Mühazirə mətnləri I mövzu: pedaqoji etikanin predmeti VƏ VƏZİFƏLƏRİ



Yüklə 95,49 Kb.
səhifə23/35
tarix17.09.2022
ölçüsü95,49 Kb.
#63746
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   35
PNT-magistr-I-kursFənn-PEDAQOJI-ETIKA-İ.Əliyev

Yoxlama sualları və tapşırıqlar

  1. “Mədəniyyət” və “müəllimin professional ünsiyyət mədəniyyəti” anlayışlarını izah edin.

  2. Professional – pedaqoji ünsiyyətin mahiyyətini necə başa düşürsünüz?

  3. Pedaqoqun valideynlərlə ünsiyyətindəki problemlər hansılardır? Bu ünsiyyət zamanı nələrə yol vermək olmaz?

  4. Müəllimin pedaqoji taktının əsas cəhətləri hansılardır? Onların təzahür formalarını göstərin.


VI MÖVZU: MÜƏLLİMİN PEŞƏ FƏALİYYƏTİNDƏ NİTQ ETİKETİ
Plan:

  1. Nitq mədəniyyəti və onun əsas elementləri.

  2. Ünsiyyətin etiket normaları. Danışıq etiketi.

  3. Müəllimin danışıq məharətinin təkmilləşdirilməsi yolları.

  4. Şagird kollektivində danışıq ünsiyyəti mədəniyyətinin formalaşdırılması.

Ədəbiyyat

  1. Həmzəyev M., Əmiraslanova Ş. Ünsiyyətin psixologiyası. Bakı, 2007

  2. Kazımov N. Pedaqoji ustalığın problemləri. Bakı, 2009

  3. Məmmədzadə R. Müəllimin peşə etikası. Bakı, 1992

  4. Qasımova L., Mahmudova R. Pedaqogika. Bakı, 2012

  5. Sadıqov F. Pedaqogika. Bakı, 2008

  6. Лаврентьева Н.Б., Нечаева А.В. Педагогическая этика. Барнаул, 2010

  1. Nitq mədəniyyəti anlayışı və onun əsas elementləri.

Danışmağı bacarırıqmı? Bəzi müəllimlər asta danışır, digər biri qışqırır, biri sakit və cansıxıcı, bəziləri hər bir frazanı “deməli”, “belə”... sözləri ilə başlayır. Müəllimlərin bu adətlərinə alışan şagirdlər, onları qəlbən anlamaqdan daha çox müzakirə edərək gülürlər: görək bu dərsdə müəllim neçə dəfə “deməli” (“yəni”) deyəcək?
Nitq mədəniyyəti insanın ümumi mədəniyyətinin bir hissəsidir. Müəllimin nitq mədəniyyətinə bir neçə anlayış daxildir: “mədəniyyət”, “mədəni adam”, “nitq mədəniyyəti”, “pedaqoji ünsiyyət mədəniyyəti”.
Pedaqoji elmin biliciləri təsdiq edirlər ki, pedaqoji işdə uğur qazanmağın əsas amillərindən biri ünsiyyət zamanı nitq mədəniyyətinə malik olmaqdır.

Yüklə 95,49 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin