metoddur. Tədqiq edilən obyektlərin sayı yeddidən çox olduqda bu cəhət xüsusilə
Kombinəedilmiş üsuldan da istifadə edilir ki, bu üsul yuxarıda
göstərilən üsullardan hər hansı ikisinin birgə istifadəsini nəzərdə tutur
(məsələn, ranqlama və müqayisəetmə). Bu kombinəedilmiş üsul alınmış
nəticələrin dəqiqləşdirilməsi və nəzarəti üçün istifadə olunur.
Tətqiqatlar göstərir ki, yuxarıda göstərilən bütün üsullar eyni dərəcədə
etibarlıdır, lakin vaxt sərfiyyatına görə ranqlama üsulu daha səmərəlidir.
Yuxarıda qeyd olunduğu kimi bu üsullar müqayisə edilən
göstəricilərdən hansı keyfiyyət göstəricisinin daha əhəmiyyətli, hansının az
əhəmiyyətli olmasını müəyyənləşdirməyə imkan verir. Bir qayda olaraq
ekspertlər çəki əmsallarını onların çəkisinin vahidə bərabər olması şərtində
müəyyənləşdirir (1). Lakin göstərmək lazımdır ki, çəki əmsallarının cəmi hər
hansı digər ədədə də bərabər ola bilər. Məsələn, PROFAYL sistemində
vahid əvəzinə 100 qəbul edilir [6].
,
1
1
n
j
j
m
(1)
burada
j
m
–
j
göstəricisinin çəki əmsalı;
j
– analiz olunan göstəricilərin sayıdır.
Yuxarıda verilən şərt o zaman qüvvədə olur ki, bir neçə qrup
göstəricilərin çəki əmsalları ardıcıl təyin edilir. Psixoloji tətqiqatlar
göstərmişdir ki, eyni vaxtda 7±2 alternativdən çox qərar qəbul etmək ekspert
üçün çətinlik törədir. Odur ki, çox sayda göstəricilərin çəki əmsalları təyin
edilərkən onlar bir neçə qrupa bölünür və özünəməxsus ierarxiya ―keyfiyyət
ağacı‖ qurulur. Hər bir qrupa 7 – 9 keyfiyyət göstəricisi daxil edilir və belə
bir şərtin ödənməsi gözlənilir: qrup daxilində olan göstəricilərin çəki
əmsallarının cəmi ekspert tərəfindən bu qrupa verilmiş çəki əmsalına bərabər
olmalıdır
,
1
c
b
j
j
c
m
M
burada
j
m
– c qrupuna daxil olan j keyfiyyət göstəricisinin çəki əmsalı;
c
b –
c qrupuna daxil olan göstəricilərin sayı;
c
M
- c qrupunun çəki əmsalı (c - qrupların sayıdır).
c
M
kəmiyyətin bütün qruplar üzrə qiymətləri cəmi vahidə bərabər
olmalıdır və
9
7
c
b
qəbul edilir. Hesabatları asanlaşdırmaq üçün xüsusi
cədvəllər tərtib olunur. Bu cədvəllərdə ekspert ardıcıl olaraq hər bir göstərici
üçün çəki əmsalını xətləyir.
Keyfiyyət göstəricilərinin sayı çox olduqda ekspert qiymətləndirməsində
digər bir üsuldan da istifadə etmək olar. Bu üsula görə ayrı – ayrı qrupların
çəki əmsalları (1) düsturuna görə tapılır və öz aralarında bir – birinə vurulur:
,
...
2
1
c
m
m
m
M
burada
c
m
m
m
,
...
,
,
2
1
– qrupların çəki əmsallarıdır.
Qeyd etmət lazımdır ki, ekspertlərin diqqət yetirdiyi göstəricilərin sayı
40 – dan çox olmamalıdır. Amerikalı mütəxəssislərin tətqiqatları göstərmişdir
ki, göstəricilərin sayı çox olduqda tam psixoloji səbəblərlə izah olunan
təsadüfi xarakterli qiymətlər müşahidə olunur [4].
Çəki əmsallarının dəqiq müəyyənləşdirilməsi kompleks qiymətləndirmədə
daha etibarlı nəticənin alınmasına şərait yaradır. Belə çəki əmsalları
tənzimləyici mexanizm rolu oynayır və məmulatın keyfiyyətinin kompleks
qiymətləndirilməsinə daxil edilən göstəricilərin seçilməsinə əsas verir.
Müəyyən qiymətdən kiçik çəki əmsallarına malik keyfiyyət göstəriciləri
əhəmiyyətsiz göstəricilər kimi sənaye məhsulunun keyfiyyətinin analizindən
çıxarılır.