-tövsiyə xarakterində olması
Məhsulun keyfiyyətinin təmin edilməsi sahəsində qazanılmış təcrübə dərindən
öyrənilməli,təhlil olunm alı və sistemləşdirilməlidir.
Müh. 4. Keyfiyyət göstəricilərinin qiymətləndirilməsi
metodlları haqqında ümumi məlumatlar
Fiziki kəmiyyətlər keyfiyyəti təyin edən xassələrin ifadəsi kimi istifadə
olunur. Lakin «fiziki kəmiyyət» və «keyfiyyət göstəricisi» bir-biri ilə eyni deyildir.
Belə ki,
fiziki kəmiyyətlər təbiətin obyektiv xassələrini əks etdirir, keyfiyyət
göstəriciləri isə konkret şəraitdə ictimai tələbatı xarakterizə edir.
QOST 15467-79
«Məhsulun keyfiyyətinin idarə edilməsi. Əsas anlayışlar. Terminlər və təyinlər»
standartına uyğun olaraq məhsulun keyfiyyət göstəricisi – məhsulun keyfiyyətinə
daxil olan bir və ya bir neçə xassələrin kəmiyyət xarakteristikasıdır. Keyfiyyət
göstəriciləri də fiziki kəmiyyətlər kimi ölçüyə malik ola bilər və ya ölçüsüz ola
bilər.
Məhsulun keyfiyyət səviyyəsinin qiymətləndirilməsi üçün, bütün keyfiyyət
göstəriciləri qruplaşdırılmışdır. Keyfiyyət göstəricilərinin qruplarının təsnifatı
aşağıdakı kimidir təyinat göstəriciləri; etibarlıq göstəriciləri; xammal, material,
yanacaq və enerjidən səmərəli istifadə göstəriciləri; texnolojililik göstəriciləri;
nəqletməyə yararlılıq göstəriciləri; erqonomik göstəricilər; ekolojililik göstəriciləri;
təhlükəsizlik göstəriciləri; estetik göstəricilər; standartlaşdırma və unifikasiya
göstəriciləri; patent-hüquq göstəriciləri; iqtisadi göstəricilər.
Texniki ölçmələrdə fiziki kəmiyyətlər necə rol oynayırsa, kvalimetriyada da
keyfiyyət göstəriciləri həmin rolu oynayır. Lakin bu kəmiyyətlərin qiymətləri
ölçmə obyekti (keyfiyyət) haqda hələ bir şey demir. Keyfiyyətin ölçülmə
sxemlərindən biri iki mərhələdən ibarətdir:
1) keyfiyyət göstəricilərinin qiymətlərinin təyin edilməsi;
2) keyfiyyət göstəricilərinin qiymətlərinin müqayisə edilməsi.
Əgər keyfiyyət göstəricilərinin qiymətləri hesabat yolu ilə tapılmırsa, onda bu
məqsədlə ölçmələr aparılır. Ölçmələr alət və ekspert metodları vasitəsilə aparılır.
Orqanoleptik və sosioloji ölçmə metodları ekspert metoduna aiddir.
Aləti ölçmələr texniki ölçmə vasitələrindən istifadəyə əsaslanır. Bu metodla
məhsulun kütləsi, məmulatın qabarit ölçüləri, imtinaya qədər iş payı və s. təyin
olunur. Ölçmələr hər hansı bir ölçü şkalası üzrə yerinə yetirilir, əksər hallarda isə
nisbətlər şkalasından istifadə olunur.
Aləti ölçmələr xalq təsərrüfatının bütün sahələrində və, ələlxüsus, sənayedə
geniş yayılmışdır. Özünün obyektivliyinə, yüksək dəqiqliyinə və ölçmələrin
avtomatlaşdırılması imkanlarına görə bu metod daha üstündür.
Keyfiyyət göstəricilərinin ekspert metodu ilə ölçülməsi o zaman tətbiq olunur
ki, texniki ölçmə vasitələrindən istifadə mümkün deyil, çətindir və ya iqtisadi
cəhətdən əlverişli deyildir. Bu metod ən çox erqonomik və estetik göstəriciləri
təyin edən zaman istifadə olunur. Ekspertlər tərəfindən bütün ölçü şkalaları, əksər
hallarda isə cərgə və intervallar şkalaları istifadə olunurlar.
Ölçmələrin orqanoloptik metodunda ilkin ölçmə dəyişdiricisi kimi
ekspertlərin hissiyat orqanlarından istifadə olunur – görmə, eşitmə, dad, daxilən
hissetmə. Orqanoleptik metod tibbdə, yeyinti və ətriyyat sənayesində geniş
yayılmışdır.
Aləti və orqanoleptik ölçmələrin birləşməsi olan kombinator metodu da
məhsulun keyfiyyətini təyin etmək üçün istifadə olunur.
Keyfiyyət göstəricilərinin sosioloji ölçmə metodu əhalinin və ya onun ayrı-
ayrı sosial qruplarının kütləvi dindirilməsinə əsaslanır. Burada hər bir dindirilən
şəxs ekspert rolunu oynayır. Dindirmə anketləşdirmə, səsvermə və s. yolu ilə
aparılır. Bu metod elmi əsaslandırılmış informasiya yığımı sisteminin
yaradılmasını, avtomatik vasitələrin və hesablama texnikasının geniş tətbiqini tələb
edir. Sosioloji metod xalq istehlakı mallarının keyfiyyət göstəricilərinin
qiymətlərinin təyin edilməsi, ictimai rəyin öyrənilməsi və sair üçün tətbiq olunur.
Ölçmələrin köməyi ilə adətən keyfiyyətin fərdi göstəricilərinin qiymətləri
təyin edilir. Patent-hüquq və iqtisadi göstəricilər, məhsulun eynicinslilik
göstəriciləri, standartlaşdırma və unifikasiya göstəriciləri hesabat yolu ilə təyin
edilir. Hesabat vasitəsilə həmçinin kompleks göstəricilərin qiymətləri tapılır.
Burada çəki əmsallarının təyin olunması adətən ekspert və yaxud aləti metodlar
vasitəsilə aparılır. Bütün hallarda ölçmələrin nəticələri təsadüfi qiymətlər
olduğundan burada ehtimal nəzəriyyəsindən istifadə olunmalıdır.
Keyfiyyət göstəricilərinin müqayisəsi intervallar şkalasına və yaxud nisbətlər
şkalasına görə aparıla bilər .
Keyfiyyətin intervallar şkalasına və ya nisbətlər şkalasına görə ölçülməsi daha
çox informasiya verir və «nə qədər» və ya «neçə dəfə» bir əşyanın keyfiyyəti
digərindən yüksəkdir və ya aşağıdır sualına cavab verir. Bunun üçün keyfiyyətin
ümumiləşmiş kompleks göstəricilərini müqayisə etmək lazımdır.
Keyfiyyətin nisbətlər şkalası üzrə ölçülməsi o zaman mümkündür ki,
keyfiyyət göstəricilərinin bütün qiymətləri nisbətlər şkalası üzrə təyin edilmiş
olsun. Əgər bu göstəricilərdən birinin qiyməti intervallar şkalası üzrə təyin
edilmişdirsə, onda keyfiyyət ancaq intervallar şkalası üzrə ölçülə bilər. Əgər bircə
qiymət də cərgə şkalası üzrə ölçülmüşdürsə, onda keyfiyyətin ölçülməsi ancaq
cərgə şkalası üzrə mümkündür.
Kyefiyyətin ölçülməsinin nəticəsi müqayisə üçün seçilmiş nümunədən
asılıdır. Əgər bu nümunənin keyfiyyəti aşağıdırsa, onda onunla müqayisə olunan
məmulatın keyfiyyəti də aşağı olur və əksinə. Müqayisə üçün nümunənin seçilməsi
(ona baza və ya etalon deyilir) kvalimetriyada çox çətin məsələdir və böyük
məsuliyyət tələb edir. Çünki nümunəni çox yüksək və ya çox aşağı keyfiyyətli
seçdikdə o, müəyyən çətinliyə gətirir. Belə ki, birinci halda o, keyfiyyətin daha da
yüksəldilməsi üçün xərclərin lazımsız artmasına, ikinci halda isə məhsulun
keyfiyyətinin yüksəldilməsi üçün stimulun aşağı düşməsinə gətirib çıxaracaq.
Etalon nümunələr (keyfiyyət etalonu) özünün təyinatına görə 3 qrupa bölünür:
1. Keyfiyyətin nail olunmuş səviyyəsini əks etdirən etalonlar (sahədə, xalq
təsərrüfatında, dünyada və i.a.). Bu etalonların əsas vəzifəsi seriyalı istehsal olunan
məhsulun attestasiyası zamanı onun keyfiyyətini qiymətləndirməkdir.
2. Keyfiyyətin perspektiv səviyyəsini əks etdirən etalonlar. Onlar qabaqlama
xarakteri daşıyır və elmi-texniki tərəqqini stimullaşdırmaq üçündür. Bu etalonlar
texniki tapşırıqların işlənməsi və verilməsi, həmçinin texniki və işçi layihələrin
tərtib olunması zamanı istifadə olunur.
3. Xüsusi etalonlar. Bu etalonlar xüsusi məsələləri həll etmək üçündür.
Məsələn, keyfiyyətin dinamikasının təyin olunması və təhlili, ayrı-ayrı kompleks
göstəriciləri müqayisə etmək və s. Etalonun müqayisə üçün istifadə olunan
keyfiyyət göstəriciləri (fərdi və kompleks) baza adlanır. Ölçmələrin vəhdətini
təmin etmək üçün etalonun və keyfiyyətin baza göstəricilərinin seçilməsi normativ
sənədlə qanuniləşdirilməlidir: dövlət və ya beynəlxalq standartla, texniki şərtlərlə
və s. Elmi-texniki tərəqqinin durmadan inkişafı baza göstəricilərinin tez-tez
yenidən baxılmasını tələb edir. Etalonun təsir müddəti adətən 3 ildən artıq olmur.
Etalon müqayisə vahidi rolunu oynayır və bununla məhsulun keyfiyyəti
müqayisə olunur. Əgər məhsulun nisbi göstəricilərinin bütün qiymətləri vahiddən
çoxdursa, onda məhsulun keyfiyyəti etalonun keyfiyyətindən yüksəkdir, əgər
azdırsa – onda aşağıdır.
Əgər nisbi göstəricilərin bir hissəsi vahiddən böyük, bir hissəsi isə kiçikdirsə,
onda nisbi göstəriciləri keyfiyyətin ümumiləşmiş kompleks göstəriciləri ilə
xarakterizə edirlər.
Göstəricilərin geniş nomenklaturasını yeganə bir keyfiyyət göstəricisinə
çevirmək böyük informasiya itgisi ilə bağlıdır. Bu itginin böyük təsirinin olmaması
üçün göstəricilərin ümumi sayından elələrini seçirlər ki, onlar keyfiyyətin hər hansı
bir tərəfini xarakteririzə etsin (estetik, ekonomik və digərini). Bu cür göstəricilərin
köməyi ilə, məsələn, məhsulun hazırlanma keyfiyyətinin səviyyəsi, onun normativ,
texniki və texniki-iqtisadi səviyyəsi təyin edilir.
Məhsulun hazırlanmasının keyfiyyət səviyyəsi onun keyfiyyət göstəricilərinin
faktiki qiymətlərinin (istismara başlayana qədər) normativ-texniki sənədlərin
tələblərinə uyğunluq dərəcəsini xarakterizə edir.
Məhsulun keyfiyyətinin normativ səviyyəsi hər cür hüquqi məsələlərin həlli
zamanı istifadə olunur.
Texniki səviyyə məhsulun keyfiyyət göstəricilərinin elə məcmuudur ki, oraya
iqtisadi göstəricilər daxil olmur. Bu göstərici adətən məhsulu xarici ölkələrin
məhsul nümunələri ilə müqayisə edən zaman lazım olur. Belə ki, iqtisadi
göstəriciləri xarici ölkə məhsulunu müqayisə edən zaman istifadə etmək mümkün
olmur, çünki xaricin məhsulun layihələndirilməsi, hazırlanması və istismarının
iqtisadi göstəriciləri əksər hallarda məlum deyildir.
Məhsulun keyfiyyətinin ən geniş və ümumiləşmiş xarakteristikası onun
texniki-iqtisadi səviyyəsidir. Bu səviyyəyə iqtisadi göstəricilər də daxildir. O,
məhsulun attestasiyası zamanı keyfiyyətin kateqoriyasını təyin etmək üçün istifadə
olunur.
|