1) Baş cümlədə olan işarə əvəzliyi cümlənin xəbəri vəzifəsində işlənirsə, budaq cümlə xəbər budaq cümləsi olacaqdır: Səttar xanın vəziyyəti elədir ki, sağ cinahdakı mücahidlərə silah-sursat çatdıra bilməz.
2) İşarə əvəzliyi baş cümlədə hərəkətin icra tərzini göstərir, müqayisə məzmunu bildirirsə, tərzi-hərəkət budaq cümləsi olacaqdır. Bəzən də ismi xəbərə aid olub, dərəcə məzmunu yaradır. Məsələn, 1) Qayıq elə qalxıb- düşürdü ki, başımız buluda dəyirdi. 2)Ay kəndi elə işıqlandırmışdı ki, elə bil,gün çıxmışdı.3) Hava elə isti idi ki, nəfəs almaq olmurdu.
Baş cümlədə təyinin qəlibi kimi həmin, necə, nə cür sözlərindən biri işlənir:1) Bu, həmin Şeyx Nəsrullahdır ki, camaatın başını ölü diriltmək adı ilə tovlayıb, gündə 1 qız siğə edir. 2) Bu nə cür gəlindir ki,Gülsüm xanım kimi əzrail qadını ipəyə döndərib
Baş cümlədə təyinin qəlibi iştirak etmir, budaq cümlə baş cümlədə buraxılmış təyinin yerində işlənir, isimlə ifadə olunan üzvü izah edir:1) Xeyir iş olmazdı, Ağca başda olmasın. 2) Adam var, geyməyə tapammaz bezi, Adam var, al geyər, şalı bəyənməz (A.T).
Təyin budaq cümləsinin bu tipi dildə çox geniş fəaliyyət göstərir.
II Təyin budaq cümləsinin 2-ci tipində budaq cümlə əvvəl, baş cümlə sonra gəlir. Budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanır. Məs.: 1) Kimi bəyənirsən, o adamla da evlən. 2) Hansı gülləri seçmisənsə, o gülləri də götür.
Təyin budaq cümləsinin Az. dilində əvvəlki iki quruluş tipinə nisbətən az işlənən tipinə də rast gəlinir. Belə tipli təyin budaq cümləsində baş cümlədə isimlə ifadə olunan üzv daha qabarıq şəkildə diqqətə çatdırılır və bundan sonra ki bağlayıcısı, budaq cümlə, axırda isə baş cümlə gəlir.Təyinin qəlibi kimi bu, o, bir, həmin sözlərindən, intonasiyadan istifadə edilir. Məsələn, 1) Bir kişi ki, arvadına sirr verir, kül o kişinin başına. 2) Bir şey ki, yeməyə yaramır, dünyada o şeylə ucalarmı baş? 3) Xəstə ki, sağalmaq üçün səy və qeyrət göstərməyə, xəstənin sağalmaq ehtimalı çox azdır.
Təyin budaq cümləsi baş cümləyə daha çox ki bağlayıcı ilə bağlanır.Bundan əlavə, bağlayıcı sözlər,sa2 şəkilçisi ilə də komponentlər arasında əlaqə qurulur. Bu bağlayıcı vasitələrdən asılı olaraq, təyin budaq cümləsinin analitik, analitik-sintetik tipləri formalaşır.Təyin budaq cümləsi baş cümləyə intonasiya vasitəsi ilə, bəzən də mı4 ədatı ilə bağlanır. Məs.:1) Görəsən, dünyada ikinci bir çay tapılarmı, Araz qədər mürəkkəb və faciəli taleyi olsun ? 2) Söz var, dağa qaldırar, söz var, dağdan endirər.
Zərflik budaq cümləsi
Zərflik budaq cümləsi baş cümlədəki hərəkətin icra vəziyyətini, zamanını, yerini, səbəb və məqsədini, kəmiyyətini və s. bildirir. Budaq cümlə baş cümlədən formalaşan suallara – necə? nə cur?, nə vaxt?, nə zaman? niyə?, nə üçün?, nə məqsədlə?, nə səbəbə görə?, nə qədər?, haraya?, harada? və s. suallarına cavab verir, baş cümlədəki əvəzlik qəliblə ifadə olunmuş zəfliyi aydınlaşdırır, izah edir, ya da buraxılmis zərfliyi əvəz edir. Zərflik budaq cümləsinin aşağıdakı növləri var: