Ay (isim)çıxıbdır, yarıdır, Göy üzünün barıdır...(Bayatı)
Ay (nida) qız, sənin nə vədəndir, Kəsdiribsən qısa tellərin... (Xalq mahnısı) Aman (nida), doktor, əllərini saxla bir dəm, Bilirəm ki, öləcəyəm... (S. V.) Xain və satqınlara aman yoxdur. (isim) Dağlara duman gəlsə, bil ki, mən çəkən ahdır (isim kimi). Ah çəkdim, (frazeoloji b.) başın üstə yarpaqlar əsdi, gülüm, sənin qəlbin əsmədi. (B. V.) Ah, (nida) Bəhram, bilsən, sənin yolunu necə səbirsizliklə gözləyirəm. (C. C.) Can deməklə, candan can əskik olmaz, Məhəbbət artırar, mehriban eylər (isim kimi). (A.Ə.) Düşdü qəzetlər hörmətdən, ay can, ay can, Xalqın canı qurtardı töhmətdən, ay can, ay can (nida) (M.Ə.S.)
Əziziyəm, dedi vay, (isim)
Dedi aman, dedi vay. (isim)
Gülşəndən bir səs gəlir,
Heç bilmirəm nədi, vay! (nida) (Bayatı).
Nidanın cümlədə yeri sərbəstdir. Cümlənin əvvəlində, ortasında və axırında gəlir. Cümlənin əvvəlində işlədilən nida daha yüksək intonasiya ilə tələffüz edilə bildiyi halda, cümlənin ortasında və axırında gələn nida nisbətən aşağı intonasiya ilə tələffüz edilir.
Eyni bir cümlədə iki və daha artıq nida işlədilə bilər. Bu, subyektin müraciət etdiyi obyektə olan təsirini qüvvətləndirmək üçün edilir. Məs.: Paho, vay... Axır ki, Cəvahiri yola saldım getdi. (N.V.)
Bəzən cümlədə bir nida iki-üç dəfə təkrar olunur: Vay, vay, deyəsən, bəşər deyil bu... (M. Ə. Sabir).
Nidalar məna baxımından çox rəngarəngdir. Onların bir qismi müraciət olunan sözlərdən əvvəl gəlir (a, ə, ey, ay, hey), onlarla birlikdə işlənərək çağırış mənasını artırır. Həmin nidalara başqa mənaların (təklif, xahiş, qəzəb, zəhm, təəccüb, etiraz, arzu və s.) əlavə edilməsi isə cümlənin öz daxili məzmunundan, ya da cümlədə iştirak edən ədatların mənaca müxtəlifliyindən əmələ gəlir. Məs.: Ey gözüm, ey canım, get məktəbə cavanım! Ey dərbədər gəzib ürəyi qan olan cocuq, Bir parça nan üçün gözləri giryan olan cocuq! (M.Ə. Sabir)
A dağlar, uca dağlar,
Hamıdan qoca dağlar,
Ayrılıqdan üzüldüm,
Mən necə dözüm, dağlar?! ( Bayatı)
Xitabsız işlənən cümlələrdə çağırış, müraciət olmur (ey nidasından başqa). Onlar cümləyə hiss-həyəcan, qorxu, kədər, etiraz, nifrət, təəssüf və s. məna çalarları verir. Bu xüsusiyyətləri nəzərə alaraq, nidaları aşağıdakı kimi qruplaşdırmaq olar:
Dostları ilə paylaş: |