Ekspert qiymətləndirilməsi zamanı subyektivliyin azaldılması üçün müxtəlif
seçilməsi xüsusiylə mühüm məsələdir. Rəylərin toplanmasının fərdi, kollektiv və
qarışıq formalarını göstərmək olar. Bu formalardan hər birinin aşağıdakı
növmüxtəliflikləri vardır: anketləşdirmə, müsahibə götürmə, diskussiya, iclas,
işgüzar oyun. Keyfiyyətin qiymətləndirilməsində çox vaxt onlar birgə istifadə
edilir ki, bu da görülən işlərin səmərəliliyini və obyektivliyini yüksəldir. Ekspert
rəylərinin toplanmasına belə yanaşma (qarışıq forma) problem tam aydın
olmadıqda, kollektiv müzakirə zamanı ekspertlərdə fikir ayrılığı yarandıqda,
Ranqlama
metodunda
ekspert
tədqiq
olunan
obyektləri
nisbi
əhəmiyyətliliyindən (üstünlüyündən) asılı olaraq ranqlayır. Bu zaman daha üstün
tutulan obyektə adətən birinci ranq, ən az üstün tutulana isə mütləq qiymətcə
düzülən obyektlərin sayına bərabər sonuncu ranq verilir. Tədqiq edilən obyektlərin
sayı az olduqca belə düzülmənin dəqiqliyi artır.
Bir ekspert tərəfindən ekspertiza obyektlərinin üstün tutmaqla (ranqlar üzrə)
yerləşdirilməsi zamanı ranqların cəmi obyektlər sayının H vahiddən başlayan
bütün natural sırasındakı ədədlərin cəminə bərabər olmalıdır
2
:
1
H
H
.
Sorğuya görə ranqlama obyektlərinin yekun ranqı hər bir obyekt üçün ranqların
cəmi şəklində müəyyənləşdirilir. Bu zaman birinci ranq ən az ranqlar cəmi olan
obyektə, sonuncu yer ən çox ranqlar cəmi olan, yəni ən az əhəmiyyətli obyektə
verilir.
Bilavasitə qiymətləndirmə metodu (bal metodu) tədqiq edilən obyektlərin
əhəmiyyətliliyə görə bal verməklə düzülməsidir. Daha əhəmiyyətli obyektə qəbul
edilmiş şkala üzrə daha yüksək bal verilir. Qiymətləndirmə şkalasının diapazonu,
bir qayda olaraq, 0-dan 1-ə, 5-ə, 10-a, yaxud 100-ə kimi qəbul edilir. Sadə halda
qiymət 0 yaxud 1 bal ola bilər. Bəzi hallarda qiymətləndirmə sözlə yerinə yetirilir,
məsələn, «çox əhəmiyyətli», «əhəmiyyətli», «az əhəmiyyətli». Sorğunun
nəticələrinin işlənməsini daha əlverişli etmək üçün belə qiymətləndirmə ball
şkalasına keçirilə bilər (məsələn, uyğun olaraq 3,2,1 bal).
Bilavasitə qiymətləndirmə ekspertlərin tədqiq edilən obyektlərin xassələri
haqqında tam məlumatlanmasına əminliyi zamanı tətbiq edilməlidir.
Qiymətləndirmənin nəticələrinə görə hər bir tətbiq edilən obyektin ranqı və çəkisi
(əhəmiyyətliliyi) müəyyənləşdirilir. Misal kimi 10-ballıq şkala üzrə 3 obyektin
qiymətləndiriliəsi cədvəl 1-də verilmişdir.
Hər bir obyektin yeri ekspert qiymətləndirilməsinin nəticəsinə görə aşağıdakı
düsturla təyin edilir: