(özəl) təhsil müəssisələri
də geniş yayılmışdır. Belə ali məktəblər ayrı-ayrı şəxslər,
təhsil korporasiyaları, monopolist ittifaqlar və s. tərəfindən açılır. Məsələn, ABŞ-da
ali məktəblərin yarıdan çoxu özəl məktəblər olub iri korporasiya və monopoliyaların
fondu hesabına maliyyələşir. Yaponiyada bütün ali məktəblərin 72%-i bu cür fəa-
liyyət göstərir və ölkədəki tələbələrin 70%-dən çoxunu əhatə edir. Bəzi ölkələrdə isə
ali təhsil müəssisələri, əsasən, dövlətə məxsusdur (İngiltərə).
Bir çox ölkələrdə
fərdi qaydada təhsil
geniş yayılmışdır. Tələbələr özləri üçün
fərdi tədris planı seçir və tyutor-müəllimin rəhbərliyi altında işləyirlər.
Ali məktəbə qəbulu
, bir qayda olaraq, ali təhsil müəssisələri özləri müsabiqə əsa-
sında aparır. Qəbulda orta məktəbdə alınan ballar həlledici əhəmiyyət kəsb edir.
Xaricdə ali məktəblər üçün ümumi cəhət tələbələrin mənimsəmələri üzərində
sistemli
nəzarət
aparılmasından və təlim göstəricilərinin ciddi şəkildə hesaba alın-
masından ibarətdir. Yoxlama, nəzarət həm universitetdaxili, həm də müvafiq qurum-
lar tərəfindən həyata keçirilir.
Bəzi ölkələrdə (məsələn, Almaniyada) universitet məzunları iki il ixtisas üzrə
işlədikdən sonra dövlət imtahanı verirlər. Bu dövrdə onlar praktik təcrübə qazanır, ali
məktəb də həmin müddətdə onlara nəzəri və metodik köməklik göstərir.
Universitetlərdə təhsilin keyfiyyətinə yuxarı qurumlar
tərəfindən də nəzarət
edilir. Bəzi ölkələrdə bu işi Təhsil Departamentləri, bəzilərində isə xüsusi qurumlar
həyata keçirir. Məsələn, İngiltərədə ali məktəblərdə yoxlamanı Ali Təhsilin Keyfiy-
yəti Şurası təşkil edir.
Ali Təhsilin Keyfiyyəti Şurası hər 5-6 ildən bir ali məktəbin son kursunun tələ-
bələrinin mütəxəssis kimi hazırlıq səviyyəsini yoxlayır (akkreditasiya). Hər hansı
ixtisas üzrə keyfiyyət səviyyəsi aşağı olarsa, bu halda həmin ixtisasa maliyyə vəsaiti
(başqa sözlə, tələbə qəbulu) dayandırılır.
Son illər xarici ölkələrdə, xüsusən Avropa ölkələrində təhsil, o cümlədən
ali təh-
sil sahəsində inteqrasiya prosesi
güclənməkdədir. Avropa Şurasına daxil olan ölkə-
lərin böyük əksəriyyəti (90%-dən çoxu) Boloniya prosesinə qoşulmuşdur. Boloniya
prosesinin şərtlərinə uyğun olaraq ali təhsildə islahatlar aparılır. İslahatla bağlı Av-
17
ropa Şurasının Təhsil və Ali Təhsil-Tədqiqat Komitələrinin proqramları hazırlan-
mışdır. Boloniya prosesinə qoşulan ölkələr bu proqramların həyata keçirilməsində
fəal iştirak edir. Həmin proqramların reallaşdırılması Avropa ali təhsil zonası yarat-
mağa, universitet məzunlarının Avropa ölkələrində işə düzəlmə imkanlarını geniş-
ləndirməyə, diplomların və elmi dərəcələrin qarşılıqlı tanınmasına xidmət edəcəkdir.
Dostları ilə paylaş: