Müh. 6. Ekspertizanın növləri
Məhsulun istehlak xassələrinin ekpertizası onun keyfiyyətinin yüksəldilməsi
və çeşidinin təkmilləşdirilməsi üçün güclü vasitədir. Ekspertiza elə bir spesifik
fəaliyyət növüdür ki, burada ekspert metodu əsasında və sınaqların nəticələrini
nəzərə almaqla malların istehlak keyfiyyətinin təhlili və qiymətləndirilməsi
aparılır. Beləliklə, sənaye mallarının keyfiyyətinin ekspertizası onların çeşidinin
strukturunun və keyfiyyətinin təkmilləşdirilməsi məqsədi ilə malların istehlak
dəyərinin təhlili və qiymətləndirilməsi üzrə spesifik fəaliyyət növüdür. Keyfiyyətin
ekspertizası prosesində qiymətləndirilən məmulatlara istehlak dəyəri kriteriyası
nöqteyi-nəzərindən baxılır. Burada təhlil vasitəsi kimi ekspert, alət və digər
metodlardan istifadə olunur. Keyfiyyətin ekspertizası bütöv fəaliyyət sahəsi kimi
əmtəə mallarının keyfiyyətinin təhlili, ölçülməsi və qiymətləndirilməsi
əməliyyatlarını özündə birləşdirir. Ekspertiza ekspert metodlarından fərqlidir:
ekspertiza anlayışı daha genişdir və ekspert metodlarının istifadəsini özündə
birləşdirir. Ekspertizanın aşağıdakı növləri vardır [2
]: malların ekoloji ekspertizası;
iqtisadi ekspertiza; əmtəə ekspertizası; texnoloji ekspertiza; məhkəmə - hüquq
ekspertizası.
Məmulatların ekoloji xassələri göstəricilərlə xarakterizə olunur. Bu
göstəricilər satın alınmış malın onun istehlakı prosesində insana və ətraf mühitə
necə təsir etdiyini göstərir. Bu məqsədlə məmulatın ekoloji ekspertizasından
istifadə edilir.
Ekoloji ekspertiza təhlil
metodlarının məcmusunun tətbiqini nəzərdə tutur. Bu
zaman bilavasitə istehlak yox, həmçinin onunla bağlı əməliyyatlar (saxlanma,
nəqletmə, boşaltma, yükləmə və s.) nəzərə alınır. Əmtəə mallarının insanlara -
istehlakçılara ekoloji təsiri, bəzən ətraf mühitə istənilməyən dəyişikliklər gətirərək,
əksər hallarda dolayı xarakter daşıyır. Lakin istehlakçı «insan – məmulat - mühit»
sisteminə daxil olduğuna görə o, əmək və istirahət prosesində bu təsirlərlə rastlaşır,
onlara məruz qalır.
Bütün ekoloji göstəricilər ekoloji ekspertizanın bir neçə metodları ilə təyin
olunur. Onlar ətraf mühitin təmiz saxlanmasına kömək edir. Ekspertiza ən yaxşı
həllərin seçilməsinə və məmulatların istehlak xassələrinin yaxşılaşdırılmasına
yönəldilmiş dəyişikliklərin edilməsinə kömək edir.
Iqtisadi ekspertiza xüsusi
biliyə malik olan ekspert tərəfindən iqtisadiyyat
sahəsində aparılan tədqiqatdır. Bu ekspertiza təsərrüfat məsələlərini düzgün həll
etmək üçün faktiki vəziyyəti müəyyənləşdirmək məqsədi ilə aparılır.
Iqtisadi ekspertiza iqtisadi və digər tədqiqat metodlarının köməyi ilə aparılmış
tədqiqatlara əsaslanır. Bu tədqiqatlar təsərrüfat əməliyyatlarında, əmtəə mallarının
buraxılış prosesində onların keyfiyyətinin təhlilində, həmçinin istehsalçı firmanın
iqtisadi fəaliyyəti məsələləri üzrə konflikt situasiyalar yaradan səbəblərin
araşdırılmasında ekspertlərə kömək edir. Belə ki, iqtisadi ekspertizanın köməyi ilə
müəssisədə əmtəə məhsulunun buraxılışı zamanı baş vermiş qayiməsiz
əməliyyatların ümumi məbləği təyin edilir.
Iqtisadi
ekspertiza əmtəə mallarının
növlər, kəmiyyət və keyfiyyət üzrə buraxalaşı planlarının yerinə yetirilməsinin
fiktivləşdirilməsi,
məhsulun
istehlakçıya göndərilməsi prosesində onun
saxlanmasının fiktivləşdirilməsi, həmçinin malların realizə olunması və onların
maya dəyərinin təyin edilməsinin fiktivləşdirilməsi işinin istintaqı zamanı istifadə
olunur.
Bununla yanaşı, iqtisadi ekspertiza müəssisənin rəhbərliyi tərəfindən
müəyyənləşdirilmiş texnoloji norma və normativlərin elmi - texniki tərəqqinin
nailiyyətləri ilə necə uzlaşmasını təyin edir, müəssisənin iqtisadi inkişafına və
işçilərin sosial tələblərinin ödənilməsinə kömək edir.
Iqtisadi ekspertiza vasitəsilə aşağıdakı məsələlər öyrənilir [2]:
hansı dərəcədə maliyyə –təsərrüfat fəaliyyətinin düzgün planlaşdırılmaması
müəssisənin realizə olunmuş məhsula görə fiktiv gəlir əldə etməyinə imkan
vermişdir;
müəssisədaxili təsərrüfat hesablı cari planlaşdırma metodikasının pozulması,
ona riayət olunmaması hansı dərəcədə müəssisəyə ziyan vurmuşdur;
neçə təşkilat sifarişçidən əsaslandırılmamış yüksək normalara görə güzəştli
qiymətlərlə məhsul almağı planlaşdırmışdır.
Əmtəə ekspertizası
ərzaq mallarının ekspertizası və qeyri-ərzaq mallarının
ekspertizasına bölünür. Bu obyektlərin ekspertizası prosesində aşağıda qeyd
olunanları təyin edirlər:
1. Əmtəə mallarının keyfiyyətinin qüvvədə olan dövlət standartlarına, alıcı və
satıcı arasında bağlanmış müqavilə şərtlərinə uyğunluğu.
2. Istehsal və nəqletmə (daşınma) proseslərində məhsulun çeşidinin aşağı
düşməsi.
3. Əmtəə mallarının keyfiyyətinin preyskurant və ya müqavilə qiymətlərinə
uyğunluğu.
4. Malların qiymətlərinin aşağı salınmasının və yenidən qiymətləndirilməsinin
düzgünlüyü.
5. Təbii itgilərin miqdarı.
6. Malların zay olmasının səbəbləri.
7. Xarab olmuş malların maddi-məsul şəxsin hesabından silinməsinin
əsaslılığı.
Əmtəə ekspertizasının zəruriliyi dövlət, ictimai və xüsusi mülkiyyətin
oğurlanması, həmçinin təsərrüfat və xidməti cinayətlərlə əlaqədar cinayət işlərinin
məhkəmə istintaqı zamanı meydana çıxır. Kooperativlərin fəaliyyətinin istintaqı
zamanı əmtəə ekspertizası məhsulun hazırlanma üsullarını, xammaldan istifadə ilə
əlaqədar məsələləri həll edir və hazır məmulatların qüvvədə olan dövlət
standartlarına uyğunluğunu təyin edir.
Əmtəə ekspertizası malların keyfiyyətini öyrənən zaman orqanoleptik metod
kimi istifadə olunur. Belə ki, ekspert əmtəə malına baxaraq onun istismarı
prosesində baş vermiş qüsurlara diqqət yetirir, məmulatın etibarlılığının istehsalçı
tərəfindən verilmiş qaranta uyğunlüğünü müəyyənləşdirir.
Əmtəə ekspertizasının obyektləri ərzaq və qeyri-ərzaq malları, xammal,
yarımfabrikatlardır. Burada informasiya mənbəyi xalq istehlakı mallarının
istehsalı, daşınması və realizə edilməsinin ilkin sənədləridir .
Əmtəə ekspertizası Ticarət palatası, Texniki ekspertiza bürosu tərəfindən
aparılır. Bu işlərə müvafiq qrup mallar, materiallar və xammal üzrə xüsusi biliyi
olan əmtəəşünaslar cəlb olunurlar.
Əmtəə ekspertizası aşağıdakı məsələlərin həlli zamanı istifadə oluna bilər:
malın çeşidi onun faktiki adına, qiyməti isə etiketdə və preyskurantda
göstərilmiş qiymətə uyğundurmu?
malların keyfiyyəti dövlət standartına cavab verirmi, əgər vermirsə – konkret
nədə?
malların silinməsi, məhv edilməsi, yenidən emalı üçün motivlər nə qədər
əsaslandırılmışdır?
aşağı düşmüş qiymətlərlə realizə olunmuş malların istehlak xassələrinin
yeyilmə dərəcəsi nə qədərdir?
yeni məhsulun qiyməti onun keyfiyyət dəyişikliyinə cavab verirmi?
qəbul zamanı məhsulun defektinin müəssisənin texniki nəzarət şöbəsi
tərəfindən təyin olunması nə dərəcədə mümkündür?
əmtəə mallarının (məsələn, rəngli televizorların) daşınma qaydalarına riayət
olunurmu, əgər olunmursa, onda dəymiş ziyana görə kim cavab verməlidir?
Texnoloji ekspertiza xammalın,
yarımfabrikatların emal texnologiyasını,
məhsulun hazırlanma texnologiyasını tədqiq edir. Bu ekspertiza həmçinin
xammalın istifadəsini, texnoloji proseslərin ardıcıllığını, onların yerinə yetirilmə
metodlarını öyrənir, lazımi avadanlıqların, tərtibatların, alətlərin, modellərin
düzgün seçilməsini təyin edir və s.
Texnoloji ekspertizanın nəticələri tez-tez məhkəmə praktikasında istehsalat
bədən xəsarətlərinin, dövlət və ictimai əmlakın oğurlanmasının, xidməti
cinayətkarlığın, keyfiyyətsiz məhsul buraxılışının və digər məsələlərin istintaqı
zamanı istifadə olunur.
Məhkəmə - hüquq ekspertizası
demokratik dövlətdə cinayət və mülki işlərin
baxılması zamanı tətbiq olunur. Məhkəmə-hüquq ekspertizası-ekspert tərəfindən
prosessual qanunçuluqda nəzərdə tutulmuş qaydada cinayət materialları və ya
mülki məsələ üzrə aparılan tədqiqatdır. Bu ekspertizanı müstəntiqin, prokurorun
xüsusi qərarı əsasında, həmçinin əmtəə mallarının istehlak xassələri sahəsində
məhkəmənin qərarına görə aparırlar.
Məhkəmə - hüquq ekspertizasının aparılması ekspertlərə tapşırılır. Ekspert
kimi tələb olunan xüsusi biliyə malik hər bir şəxs dəvət oluna bilər. Ekspert faktlar
haqqında öz rəyini bildirmək üçün çağrılır. O, özünün müşahidələrini həmişə
məhkəmənin tapşırığına görə aparır. Ekspert öz səlahiyyətini ancaq fikir
söyləməklə bitirmir. O, həm də lazımi müşahidələri və tədqiqatları aparmalıdır.
Ekspert müəyyən metodların köməyi ilə o halları tapır və məhkəmə qarşısında
açıqlayır ki, onlar ekspertin köməyi olmadan məhkəməyə naməlum qala bilərdi.
Məhkəmə-hüquq ekspertizası təşkilati və prosessual əlamətlərinə görə
sinifləşdirilir.
Təşkilati əlamətlərinə görə ekspertizalar ilkin (konkret məsələ üzrə ilk dəfə
təyin olunur), təkrar (həmin məsələ üzrə təkrarən aparılır), əsas (istintaqı aparılan
işin bütün məsələlərini əhatə edir) və əlavə ekspertizalara bölünür. Əlavə
ekspertiza situasiyadan asılı olaraq aparılır. Bu o zaman aparılır ki, ekspertiza
vasitəsi ilə əlavə məsələləri aydınlaşdırmaq tələb olunur, yaxud əsas ekspertiza
vasitəsi ilə alınmış nəticə tam deyildir.
Prosessual əlamətlərinə görə ekspertizalar birpredmetli və çoxpredmetli
ekspertizalara bölünür [2]. Birpredmetli ekspertiza o zaman aparılır ki, burada
ancaq eyni növlü məsələlərin təqdid olunması tələb olunur. Ona görə bu
ekspertizada eyni ixtisasa malik ekspertlər iştirak edirlər. Çoxpredmetli ekspertiza
o zaman aparılır ki, burada bir neçə müxtəlif məsələlərə baxılır və onlar müxtəliv
ekspertizaların məsələləridir. Odur ki, bu ekspertizada müxtəlif sahələrin
mütəxəssisləri iştirak edirlər. Çoxpredmetli ekspertizalar lokal ekspertizalar
formasında aparıla bilər. Bu zaman hər bir ekspert onun özünə aid olan məsələləri
tədqiq edir. Özlərinin rəylərini ekspertlər hüquq-mühafizə orqanlarına verirlər. Bu
orqanlar isə həmin materialları ümumiləşdirir və istintaq prosesində istifadə
edirlər.
Çoxpredmetli ekspertizalar həmçinin müxətlif ixtisaslı bir neçə mütəxəssis
tərəfindən də aparıla bilər və onların nəticələri bir rəydə ümumiləşdirilə bilər. Bu
cür ekspertiza komissiya ekspertizası adlanır. Bu ekspertizanın nəticələri orada
iştirak etmiş bütün ekspertlər tərəfindən imzalanır. Bu cür ekspertizaları məhkəmə
ekspertiza müəssisələri aparır. Bu zaman ekspertlərdən biri komissiyanın rəhbəri
təyin olunur. Ekspert qrupunun rəhbəri məhkəmə-ekspert tədqiqatlarının
metodologiyası və metodikası sahəsində ən çox biliyə malik olmalıdır, digər
ekspertlərin
(həkimlərin,
iqtisadçıların,
mühəndislərin)
nəticələrini
sintezləşdirməyi bacarmalıdır.
Ekspert rəyi üç hissədən ibarət olur – giriş, tədqiqat və nəticələrdən. Bəzən
rəydə dördüncü hissə də olur ki, bu hissə sintezləşdirici hissə adlanır.
Giriş hissədə ekspertiza üçün təyin olunmuş işin nömrəsi və adı göstərilir,
ekspertizanın aparılma zərurətinin qısa şərhi verilir. Burada aşağıdakılar öz əksini
tapır:
ekspertizanın nömrəsi və adı;
ekspertizanı təyin edən orqan haqqında məlumat;
ekspertizanın aparılmasının hüquqi əsası;
materialın ekspertizaya daxil olma tarixi və rəyin imzalanma tarixi;
ekspertlər haqqında məlumat – soyadı, adı, atasının adı, təhsili, ixtisası
(ümumi və ekspertiza üzrə), elmi dərəcəsi və adı, vəzifəsi;
ekspertiza üçün daxil olmuş materialın adı;
tədqiq olunan ekspertiza obyektlərinin gətirilmə üsulu, qablaşdırma növü və
rekvizitləri, həmçinin bir neçə ekspertiza növləri üzrə ilkin məlumatlar;
ekspertizanı aparan zaman orada iştirak etmiş şəxslər haqqında məlumatlar
(soyadı, prosessual vəziyyəti);
ekspert qarşısında qoyulmuş məsələlər.
Ekspertin şəxsi təşəbbüsünə görə həll edilən məsələlər də rəyin giriş
hissəsində verilir.
Əgər aparılmış ekspertiza əlavə, təkrar, komission və ya kompleks
ekspertizadırsa, bu xüsusilə girişdə qeyd olunmalıdır. Əlavə və təkrar ekspertizalar
zamanı rəydə əvvəlki ekspertizalar haqqında məlumatlar qeyd edilir (ekspertizalar
keçirilmiş müəssisə və ekspertlər haqqında məlumatlar, rəyin nömrəsi və tarixi,
alınmış nəticələr, həmçinin əlavə və ya təkrar ekspertizanın aparılması üçün əsas).
Ekspert rəyinin tədqiqat hissəsində aparılmış tədqiqat prosesi və onun
nəticələri şərh olunur, müəyyən olunmuş faktların elmi izahı verilir. Burada adətən
tədqiqat obyektinin vəziyyəti, tədqiqat metodları və onların tətbiq olunma şərtləri
(əgər ekspert eksperimenti aparılmışdırsa, onun şəraiti), normativ-sorğu
materiallarına və ədəbiyyatlara istinadlar göstərilir.
Material adətən tədqiqatın aparılma sxeminə uyğun şərh olunur. Belə ki,
əvvəlcə analitik mərhələ yazılır. Burada obyektəlrin xassələrinin ayrıca tədqiqatı
verilir. Sonra müqayisəedici mərhələ qeyd olunur. Burada obyektlərin xassələrinin
uyğunluğu və müxtəlifliyi göstərilir. Daha sonra isə inteqral mərhələsi şərh olunur
ki, burada da tədqiqatın nəticələrinin kompleks qiymətləndirilməsi verilir.
Rəyin
sintezləşdirici
hissəsində (bölməsində) aparılmış tədqiqatın
nəticələrinin ümumi qiymətləndirilməsi və ekspertin gəldiyi nəticələrin
əsaslandırılması verilir. Belə ki, identifikatlaşdırma (eyniləşdirmə) tədqiqatları
zamanı sintezləşdirici hissə müqayisə olunan obyektlərin uyğun gələn və fərqlənən
əlamətlərinin yekun qiymətini özündə birləşdirir. O, göstərir ki, uyğun gələn
əlamətlər əhəmiyyətlidir və ya əhəmiyyətsizdir. Rəyin sintezləşdirici komponenti
müstəqil hissə kimi həmişə yazılmır. O, əksər hallarda tədqiqat hissəsinin bölməsi
kimi yazılır. Bu, xüsusilə eyni cinsli ekspertizalara aiddir.
Ekspert rəyindəki nəticələr ekspert qarşısında qoyulmuş suallara verilən
cavablardır. Bu suallardan hər birinə konkret cavab verilməlidir və yaxud onların
həll olunmasının qeyri-mümkünlüyü göstərilməlidir.
Nəticə tədqiqatın son məqsədidir. Məntiqi mənada nəticə ekspertin ona
təqdim olunmuş materialların öyrənilməsi və yaxud onun apardığı tədqiqatlar
nəticəsində ekspertiza obyekti üzrə konkret formalaşmış fikirdir.
Nəticələr qeyri-məlum və ya iki mənalı olmamalıdır, onlar konkret xarakter
daşımalıdır. Ekspertlərin nəticələri müxtəlif məntiqi formaya malik ola bilər.
Ekspertin nəticələrinin məntiqi formalarının geniş yayılmış növləri aşağıdakılardır
[2]:
qəti və ehtimal;
birmənalı və alternativ;
mümkün olan və həqiqi;
şərti və şərtsiz;
təsdiqedici və inkaredici.
Nəticələrin qəti və ehtimal nəticələrə bölünməsi onların təsdiq olunma
dərəcəsinə görə aparılır. Ehtimal nəticə ekspert tərəfindən müəyyənləşdirilən
(tədqiq olunan) faktın ancaq çox yüksək dərəcədə ehtimalı zamanı formalaşdırılır.
Qəti nəticə ekspert tərəfindən o zaman verilir ki, tədqiqatın nəticələri onu tam
təsdiq edir.
Həqiqət haqqında nəticələrdən fərqli olaraq, mümkünlük haqqındakı
nəticələrdə ancaq hər hansı bir hadisənin mümkünlüyü qeyd olunur. Mümkünlüyü
ehtimallıqla qarışdırmaq olmaz. Belə ki, əgər ehtimal – bizim biliyimizin
xarakteristikasıdırsa və bu biliyin dərinləşməsi ilə artırsa, mümkünlük – şeyin
obyektiv vəziyyətidir. Odur ki, praktikada ehtimal nəticələri mümkünlük nəticələri
ilə əvəz etmək olmaz. Çünki bu əvəzetmə ancaq xətalara gətirə bilər.
Alternativ nəticə o zaman formalaşdırılır ki, ekspert məsələnin həllinin vahid
bir variantına gələ bilmir və tədqiqatın yekunu bir neçə variantdan ibarətdir.
Birmənalı nəticə o zaman formalaşdırılır ki, ekspert məsələnin həllinin vahid
variantını görür və bu haqda qərar qəbul edir.
Şərti nəticə odur ki, onun həqiqətə uyğunluğu hər hansı bir şərtdən asılıdır.
Şərtsiz nəticədə isə heç bir şərt olmur.
Inkaredici nəticə müəyyənləşdirilən (axtarılan) faktın, hadisənin və xassənin
olmamasını göstərir. Inkaredici nəticə bəraətqazandırıcı sübutdur.
Rəy ekspert və ya ekspertlər tərəfindən imzalanmalıdır. Əgər ekspertiza ona
səlahiyyəti olan müəssisədə aparılmışdırsa, onda rəy bu müəssisənin möhürü ilə
təsdiq
olunur.
Rəyə
əlavələr (fotoşəkillər, çertyojlar, fonoqrammalar,
elektroqrammalar, xromatoqrammalar, cədvəllər və s.) varsa, onlar da ekspertlər
tərəfindən imzalanır və həmin müəssisənin möhürü ilə təsdiq olunur.
Rəyin hər bir hissəsi (bölməsi) həmin hissənin tədqiqatını aparmış və
nəticələri formalaşdırmış ekspert tərəfindən imzalanmalıdır. Əgər nəticələr
müxtəlif ekspertlər tərəfindən formalaşdırılmışdırsa, onda nəticələrin hər biri onu
yazmüş ekspert tərəfindən ayrıca imzalanmalıdır.
Bəzən ekspertizanın nəticəsi kimi rəyin verilməsinin qeyri-mümkünlüyü
haqda xəbər verilir (sənəd formasında). Bu cür sənəd qoyulmuş məsələnin həllinin
qeyri-mümkünlüyü tədqiqat aparmadan belə aydın olduğu zaman tərtib olunur. Bu
halda tədqiqat aparılmır və ekspert heç bir rəy vermir. Bu zaman ekspertizanı təyin
etmiş şəxsə və ya orqana rəsmi sənəd rəyin verilməsinin qeyri-mümkünlüyü haqda
xəbərdir. Təcrübədə adətən bu sənəddə obyektin qısa izahı verilir və məsələnin
həllinin qeyri-mümkünlüyünün səbəbi göstərilir.
Dostları ilə paylaş: |