2) Bağlayıcı sözlər. Bu sözlər əslində sual əvəzliyindən formalaşmışıir. Bağlayıcı sözlər tabeli mürəkkəb cümlənin tərkib hissələri arasında bağlayıcı vasitə kimi işləndikdə sual bildirmir. Bu sözlər ki ədatı ilə də işlənir və bu zaman ki ədatıdan sonra vergül qoyulmur. Bağlayıcı sözlər aşağıdakılardir: kim ki, hər kim ki, hər kəs ki, hər nə, nə qədər, hansı, hər kəs və s. Bağlayıcılardan fərqli olaraq, bağlayıcı sözlər cümlə üzvü vəzifəsində işlənir və budaq cümlənin növünü müəyyən edir.
3) Ədatlar. Baş və budaq cümlə arasında bağlayıcı vasitə kimi əsasən -mi4, da, də, belə ədatlarından istifadə edilir. Da, də, belə ədatları -sa2 şərt şəkilçilərindən sonra işlənir və qarşılaşdırma budaq cümlələrini formalaşdırır. 1) Məsələn, Uşaqlar yalvarsa da, poçtalyon razı olmadı . 2) Bir insan ömründə nə qədər çox kef, eyş-işrət toplanmış olsa belə, bu hələ xoşbəxtlik demək deyildir. 3) Yağış yağdımı, küçədən keçmək olmur. -mı4 sual ədatı əsasən zaman, qismən də mübtəda, tamamlıq, təyin budaq cümlələrində işlənir. Məsələn, 1) Mən demədimmi, Dumada dəf olur ehtiyacımız (M.Ə Sabir). 2) Olmazmı, atanın qolundan qaldırıb, ona dayaq olasan ?
4) İntonasiya. Tabeli mürəkkəb cümlənin komponentlərinin bir-birinə bağlanmasında intonasiyanın da çox böyük rolu var. Çünki məhz ümumi vahid cümlə intonasiyasi onları cümlədə birləşdirir. Məsələn, 1)Qorxuram, cavan öləm, Yar gözü yaşlı qala (bayatı). 2)Yürüş etdi qəm ləşkəri, Könlüm şəhri talan oldu (A.Alı ). 3) Elə get, elə gəl bağ-bərəsindən, Bülbüllər hürküşüb, gül inciməsin. 4) Bilməm, niyə gəldin, niyə döndün, niyə baxdın? (H. Cavid ).
5) Modal sözlər və -sa2 səkilcisi. Tabeli mürəkkəb cümlənin baş və budaq cümlələri arasında elə bil, güya, güya ki, deyəsən, sanki modal sözlərindən istifadə edilir və əsasən, tərzi-hərəkət budaq cümləsində müqayisə məzmunu yaradır. Məsələn, 1) Elə intizarla baxdı ki, elə bil bütün həyatı bəyin müsbət və ya mənfi cavab verəcəyindən asılı idi (H. Mehdi). 2) Koroğlu Qıratın üstündə elə oturmuşdu ki , sanki quş qanadlarını acmışdı (“Koroğlu “).
Tabeli mürəkkəb cümlənin kompenentləri arasında ən çox -sa2 şəkilçisindən istifadə olunur. Belə ki, -sa şəkilçisi təkcə şərt deyil, müqayisə, qarşılaşdırma, mübtəda, tamamlıq, təyin və qoşulma budaq cümlələrinin də baş cümləyə bağlanmasına xidmət göstərir. Məsələn, 1) Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan (N.Gəncəvi). 2) Mövlam nə eyləsə, gözəl eylər. 3) İstəyirsənsə, götür. 4) Gərçi bu qoca Vidadi olsa da xəstə, Yenə Vaqif kimi yüz oğlana dəyər (M. V. Vidadi ). 5) Bir eybim varsa, o da eyibsizliyimdir (Ü. Hacıbəyov). 6) Nə vaxt qəlbin məni ansa, günəş kimi yollarına çıxaram. 7) Şah ədli, insafı eyləsə peşə, Şahlığı kök edib, qalar həmişə (Ə. Marağalı).
Müasir Azərbaycan dilində çox zəngin quruluş tipinə və semantik xüsusiyyətlərə malik olan tabeli mürəkkəb cümlənin budaq cümlələri cümlə üzvlərinə müvafiq olaraq işlənməkdədir. Budaq cümlələri aşağıdakı kimi təsnif etmək olar: 1) Mübtəda b/c 2) Xəbər b/c 3) Tamamlıq b/c 4) Təyin b/c 5) Zərflik b/ c a) Zaman b/c b) Yer b / c c) Tərzi –hərəkət b /c ç) Səbəb b/ c d) Məqsəd e) Dərəcə ə) Kəmiyyət f) şərt g) qarşılaşdırm
Dostları ilə paylaş: |