Mühazirə mətnləri Müh. İstehlak mallarinin keyfiyyət ekspertizasi metodlari istehlak



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə30/39
tarix09.04.2022
ölçüsü0,92 Mb.
#55007
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   39
IMEQ fənnindən mühazirə mətnləri 2022

 

 

 

 

 

 

 

 

 

Müh. 7.  Ekspert qiymətləndirilmə metodlarının obyektivlik    

xüsusiyyətləri 

Ekspert    qiymətləndirilməsində  müxtəlif  metodlardan  istifadə  edilir  ki, 

qiymətləndirmənin 

obyektivliyi 

əhəmiyyətli  dərəcədə  metodun  düzgün 

seçilməsindən  asılıdır.    Bu  zaman  obyektin    xüsusiyyəti    və    qiymətləndirmənin 

şəraiti hökmən nəzərz alınmalıdır. Ekspert  qiymətləndirilməsinin  3  əsas  növünü  

göstərmək    olar    [6]:    aparıcı    ekspertlə    qiymətləndirmə,    komissiya    ilə  




qiymətləndirmə    və    aparıcı    ekspert    və    ekspert    qrupundan    istifadə    etməklə  

kombinəedilmiş  qiymətləndirmə  (şəkil 2). 

Aparıcı    ekspertlə    qiymətləndirmə    mürəkkəb    razılaşdırma    qaydalarını,  

rəylərin  statistik  işlənməsini  tələb  etmirsə də,  ekspertin  səriştəliyindən  və  bilik  

səviyyəsindən  çox  asılı  olan  xeyli  dərəcədə  subyektiv  nəticələr  verir. 

İxtisaslı    mütəxəssislər    kollektivinin   orta    rəyini    almağa    imkan    verən  

ekspert    komissiyası    ilə    qiymətləndirmə    kifayət    qədər    obyektivdir,  

mütəxəssislərdən  böyük  bir  vaxt  itkisi  tələb  etmir,  ekspertizanın  təşkili  və  

hazırlanması  uzun  çəkmir.  Bu  baxımdan  fərdi  ekspertin  və  qrupun  rəylərinin  

müqayisəsi    üzərində    qurulmuş    kombinəedilmiş    qiymətləndirmə    kompromis  

variant  sayıla  bilər.  Bu şəkildə  qiymətləndirmə  azsaylı  ekspert  kollektivinə  

alınmış    nəticələrin    dəqiqliyini    və    etibarlığını    təmin    edən    kifayət    qədər  

prosedurlarla  məhsulun  keyfiyyətinin  sadə  analizini  aparmağa  şərait  yaradır. 

Ekspert    metodu    texniki    göstəricilərin    istehlak    göstəricilərinə  

çevrilməsində  geniş  tətbiq  edilir.  Belə  çevirmənin  iki  cəhəti  vardır:  bir  ölçmə  

sisteminin  digəri  ilə  müqayisə  ediləcək  şəklə  salınması,  texniki  və  ya  digər  

göstəricilərin  dəyərinin  real  qiymətləndirilməsi.

                         

 

Bu    zaman    iki    hal    mümkündür:    texniki    və    istehlak    göstəriciləri  



arasında  asılılıq  xəttidir  və  ya  qeyri – xəttidir.  Birinci  halda  göstəricilərdən  

biri  avtomatik  olaraq  digərinə  keçir  və  kiçik bal  ölçülən  göstəricinin  aşağı  

qiymətinə,    böyük    bal    yuxarı    qiymətinə    uyğun    gəlir.    Soyuducunun  

kamerasında    temperatur    ilə    onun    balla    qiymətləri    arasında    asılılıq    xətti  

asılılığa  misal  ola  bilər. 

 

   



                                                                                              

 

a) 

 

 

 



Qiy-

mət 


Ekspert 

Məmulat 


Məmulat 

 

İş



çi

    


 qrup

 

E



k

sp

er



t qr

u

p



u

 

 




 

                                                                                              

 

 

b) 



 

 

b) 

 

 

  



                                                                                                

 

 



c) 

                   

 

c) 

 

 



Şəkil 2.  Məhsulun  keyfiyyətinin  ekspert  qiymətləndirilməsinin  əsas  metodları:   

  a  -      aparıcı    ekspert  metodu;    b  –  ekspertlər    komissiyası  metodu;  c  – 

kombinəedilmiş  metod 

 

 



Qeyri  –  xətti    asılılıq    halında    E.    Reyxman    tərəfindən    təklif    edilmiş  

metod  istifadə  edilə  bilər  .  

 Metodun    mahiyyəti    belədir:    əvvəlcə    ekspert    qiymətləndirilən    texniki  

göstəricinin  minimal,  maksimal  və  optimal  buraxıla  bilən  qiymətlərini  (

A

min,


  

A

max,



  və  

A

opt



)  göstərir.  Sonra  o,  bu  göstəricilərin  qiymətlərinə  bal  qiymətləri  

verir.    Alınmış    nəticələr    qrafikdə    qeyd    olunur.    Absis    oxunda    göstəricinin  

ölçülmüş  qiymətləri,  ordinat  oxunda  ekspertin  bal  qiymətləri  qeyd  olunur.  

Qiy- 


mət 

Məmulat 


Qiym

ət 


Aparıcı ekspert 

Ekspert qrupu 




Belə  qrafikdə  axtarılan  göstəriciyə  müvafiq  qiymət  müəyyənləşdirilir.  Texniki  

keyfiyyət    göstəricilərin    istehlak    göstəricilərinə    çevrilməsində    qeyri  –  xətti  

asılılığa  misal  olaraq  məişət  paltaryuyan  maşınında  yuyulma  dərəcəsinin  təyin  

olunması  göstərilə  bilər  (şəkil  3). 

Son    illər    sənaye    məmulatlarının    keyfiyyətinin    kompleks    ekspert  

qiymətləndirilməsi    geniş    həyata    keçirilir.    Bu    metod    bir    sıra    prosedur  

qaydalarının    ardıcıl    yerinə    yetirilməsini    nəzərdə    tutur    ki,    nəticədə    ekspert  

analiz    olunan    obyekt    haqqında    ümumiləşdirilmiş    rəy    verir.    Kompleks  

qiymətləndirmə    keyfiyyət    göstəricilərinin    seçilməsi    ilə    başlayır.    Ekspertin  

güman  etdiyinə  görə  bu  göstəricilərin  təhlilinə  görə  o,  məmulatın  ümumilikdə  

keyfiyyəti  haqqında  mühakimə  yürüdə  biləcək. 

Kompleks    qiymətləndirmənin    sonrakı    mərhələsində    seçilmiş    keyfiyyət  

göstəricilərinin  hər  biri  ekspert  tərəfindən  kəmiyyətcə  qiymətləndirilir  və  belə  

differensial    qiymətləndirmənin    nəticələri    müqayisə    ediləcək    şəklə    salınır.  

Növbəti  mərhələdə  ekspert  bu  göstəricilərin  çəki  əmsallarını  müəyyənləşdirir.  

Yekunda  bütün  differensial  göstəricilər  çəki  əmsalları  ilə  birlikdə  müəyyən  

riyazi    əməliyyatlar    aparılaraq    bir    ümumiləşdirilmiş    kompleks    göstəricidə  

birləşdirilir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

               

      

 

 



            4 

 

            3 



 

            2 

             

            1                              

 

            0                              65                     68       69      70 




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin