkən yar yara,
Ağlı çaşar, qəlbi ay elər qıj-qıj.
Səs təqlidi sözlər iki qrupa ayrılır: Canlı varlıqlarla əlaqədar yaranan səs təqlidi sözlər; 2. Cansız varlıqların, cisim və hadisələrin səsini yamsılamaqdan yaranan səs təqlidi sözlər.
Canlı varlıqlarla əlaqədar yaranan səs təqlidi sözlər insanın danışıq üzvü, əl-ayaq hərəkətləri, fəaliyyəti, digər canlıların (quş, həşərat, heyvan) çıxardığı səslərin təqlidi ilə bağlı olur. Məsələn, hıh, öhö-öhö, şap, şaraq, tap-tup, tuq-tuq, şart, part, gup, tır-tır, vızz, qu-qu, məə, dızz, cik-cik və s.
Cansız varlıqların, cisim və hadisələrin səsini yamsılamaqdan yaranan səs təqlidi sözlər əsasən təbiətlə bağlı olaraq formalaşır. Bu qrupa daxil olan təqlidi sözlər göy gurultusunu, ildırım çaxmasını, yağış damcılarının, küləyin səsini, çayların, bulaqların, şəlalələrin səsini, yarpaqların pıçıltısını, ayaq altında qalan qarın çıxartdığı səsi və s. əks etdirir. Məs.: şırıl-şırıl (su səsi), şaraq-şaraq (göy gurultusu, ildırım səsi), xış-xış (yarpaqların səsi), xarr... xarr (dağ çaylarının, ayaqlanan qarın səsi), uuu... uuu (küləyin, meşələrin səsi), dam... tıp... dınq (yağış, dolu səsləri) və s.
Təqlidi sözlər söz yaradıcılığında fəal iştirak edir. Onun sözyaratma imkanları nida, say və əvəzlikdən üstündür. Təqlidi sözlərdən isimlər, feillər, zərf və sifətlər düzəlir. Bu sözlərdən -ıltı (-ilti, -ultu,- ültü) şəkilçiləri ilə isim (uğultu, nərilti, pıçıltı, fısıltı, gurultu, xışıltı, xorultu, xırıltı, qaqqıltı, şaqqıltı); -la,(-lə), -ilda (-ildə, -üldə, ulda), -a (-ə), -ır, (-ir,-ur,-ür) şəkilçiləri ilə feil (fırıldamaq, partlamaq, qaqqıldamaq, xışılda, xırılda, uğulda, gurulda, böyürmək, mələmək, ulamaq, bəyirmək, xortlamaq və s.) əmələ gəlir. Bəzi hallarda sifət də yaranır: mızmızı adam.
Təqlidi sözlər mürəkkəb zərflərin yaranması vasitələrindən biridir: şaraq-şaraq, pırıl-pırıl, mırt-mırt, şırıl-şırıl, bıldır-bıldır: Qaranqu axşam olanda hav-hav ürən, Acı ayran töküləndə çap-çap içən!... Söyləşdilər fısıl-fısıl, Kafirlərin felin duydum. (KDQ)
Təqlidi sözlərdən feli bağlama da əmələ gəlir: qaqqıldaşa-qaqqıldaşa, böyürə-böyürə, fısıldaya-fısıldaya və s. Məs.: Qatarlanıb hansı diyardan gəlirsiz, Qaqqldaşa-qaqqıldaşa, durnalar! (Q. Zakir)
Bunlardan əlavə, yamsılamaların təkrar olunması və yaxud digər morfoloji əlamətlərlə də isimlər əmələ gəlir: çaxçax, hophop, şapşap, pıspısa, çaqqanaq, qaqqanaq, xortum, qurtum, çəpik, şapalaq, fışqırıq və s.
Yamsılamalar quruluşca sadə və mürəkkəb olur.
Beləliklə, təqlidi sözlərin xüsusiyyətləri araşdırıldıqca onun dildə mühüm əhəmiyyətə malik leksik-morfoloji kateqoriya olduğu sübut olunur.


Suallar

  1. Köməkçi nitq hissələri əsas nitq hissələrindən nə ilə fərqlənir?

  2. Qoşmanın səciyyəvi xüsusiyyətləri nədir?

  3. Qoşma ismin hansı hallarına qoşulur və hansı məna çaları yaradır?

  4. Bağlayıcı ilə qoşmanın nə fərqi vardır?

  5. Qoşma və bağlayıcının sintaktik vahidlərin formalaşmasında hansı rolu vardır?

  6. Bağlayıcının quruluşu haqqında elmi ədəbiyyatlarda olan mühakimələrlə razısınızmı?

7. Ədatı digər köməkçi nitq hissələrindən fərqləndirən cəhət nədir?
8. Ədatın məna növləri hansılardır?
9. Ədatın üslubi məqamları barədə nə deyə bilərsiniz?
10. Modal sözlər dildə əhəmiyyəti nədir?
11. Modal sözlərin hansı məna növləri vardır?
12. Həm modal sözlər, həm də əsas nitq hissələri kimi işlənən sözlər varmı?
13. Xüsusi nitq hissələri köməkçi nitq hissələrindən nə ilə fərqlənir?
14. Nidanın üslubi məqamları haqqında nə deyə bilərsiniz?
15. Hansı xüsusi nitq hissəsi söz yaradıcılığında mühüm əhəmiyyət daşıyır?
16. Təqlidi sözlərin poetikası deyəndə nəyi başa düşürsünüz?

İstifadə edilmiş ədəbiyyat


1. R.Hümmətova. Ana dili –II. Bakı 2019
2. M. Hüseynzadə. Müasir Azərbaycan dili. Morfologiya. Bakı, 2007
3. B. Xəlilov. Müasir Azərbaycan dilinin morfologiyası. I-II hissə.
Bakı, 2000-2003
4. Kazımov Q. Müasir Azərbaycan dili (morfologiya). Bakı, 2010

VIII Mövzu: Sintaksis və onun predmeti. Sintaktik əlaqələr




  1. Yüklə 319,77 Kb.

    Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin