Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə173/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   169   170   171   172   173   174   175   176   ...   189
2019-04-25 12-07-55

Mübtəda budaq cümləsi
Mübtəda budaq cümləsi baş cümlənin mübtədası haqqında daha geniş təsəvvür yaratmaq məqsədi ilə işlədilir. Ya baş cümlədə buraxılmış mübtədanı əvəz edir, ya da baş cümlədə “o “ əvəzliyi ilə ifadə olunmuş mübtədanı aydınlaşdırmağa xidmət göstərir. Məsələn, 1) İki ildən artıq idi ki, qardaşı Aslanı görmürdü (C.Cabbarlı). 2) Qocanın danışığı ibratamiz əhvalatdan aydın oldu ki, haram yolla, xəyanətlə qazanılmış var-dövlət heç kimə qismət olmur. 3) O da məlumdur ki, qadın cəmiyyətin tərbiyəsində aparıcı qüvvədir.
Bu tabeli mürəkkəb cümlənin hər üçündə 1-ci komponent baş cümlədir. 1-ci və 2-ci misallardakı baş cümlələrdə mübtəda işlənməyib və istər-istəməz mübtədanın sualı olan nə? sualı tələb olunur. ”İki ildən artıq idi –nə ? Qardaşı Aslanı görmədiyi. Sadələşdirsək, belə alınacaq: Qardaşı Aslanı görmədiyi iki ildən artıq idi. Budaq cümlə substantivləşmiş feli sifət tərkibinə çevrildi və cümlənin mübtədası vəzifəsini icra etdi. 2-ci cumləni də bu qayda ilə sadələşdirsək , “nə aydın oldu?” sualına asanlıqla cavab taparıq.Yenə də budaq cümlə substantivləşmiş feli sifət tərkibinə çevrilir və cümlənin mübtədası vəzifəsini icra edir. Əslində sadələşdirməyə ehtiyac da yoxdur, çünki baş cümlədə buraxılmış və yaxud “o “ əvəzliyi əlavə izaha ehtiyacı olan cümlə üzvü öz sualını tələb edir və onun cavabını da budaq cümlə deyir. 3-cü nümunədəki tabeli mürəkkəb cümlənin baş cümləsində mübtəda var və “o “ əvəzliyi ilə ifadə olunub. Məlumdur _nə? O. Lakin o əvəzliyi nəyin məlum olduğunu dəqiqliyi ilə çatdıra bilmir. Deməli, əlavə izah verməyə, aydınlaşdırmağa ehtiyac var. Budaq cümlə həmin ehtiyacı ödəyir, yəni “qadının cəmiyyətin tərbiyəsində aparıcı qüvvə olduğu “ fikrini çatdırır.
Mübtəda budaq cümləsi kim?, nə?, bəzən də hara? sualına cavab verir. Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələr zəngin quruluş xüsusiyyətlərinə malikdir. Quruluş cəhətdən fərqlənən mübtəda budaq cümlələri bağlanma vasitələrinə görə də müxtəlifdir. Bu cəhətdən onları 3 qrupa bölmək olar:

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin