Mühazirə mətnləri Müh. İstehlak mallarinin keyfiyyət ekspertizasi metodlari istehlak


Müh. 9.  Ekspert  qiymətləndilməsində  etalon  sırasının tərtibi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə35/39
tarix09.04.2022
ölçüsü0,92 Mb.
#55007
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   39
IMEQ fənnindən mühazirə mətnləri 2022

         Müh. 9.  Ekspert  qiymətləndilməsində  etalon  sırasının tərtibi  

Kütləvi    və    seriyalı    istehsal    olunan    sənaye    məhsulunun    keyfiyyəti  

qiymətləndirilərkən    analoji    sinfə    və    təyinata    malik    ən    yaxşı    ölkə  

nümunələrinin    keyfiyyət    səviyyəsi    qəbul    edilir.    Ekspert    qiymətləndilməsi  

təcrübəsində  ekspertlərin  mülahizələrini  əsaslandırmaq  üçün  etalon  sırasından  

istifadə  olunur. 

Məmulatın  etalon  sırası  keyfiyyət  səviyyəsinə  görə  ranqlanmış  sıradır.  

Etalon  sırası  analoji  sinif  və  təyinatlı  ölkədə  və  xaricdə  istehsal  olunmuş  

məmulatlardan  tərtib  edilir,  4  nisbi  qrupa  bölünur:  ən  yaxşı,  yaxşı,  kafi,  pis  

məmulat.    Bu  sıra    müvafiq    sənaye    sahələri    üzrə    aparıcı    mütəxəssislərin    də  

cəlb  olunduğu  mütəxəssislər  komissiyası  tərəfindən  tərtib  edilir.  Ranqlanmış  

məmulatların    nisbi    qruplara    bölünməsi    üçün    belə    üsul    təklif    edilir    [5]:  

kompleks  qiymətləndirmə  nəticəsində  ən  yüksək  və  ən  aşağı  qiymət  almış  

məmulat  –  analoqlar    üçün    yer    müəyyənləşdirilir.    Sonra    alınmış    interval    4  

bərabər    hissəyə    bölünür.    Keyfiyyət    səviyyəsinin    ədədi    qiymətinə    görə  

intervalın    müxtəlif    hissələrinə    düşən    məmulatlar    göstərilən    qrupları    təşkil  

edir. 


Xarici  ölkələrdə  istehsal  edilən  məmulat – analoqlar  haqqında  kifayət  

qədər  informasiya  almadıqda  yaxud  keyfiyyətin  qiymətləndirilməsi  üçün  əsaslı  

işlənmiş  metodika  olmadıqda  etalon  sırası  sadələşdirilmiş  üsulla  tərtib  edilir.  

Bunun  üçün  məmulatın  2 – 3  aparıcı,  əsas  keyfiyyət  göstəricisi  seçilir.  Belə  

göstəricilər  məmulat – analoqun  keyfiyyət  səviyyəsini  müəyyənləşdirir.  Aparıcı  

keyfiyyət    göstəricilərinin    çəki    əmsalları    birlikdə    0,5  –  0,6  –  dan    az  

olmamalıdır.  Sonra  ilk  köməkçi  sıranın  tərtibi  yuxarıda  şərh  edilən  qayda  

üzrə  aparılır. 




Məhsulun    estetik    keyfiyyət    göstəricilərinin    qiymətləndirilməsində  

qabaqcadan  iki  köməkçi  sıranın  tərtibi  tövsiyə  olunur:  istehlak  xassələrinin  

səviyyəsinə  görə  və  formanın  təkmilləşmə  dərəcəsinə  görə  ranqlanmış  sıralar.  

Sonra    bu    sıralardan    istehlak    səviyyəsinə    həm    də    formanın    təkmilləşdirmə  

dərəcəsinə    görə    eyni    tipli    qruplara    düşən    mə  mulatlar    seçilir.    Seçilmiş  

məmulatlar  –  etalonlar    iki    əlamətlə    xarakterizə    olunan    etalon    sırasını    təşkil  

edir. 

Etalon  sıralarının  tərtib  edilməsi  ekspert  rəylərində  müxtəlifliyi  azaldan  



üsullardan  biridir.  Bundan  başqa,  ekspertlər  eyni  bir  bal  şkalasından  istifadə  

edərək  onun  ayrı  – ayrı  intervallarının   əhəmiyyətliliyini  fərqli  qəbul  edirlər.  

Tətqiqatlar    göstərir    ki,    bəzi    ekspertlər    son    hədd    qiymətlərini    verməkdən  

çəkinir,  onlar  şkalanın  orta  qiymətlərindən  fərqli  yanaşırlar.  Etalon  sıraları  

qiymətləndirməni    daha    əyani    edir.    O,    müqayisəni    təhlil    etməklə  

qiymətləndirilən    məmulatın    çatışmazlıqlarını    aşkar    etməyə,    digər    nümunələr  

üzərində    bu    və    ya    digər    elementin    daha    müvəffəqiyyətli    həll    üsullarını  

nümayiş    etdirməyə    imkan    verir.    Etalon    sıralarının    yaradılması    sonrakı  

qiymətləndirmə  üçün  psixoloji  zəmin  hazırlayır,  bununla  da  daha  bir – birinə  

uyğun  nəticələrin  alınmasına  şərait  yaradır. 

Qeyd    etmək    lazımdır    ki,    etalon    sırası    dinamikdir,    uzun    müddət  

qiymətləndirmə    üçün    meyar    ola   bilməz.   Yeni    funksiyalı   yeni    məmulatların  

meydana    çıxması,    ictimai    normaların    və    idealların    dəyişməsi    məmulatların  

etalon  sıralarının  strukturunun  və  tərkibinin  dəyişdirilməsinə  səbəb  olur. 

Ekspert    qiymətləndirilməsində    optimal    bal    şkalasının    seçilməsini  

nəzərdən  keçirək.  Məlumdur  ki,  təcrübəli  ekspert  üçün  0,5  intervalla  5  bal  

qiymətləndirmə  üçün  tam  kifayət  edir.  Çox  sayda  balı  olan  hər   hansı  şkala  

bir    baldan    digərinə    keçmək    üçün    daha    dəqiq    meyarların    işlənməsini    tələb  

edir  və  təcrübə  göstərir  ki,  mahiyyət   etibarı  ilə  belə  şkalalar  tam  istifadə  

edilmir. 

Çox  zaman  keyfiyyətinin    ekspert    qiymətləndirilməsində    iki    əsas  

variantda  balların  paylanması  tövsiyə  olunur.  Bu  zaman  ―pis‖  qiyməti  həmişə  




o    bala    uyğun    gəlməlidir,    çünki    qiymətləndirmənin    məqsədi    məmulatın  

yararlılıq  dərəcəsini  yox,  keyfiyyət  səviyyəsini  müəyyən  etməkdir  [6]. 

Bədii    layihələndirmədə    0,1    bal    intervallı    5    ballı    sistem    daha    geniş  

tətbiq  olunur. 

Bəzi    mütəxəssislər    ekspertlərin    balla    qiymətləndirməsi    metodikasına  

şübhə  ilə  yanaşır  və  onun  digəri  ilə  əvəz  olunmasını  tövsiyə  edirlər,  çünki  

burada    ekspertlərin    səriştəliyi    məsələsi    meydana    çıxır.    Ekspertlərin  

səriştəliyinin    müəyyənləşdirilməsi    verilmiş    növ    məhsulun    keyfiyyətinin  

qiymətləndirilməsinə    komissiyanın    hazırlığını    müəyyənləşdirmək    və  

qiymətləndirmənin    yekun    nəticələrini    almaq    üçün    zəruridir.    Birinci    halda  

ekspertlərin   qiymətləndirmə    obyekti   ilə    yüksək   tanışlıq   dərəcəsi  və   bundan  

irəli  gələn  rəylərin  əsaslandırılmış  olması,  ikinci  halda  ekspert  rəylərinin  çəki  

əmsallarının  tapılması  nəzərdə  tutulur.  

Məmulatla    ekspertin    tanışlıq    dərəcəsini    təyin    etmək    üçün  

məlumatlanma    prosedur    qaydalarından    istifadə    olunur.  Əvvəlcə    ekspert  

cədvəldə  baxılan  məmulatla  tanışlığını  səciyyələndirən  tanışlıq  əmsalını  qeyd  

edir.  Bu  zaman  onun  qiymətləndirmə  obyekti  ilə  heç  bir  tanışlığı  yoxdursa,  

əmsal    ―0‖    götürülür.    Əgər    ekspert    analoji    elmi,    mühəndis,    bədii  – 

layihələndirmə        işlənməsi    səviyyəsində    tanışdırsa,    əmsal    ―0,1‖    seçilir.  

Obyektivliyi    təmin    etmək    üçün    ekspert    qrupuna    məhsulun    müəllifi  

(müəllifləri)  daxil  edilmir.  Sonra  hər  bir  ekspert,  müstəqil  olaraq,  rəyinin  

arqumentasiya  əmsalını  müəyyənləşdirir. 

Yuxarıda  göstərilən  əmsallar  ona  görə  vacib  sayılır  ki,  özü – özünü  

qiymətləndirmə    heç  də  kifayət  qədər  obyektiv  olmur  və  çox  zaman  öz  – 

özünü  qiymətləndirmə  kollektiv  qiymətləndirmədən  yüksək  olmur.  Öz – özünü  

qiymətləndirmə   kəmiyyətini  təshih  etmək  üçün  aşağıdakı  prosedur  qaydaları  

yerinə    yetirilir:    alınmış    göstəricilərə   görə    hər   bir    ekspertin   və   ümumilikdə  

komissiyanın    məlumatlanma    əmsalı    hesablanır.    Ekspertin    məlumatlanma  

əmsalı: 

 



,


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin