Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə180/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   176   177   178   179   180   181   182   183   ...   189
2019-04-25 12-07-55

1) Tərzi-hərəkət budaq cümləsi. Tərzi-hərəkət budaq cümləsi bas cümlədəki hərəkət və hökmün icra vəziyyətini və ya hal-vəziyyətin meydana çıxma tərzini bildirir, baş cümlədən çıxan necə? nə cur? suallarına cavab verir. Tərzi-hərəkət budaq cümləsinin Azərbaycan dilində mənaca 3 növü var.
I Nəticə bildirənlər. Belə tipli tərzi-hərəkət budaq cümlələri baş cümlədəki tərz bildirən zərflikləri aydınlaşdırmaqla yanaşı, nəticə məmunu da ifadə edir. Məsələn, 1)Yaxşı adamlar bir-birini incidəndə elə qüssələnirəm ki,ürəyim sıxılır.
2) Nizami, Xaqani, Məhsətinin və onların bir çox böyük müasirlə- rinin taleyi belə gətirmişdi ki, onlar fars dilində yazmağa məcbur edilmişdi.(S.V) 3) Polkovnik elə çığırdı ki, cinovnik yerlə yeksan oldu.(S.Rəh.). 4) O, qoltuq ağacını şüşəbəndə elə çırpmışdi ki, şüşələr çilik-çilik olmuşdu (M.C.).
II Məqsəd bildirənlər. Tərz budaq cümlələrinin bəziləri baş cümlədəki tərz zərfliklərini aydınlaşdırmaqla yanaşı, məqsəd məzmunu da ifadə edir. Məqsəd məzmunlu tərz budaq cümləsi sadələşdirildikdə baş cümlənin tərz zərfliyi olur. Məqsəd budaq cümlələri belə tipli budaq cümlələrlə qarışdırmaq olmaz. Məqsəd budaq cümləsi baş cümlədə görülən işin məqsədini bildirir, sadələş- dirildikdə də məqsəd zərfliyi olur. Məqsəd məzmunlu tərz budaq cümləsi baş cümlədəki elə, belə tərz zərfliklərini aydınlaşdırmağa xidmət göstərir. Həmçinin müqayisə məzmunlu tərzi-hərəkət budaq cümlələrin xəbərləri felin əmr formasında olur. Məsələn, 1) Elə gizlənim ki düşüb izimə, Heç tapa bilməsin qocalıq məni.
2) Mücahidləri elə düzmək lazımdır ki, şah qoşunu mühasirəni yara bilməsin.
III Müqayisə bildirənlər. Belə tipli tərzi-hərəkət budaq cümlə- sində baş cümlədəki hərəkət və hal-vəziyyətin tərzi müqayisə yolu ilə bildirilir. Müqayisə məzmunlu tərz budaq cümləsində elə bil, sanki, güya, deyəsən sözlərindən biri, baş cümlədə isə elə, belə işarə əvəzliklərindən biri işlənir. Budaq cümlə baş cümləyə bağlayı- cı, bağlayıcı söz və intonasiya ilə bağlanır. Müqayisə məzmunlu tərzi-hərəkət budaq cümləsinin 2 tipi var:
a) Budaq cümlə baş cümlədən əvvəl gəlir və baş cümləyə necə, nə cür, nə təhər, nə yolla sözləri, -sa, -sə şərt şəkilçisi ilə bağlanır. Buna müvafiq olaraq baş cümlədə elə, o cür, o qayda ilə də və s. qarşılıq sözləri işlənir, bəzən də heç biri işlənməyə bilər. Məsələn, 1) Giziroglu Mustafa bəy Koroğluya necə divan tutmuşdusa, Koroğlu da o cür dəlilərə nağıl edirdi. 2) Nə yolla deyirsiniz, elə də həll edin. b) Baş cümlə budaq cümlədən əvvəl gəlir. Baş cümlədə elə, belə işarə əvəzliyi, budaq cümlədə isə (əvvəlində) elə bil, sanki, güya, deyəsən sözlərindən biri işlənir. Tərkib hissələrin məzmunu bir-biri ilə müqayisə edilir. Məsələn, 1) Uşaq bu səsə elə cığırdı ki, sanki ətindən ət kəsilirdi. 2) Sona arxasını misterə və tacirə çevirib elə gedirdi ki, deyəsən, yağı daşan adam evinə qaçırdı.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin