hissləri və həyəcanları ilə yaşasın, bu nəcib hisslər öz ifadəsini vətən üçün, xalq üçün
nəcib əməllərdə tapsın.
Əxlaqi keyfiyyətlər içərisində
insanpərvərlik, humanizm
çox mühüm yer tutur.
İnsanpərvərlik insana məhəbbət və qayğı deməkdir. Başqalarının daxili aləmini duy-
maq, sevincinə və kədərinə şərik olmaq, insanı sevmək, ona lazımi kömək göstərmək
insaniyyətin, əxlaqi mədəniyyətin ilkin şərtidir. Çalışmaq lazımdır ki, humanizm,
xeyirxahlıq gənclərin mənəvi tələbatına çevrilsin.
Əxlaq tərbiyəsinin əsası gənclərdə
mənəvi tələbat tərbiyə etməkdən
ibarətdir.
Gəncləri mənəvi fəaliyyət sahəsinə – başqa adamlar üçün xeyirxah əməllərə, nəcib
məqsədlərlə ruhlandırılan yaradıcı əməyə, qaynar ictimai fəaliyyətə cəlb etmək tər-
biyənin vacib şərtidir. Gənc hər dəfə adamlar üçün, kollektiv üçün faydalı işlər gör-
dükdə onda xeyirxahlıq hissi dərinləşir və tədricən tələbata çevrilir: o, nəcib davranı-
şa mənəvi ehtiyac duyur.
Əxlaq tərbiyəsinin əsas mənbəyini davranış mədəniyyəti, müsbət əxlaqi adətlər
təşkil edir.
Əxlaqi adətlər tərbiyəsi
üçün gəncləri müxtəlif fəaliyyət növlərinə -
əməyə, oyuna, təlimə, bədii, elmi-texniki və ictimai fəaliyyətə cəlb etmək lazımdır.
İnsanın dəyərli əxlaqi sifətlərindən biri də
intizamdır
. İntizam qoyulmuş qayda-
lara əməl etməkdir. O, qorxuya və şüura əsaslana bilər. Qorxu intizamı müvəqqəti və
aldadıcıdır, çünki qorxu təhlükəsi götürüləndə insan qoyulmuş qaydanı yenə poza
bilər. Şüura əsaslanan intizam isə davamlı olur. Buna görə də müəllim qoyulmuş qay-
daların vacibliyinə gəncləri inandırmağa çalışmalıdır.
Dostları ilə paylaş: