Müh. 5. Ekspert qiymətləndirilməsinin mahiyyəti və təşkili
«Ekspert» – verilmiş məsələni həll etmək qabiliyyəti olan səriştəli
mütəxəssisdir («expertus» latın sözü olub təcrübəli deməkdir). Tədqiq olunan
obyektə münasibətdə ekspertin səriştəliliyi - peşə səriştəliliyi, tədqtq olunan
məsələyə qərar vermək metodologiyasına görə isə ekspertin səriştəliliyi – ekspert
səriştəliliyidir. Ekspert tədqiqat obyektini qiymətləndirərkən qərəzsiz, ədalətli və
obyektiv olmalıdır .
Baxılan məsələlər üzrə mütəxəssis-ekspertlərin müxtəlif vasitələrlə alınmış
rəylərinin orta qiymətinin tapılması bütün sahələrdə ekspert metodlarının
mahiyyətini təşkil edir.
Məsələlərin həllinin ekspert metodu mütəxəssis-ekspertlərin ümumiləşdirilmiş
təcrübəsindən və peşə duyumundan (intuisiyasından) istifadəyə əsaslanır.
Məhsulun keyfiyyət səviyyəsinin ekspert qiymətləndirilməsi metodu o hallarda
fistiadə olunur ki, ayrı-ayrı və ya kompleks keyfiyyət göstəricilərin qiymətlərinin
aləti, empirik və ya hesabat metodları ilə obyektiv təyin edilməsi çox çətin və ya
qeyri-mümkün olsun.
Ekspert qiymətləndirilməsi (və ya ekspert metodu) ekspertiza metodunun
növmüxtəliflikləri, modifikasiyaları olan bir neçə müxtəlif metodların
məcmusudur. Ekspert metodunun məlum növmüxtəliflikləri səriştəli
mütəxəssislərin (ekspertlərin) kollektiv qərarları əsas götürülən bütün sahələrdə
tətbiq olunur. Məsələn, müxtəlif şuraların, konfransların, müşavirələrin,
komissiyaların qərarları, həmçinin imtahan götürənlərin təhsil alanların biliklərin
qiymətləndirilməsi üzrə qərarları və s. – bütün bu qərarlar ekspert metodu ilə qəbul
edilir.
2/
Məhsulun keyfiyyətinin qiymətləndirilməsinin ekspert metodları məhsulun
keyfiyyət səviyyəsinin birbaşa ümumi (detallaşdırmadan) qiymətinin
formalaşdırılması, həmçinin nəyinsə keyfiyyət göstəricilərinin təyin edilməsi ilə
əlaqədar bir çox xüsusi məsələlərin həlli vaxtı istifadə edilə bilər.
Beləliklə, ekspert metodları aşağıdakı hallarda tətbiq olunur:
1. Məhsulun keyfiyyətinin ümumi qiymətləndirilməsində.
2. Qiymətləndirilən məhsulun təsnifatlaşdırılmasında.
3. Qiymətləndirilən məhsulun keyfiyyət göstəricilərinin nomenklaturasını
təyin etdikdə.
4. Məhsulun keyfiyyət göstəricilərinin çəki əmsallarının təyinində.
5. Orqanoleptik metodla (hiss üzvləri ilə təyin edilən) məhsulun keyfiyyət
göstəricilərinin qiymətləndirilməsində.
6.`Baza nümunələrinin və baza keyfiyyət göstəricilərinin ölçüsüz
qiymətlərinin seçilməsində.
7. Kompleks (ümumiləşmiş, qruplar üzrə) və ya ayrı-ayrı göstəricilərin
əsasında yekun kompleks keyfiyyət göstəricisinin müəyyən edilməsində.
8. Məhsulun attestasiyası və sertifikatlaşdırılmasında.
Məhsulun keyfiyyətini daha az məsrəflərlə və böyük
dəqiqliklə analitik
və ya
eksperimental
metodlarla təyin etmək mümkündürsə, məhsulun keyfiyyət
səviyyəsi qiymətləndirilərkən ekspert metodundan istifadə edilə bilməz.
Məhsulun keyfiyyəti çox mürəkəb xassələr kompleksi olduğundan keyfiyyətin
ümumi ekspert qiymətləndirilməsinin nəticələrində həmişə qeyri-müəyyənlik və
əsaslandırılmamış elementlər iştirak edir. Odur ki, məhsulun keyfiyyətinin ekspert
qiymətləndirilməsi bütövlükdə ilkin qiymətləndirmədir, informativliyi azdır,
qiymətləndirilən məmulatın keyfiyyətini ancaq birinci yaxınlaşmada və təxminən
xarakterizə edilir. Keyfiyyətin belə ekspert qiymətləndirilməsi əsasında, aydındır
ki, hansısa mühəndis-texniki qərarların qəbul edilməsi qeyri-mümkündür. Lakin bu
metod, məsələn, kommersiya sövdələşmələri zamanı, alınan məhsulun keyfiyyət
səviyyəsi haqqında konkret (ədədlə ifadə olunan) məlumatlar olmadıqda istifadə
oluna bilər.
Baxdığımız halda ekspertiza obyekti (ekspert qiymətləndirməsi obyekti) kimi
məhsulun istehlak xassələrinin cəmi, yəni keyfiyyəti çıxış edir.
3/
Başqa fəaliyyət növləri kimi, ekspert qiymətləndirilməsi də özünün
strukturuna malikdir.
Bu struktur bir neçə əsas komponentləri özündə birləşdirir:
subyekt (ekspert), obyekt, kriteriya, metodlar, nəticə .
Ekspert fəaliyyətinin subyekti dedikdə əmtəə mallarının dəyəri üzrə fəaliyyəti
həyata keçirən istehlakçılar qrüpü - ekspertlər başa düşülür. Bu qrup yüksək peşə
hazırlığına malik olan ekspertlərdən ibarətdir. Ekspertlər tədqiq olunan məmulatlar
qrupunu yaxşı bilməli, onların keyfiyyətinin qiymətləndirilməsi üzrə təcrübəyə
malik olmalıdırlar. Ekspertlər malların keyftiyyət səviyyəsini təhlil edir və
qiymətləndirirlər.
Ekspertiza obyekti məmulatların istismarı prosesində meydana çıxan i
stehlak
xassələridir. Əmtəə mallarının istehlak xassələrinin ekspertizasını aparmaq üçün
ekspert bir sıra əməliyyatlar aparmalıdır: təhlil, ölçmə, qiymətin alınması və s. Iş
prosesində ekspertlərə hər mərhələnin aparılmasının müxtəlif proqramları təklif
olunur.
Əmtəə mallarının istehlak xassələrinin təhlili və qiymətləndirilməsi zamanı
istifadə olunan
kriteriyalar ümumi və konkret kriteriyalara
bölünür.
Ümumi kriteriya
– cəmiyyətdə toplanmış (əldə olunmuş) qiymətli
normalardır. Bu normaları rəhbər tutaraq ekspertlər malların istehlak qiyməti
haqda mülahizə yürüdürlər.
Konkret kriteriya
- verilmiş növ malların keyfiyyətinə ölkədə və xaricdə
istifadə olunan normativ-texniki sənədlərdə nəzərdə tutulmuş real tələblərdir,
həmçinin layihələndirilən və ya istehsala planlaşdırılan məhsulun, buraxılmış real
mövcud məmulatların keyfiyyətini xarakterizə edən göstəricilərin baza
qiymətlərinin məcmuudur.
Ekspertizanın məqsədindən və ya təhlil edilən göstəricilərdən asılı olaraq
ekspertlər bir və yaxud bir neçə müxtəlif kriteriyalar qəbul edə bilərlər.
4/Ekspertizanın aparılma metodları kompleks və operativ metodlara bölünür.
Bu metodların hər biri isə ekspert, sosioloji və hesabat-aləti metodlara bölünə bilər.
Ekspertiza obyektləri aşağıdakılardır:
texniki tapşırıq; layihə-konstruktor sənədləri;
təcrübi nümunə (təcrübi partiya); sənaye nümunəsi; seriyalı buraxılan məmulatlar.
Ekspertizanın operativ metodla aparılması zamanı sosioloji tədqiqatlar ekspert
qiymətləndirilməsi ilə əvəz olunu
r və ya ümumiyyətlə aparılmır. Bu zaman hesabat
aləti metodların istifadəsi ilə təcrübi nümunənin və kütləvi istehsal olunan
məmulatların istismarı prosesində onların təhlili ilə məhdudlaşır. Kompleks
ekspertiza apardıqda, ekspert və hesabat – aləti metodlarla yanaşı, istehlak
prosesinin tədqiqi, istehlakçıların dindirilməsi aparılır, istehlak şərtləri öyrənilir və
s.
Kompleks ekspertiza kütləvi istehsal olunan eyni tipli əmtəə malları qrupunun
hərtərəfli öyrənilməsi və keyfiyyətinin qiymətləndirilməsi üçün aparılır.
Odur ki,
bu cür ekspertizanın aparılması ekspertləri obyektlərin təhlilinə sistemli və
kompleks yanaşmağa istiqamətləndirir. Ekspertiza prosesində qiymət kriteriyaları
formalaşır, baza nümunələri və keyfiyyət göstəriciləri seçilir. Ona görə də
kompleks ekspertiza nəinki elmi, həmçinin müəyyən metodik və normativ
materialların alınmasına kömək edir. Bu materiallar isə digər növ ekspertizaların
aparılması üçün də istifadə olunur.
Operativ ekspertiza əvvəlcədən aparılmış kompleks eksperitizanın nəticələrinə
əsaslanır, bu isə ekspertizanın nəticələrinin tələb olunan səviyyədə saxlanması ilə
ekspert işlərinin aparılma müddətini qısaldır.
Operativ ekspertizanın əsas xüsusiyyəti ondan ibarətdir ki, onun aparılması
həm yeni malların yaradılmasının əsas mərhələlərində (texniki tapşırıq, layihə-
konstruktor sənədləri, təcrübi nümunə), həm də məhsulun kütləvi istehsalı və
istehlakı proseslərində məmulatın keyfiyyət kateqoriyasına görə attestasiya
olunmasına şərait yaradır.
Ekspert
fəaliyyətinin
nəticəsi
məmulatların
keyfiyyətinin
qiymətləndirilməsidir
. Bu, həmçinin yüksək keyfiyyətli məmulatların istehsalının
genişlənməsindən və realizə olunmasından alınan iqtisadi səmərədir.
Ekspertizanın əsas metodoloji prinsipi ekspertiza obyektinə kompleks
yanaşma prinsipidir
. Burada keyfiyyətin qiymətləndirilməsi funksional, erqonomik
və estetik xassələri xarakterizə edən göstəricilərin diqqətli və hərtərəfli təhlilinə
əsaslanır.
Dostları ilə paylaş: |