Mühazirə mətnləri Müh. İstehlak mallarinin keyfiyyət ekspertizasi metodlari istehlak


Müh. 8. Qiymətləndirmənin nəticələrində müxtəlifliyin



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə34/39
tarix09.04.2022
ölçüsü0,92 Mb.
#55007
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   39
IMEQ fənnindən mühazirə mətnləri 2022

Müh. 8. Qiymətləndirmənin nəticələrində müxtəlifliyin 

subyektiv səbəbləri

 

Məhsulun    keyfiyyətinin    qiymətləndirilməsi    təcrübəsində    ekspert  



metodlarının    müvəffəqiyyətli    tətbiqi    onların    köməyi    ilə    alınmış    nəticələrin  

dəqiqliyinin    artırılması    ilə    qırılmaz    şəkildə    bağlıdır.    Lakin    ekspert  

qiymətləndirilməsinin    obyektivləşdirilməsi    məsələləri    aktual    bir    problem  

olaraq    qalır.    Bir    sıra    tətqiqatlarda    ekspert    qiymətləndirilməsinin  

obyektivləşdirilməsi   üsulu   kimi    insan  mühakimələrinin   bu   prosesdən    ardıcıl  

olaraq  çıxarılması  qəbul  edilir  [1]. 

Ekspert    qiymətləndirilməsinin    obyektivləşdirilməsi    müəyyən    üsul    və  

metodlardan  istifadəni  nəzərdə  tutur.  Bu  üsul  və  metodlar  qiymətləndirmədə  

obyektin    öz    təbiəti      ilə    şərtlənməyən,    subyektin    fərdi    xüsusiyyətlərindən  

yaxud    ekspertiza    prosesinin    lokal    səhvlərindən    irəli    gələn    təsadüfi,    şəxsi  

rəylərin  və  qərarların  maksimum  dərəcədə  azaldılmasına  xidmət  edir. 

Ekspert    qiymətləndirilməsinin    obyektivləşdirilməsi    probleminə    belə  

yanaşma  diqqətin  ilk  növbədə  bütünlüklə  bu  prosesin  gedişinin  işlənməsinə  

cəmlənməsini    nəzərdə    tutur.    Bu    məsələnin    həllində    bir    sıra    çətinliklər  

meydana  çıxır  ki,  onların  da  bir  qismi  ekspert  rəylərinin  bir – birinə  uyğun  

gəlməsinin    artırılmasına,    o    cümlədən    ekspert    qrupu    üzvlərinin    bir  

fəaliyyətində  psixoloji  məqamlara,  ekspertlərin  özlərinin  səriştəlik  dərəcəsinin  

müəyyənləşdirilməsi    zərurətinə    yönəldilmiş    prosedur    qaydalarının  

xüsusiyyətləri  ilə   bağlıdır. 

Ekspertlərin  –  ekspert    komissiyasının    üzvlərinin    rəylərinin    bir  –  birinə  

uyğun   gəlməsinin   artırılması    problemi    özünün    təxirəsalınmaz      həllini    tələb  

edir. 


Ekspertlər    tərəfindən    əldə    edilmiş    qiymətləndirmənin    nəticələrindəki  

fərq    bir    sıra    səbəblərlə    izah    oluna    bilər:    ekspertlərin    malik    olduğu  

informasiyanın  həcmi,  qiymətləndirmədə  istifadə  edilən  meyarlar,  ekspertlərin  



ixtisaslaşması,  onların  öz  aralarındakı  qarşılıqlı  münasibətlərin  xüsusiyyətləri,  

ekspertlərin    məntiqi    mühakimə    etmə    qabiliyyəti,    onların    qiymətləndirmə  

obyektləri  ilə  tanışlıq  dərəcəsi  və  s.  Daha  dəqiq  göstəricilər  almaq  məqsədi  

ilə    qiymətləndirmənin    nəticələrində    fərqlərin    azaldılması    müxtəlif    üsullarla  

həyata    keçirilir.    Onlardan    biri    Delfi    metodu    yaxud    ekspert  

qiymətləndirilməsində    Delfi    texnikasıdır.    Delfi    metodu    XX    əsrin    50  –  ci  

illərində  ABŞ – da   O. Helmer  və  T.C. Qordokun  rəhbərliyi  altında  işlənmişdir  

və  ardıcıl  fərdi  sorğular  proqramına  əsaslanmışdır  [2]. 

Bu    proqrama    görə    əvvəl    ifadə    olunmuş    rəylərin    səbəbləri    siyahı  

şəklində  tərtib  olunur  və  siyahı  ekspert  qrupunun  hər  bir  üzvünə  təqdim  

edilir.  Eyni  zamanda  xahiş  olunur  ki,  əvvəl  verilmiş  qiymətlər  təhlil  edilsin  

və    imkan    daxilində    düzəldilsin.    Delfi    metodu    ilə    ekspert  

qiymətləndirilməsinin    keçirilməsi    zamanı    aşağıdakı    prinsiplərə    əməl  

olunmalıdır: 

-  anketlərdə    suallar    elə    şəkildə    qoyulur    ki,    ekspertlərin    cavabları  

kəmiyyət  xarakteristikası  vermək  mümkün  olsun; 

- eksperlərin  sorğusu  bir  neçə  tur  üzrə  keçirilir,  bu  zaman  suallar  və  

cavablar  dəqiqləşdirilir; 

- hər  bir  turun  sonunda  sorğuya  cəlb  edilən  bütün  ekspertlər  sorğunun  

nəticələri  ilə  tanış  olurlar; 

-  ekspertlər    əksəriyyətin    qiymət    və    rəylərindən    fərqli    qərarlarını  

əsaslandırırlar; 

-  ümumiləşdirilmiş    qiymətin    alınması    məqsədilə    turdan    tura    ardıcıl  

olaraq  cavabların  statistik  işlənməsi  həyata  keçirilir.   

Bundan    başqa,    ekspert    özünün    qərarlarını    əsaslandıraraq  

qiymətləndirilən  obyektlə  tanışlıq  dərəcəsini  müəyyən  edir. 

Delfi    metodunun    əsas    üstünlüyü    ondan    ibarətdir    ki,    o,    müstəqil  

mülahizələrə    əsaslanaraq    konkret    problem    üzrə    nüfuzlu    ekspertlərin    ortaq  

rəylərinin  alınmasına  imkan  verir. 



Son  illər  müvəffəqiyyətlə  Delfi  texnikasının  müxtəlif  variantları  işlənir.  

SEER    metodu    xüsusi    maraq    doğurur    və    işin    iki    mərhələdə    görülməsini  

nəzərdə    tutur.    Birinci    mərhələdə    problem    dar    çərçivədə    mütəxəssislərlə  

müzakirə    edilir.    İkinci    mərhələdə    bu    problemi    ekspertlər  –  hökumət  

nümayəndələri,  sənaye  elmi  sahəsində  mütəxəssislər  müzakirə  edirlər.  Onlar  

böyük    informasiyaya    malik    olduqlarından    ən    müxtəlif    faktları    nəzərə    ala  

bilərlər.  Bu  mərhələlərdən  sonra  problemin  kollektiv  müzakirəsi  və  qərarın  

qəbul edilməsi  həyata  keçirilir. 

Məhsulun  keyfiyyətinin  ekspert  qiymətləndirilməsi  praktikasında  analiz  

edilən    obyektin    mütəxəssislər  –  komissiyanın    üzvləri    tərəfindən    kollektiv  

müzakirəsinə  tez – tez  təsadüf  olunur.  Bu  da  qiymətləndirmə  prosesinə  bir  

çox  spesifik  cəhətlər  verir.  Məlumdur  ki,  daha  nüfuzlu  mütəxəssisin  fikirləri  

digər    mütəxəssislərə    kollektiv    müzakirə    zamanı    təsir    göstərə    bilər.    Digər  

tərəfdən    ekspertlərin    əksəriyyətdən    fərqlənməmək    üçün    ekstravaqant  

mülahizələrdən  çəkinmək  hallarına  da  təsadüf  olunur.  Nəhayət,  digər  rəylər  

daha  konstruktiv  olsa  belə,  ekspert  öz  nüfuzunu  saxlamaq  üçün  ilkin  rəyində  

israrlı  ola  bilər.  Ekspertlərin  birgə  fəaliyyətinin  göstərilən  psixoloji  amillərini  

azatlmaq  üçün  belə  prosedur  qayda  təklif  edilir.  Obyektin  qiymətləndirilməsi  

prosesi  iki  tura  bölünür.  Birinci  turda  ekspertlər  tanışlıqla,  təqdim  olunan  

materiallarla    tanış    olur,    məmulatın    keyfiyyət    səviyyəsini    müstəqil  

qiymətləndirir    və    qiymətləndirmənin    nəticələrini    qısa,    lakin    mümkün    qədər  

konkret    əsaslandırmaqla   xüsusi   kartlara    daxil   edirlər.   Bu   kartlar   hesablama  

qrupuna  verilir.  Hesablama  qrupu  alınmış  nəticələr  əsasında  birinci  turun  orta  

qiymətini,  həmçinin  rəylər  düşərgəsini  və  müxalifət  düşərgəsini  müəyyən edir.   

Komissiyanın rəyini  daha  yüksək  dərəcədə  ifadə  edən  ekspert  (yaxud  

ekspertlər  qrupu)  rəylər  lideri  kimi  qəbul  edilir.  Onun  qiyməti  birinci  turun  

orta    qiymətindən    az    fərqlənir.    Rəylər    liderindən    sonrakı    yeri    tutan  ekspert  

(yaxud    ekspertlər    qrupu)    rəylər    sublideri    qəbul    edilir.    Qiymətləri    rəylər  

liderinin    qiymətlərindən    çox  az    fərqlənən    ekspert    qrupu    lider    və    subliderlə 



birlikdə    rəylər    düşərgəsini    yaradır.    Rəylər    düşərgəsinə    düşməyən    ekspertlər  

autsayderlər  adlanır  və  müxalifət  düşərgəsini  yaradır. 

Ekspert  rəyləri  kəskin  fərqlənərsə,  rəylər  liderinin  müəyyən  edilməsi  

çətinlik   yaratmır.    Lakin  belə   bir   hal  da   mümkündür   ki,   əks   düşərgələrin  

rəyləri    birinci    turun    orta    qiymətindən    az    fərqlənsin.    Bu    zaman    hər    iki 

düşərgənin  lider  və  subliderləri  ekspert  komissiyasının  sədri  tərəfindən  təyin  

edilir. 

Qiymətləndirmənin    nəticələri    hesablama    qrupu    tərəfindən    işləndikdən  

sonra    komissiyanın    sədri    qiymətləndirmə    orta    kəmiyyəti    və    autsayderlərin  

sayını    elan    edir.    Sonra    o,    autsayderlərin,    rəylər    lideri    və    subliderlərin  

qiymətlərinin    anonim    əsaslandırmalarını    oxuyur.    Bir    neçə    rəylər    lideri  

olduqda    komissiya    sədri    öz    seçimi    ilə    hər    düşərgədən    iki    liderin  

əsaslandırmasını  oxuyur.  Bundan  sonra  eşidilən  konflikt  nöqteyi – nəzərlərə  və  

onların  əsaslandırılmalarına  üzrə sərbəst  fikir  mübadiləsi  keçirilir.  Müzakirənin  

sonunda    ekspertlər    ikinci    turu    keçirirlər    və    müzakirələr    nəzərə    alınmaqla  

baxılan    obyekt    yenidən    qiymətləndirilir.    Təcrübə    göstərir    ki,    bu    şəkildə  

ekspert  rəylərinin  uzlaşmasını  xeyli  yüksəltmək  olar. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

 



 

 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin