Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə14/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

III mühazirə
Tələbə şəxsiyyətinin inkişafı və tərbiyəsi
Plan:
1. Şəxsiyyət və onun inkişafı anlayışı, bu haqda nəzəriyyələr
2. Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu
3. Tələbə şəxsiyyəti və onun xüsusiyyətləri
4. Tələbə şəxsiyyətinin inkişafının pedaqoji-psixoloji şərtləri
1. Şəxsiyyət və onun inkişafı anlayışı, bu haqda nəzəriyyələr
Şəxsiyyətin inkişafı və tərbiyəsi pedaqogikanın tədqiqat sahəsinin mühüm bir
istiqamətini təşkil edir. 
Şəxsiyyət kimə deyilir? Şəxsiyyətin inkişafı necə baş verir? Tələbə şəxsiyyətinin
səciyyəvi cəhətləri hansılardır? 
Bu sualların düzgün həlli problemin mahiyyətini başa düşməyə, gənclərlə tər-
biyə işini düzgün qurmağa kömək edə bilər.
Hər şeydən əvvəl, fərd, şəxsiyyət və fərdiyyət anlayışlarını nəzərdən keçirək.
Fərd
– təbii bioloji varlıqdır, ayrıca götürülmüş insandır. İnsan fərd kimi do-
ğulur, sonradan müxtəlif amillərin təsiri ilə şəxsiyyətə çevrilir.
Şəxsiyyət
dedikdə, sosial keyfiyyətlərə, mənlik hissinə malik olan şüurlu və fəal
fərd başa düşülür.
Fərdin cəmiyyətdə şəxsiyyətə çevrilməsi çoxcəhətli və mürəkkəb prosesdir. Bu-
rada iki proses dialektik şəkildə üzləşir: sosiallaşma və fərdiləşmə. Sosiallaşma (icti-
mailəşmə) insanın cəmiyyətdə başqa adamlarla, sosial qruplarla ictimai münasibətlərə
daxil olaraq sosial təcrübəyə yiyələnməsi prosesidir. Fərdiləşmə isə bu prosesdə in-
sanın müstəqillik, nisbi avtonomluq kəsb etməsində, özünəməxsus (təkrarolunmaz)
keyfiyyətlərində, həyat tərzində, daxili aləminin, psixi proseslərinin formalaşmasında
ifadə olunur. Hər bir şəxsiyyət həm də fərdiyyətdir.
Fərdiyyət
özünəməxsus, təkrarolunmaz xüsusiyyətləri ilə başqalarından fərqlə-
nən şəxsiyyət deməkdir. Gözoxşayan, ətirli çəmənlik rəngarəng çiçəkləri ilə gözəl
olduğu kimi, cəmiyyət də çox müxtəlif fərdiyyətləri ilə gözəldir. 
22


İnsan şəxsiyyət və fərdiyyət kimi daim inkişaf edir. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin