Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə84/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   80   81   82   83   84   85   86   87   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Estetik tərbiyə.
Estetik tərbiyə ahəngdar inkişaf etmiş şəxsiyyət tərbiyəsinin
tərkib hissələrindən biridir. “Estetika” yunanca hiss etmək, qavramaq deməkdir.
Estetik tərbiyə dedikdə, incəsənət və həyatdakı gözəlliklərin qavranmasına, estetik
zövq və qabiliyyətlərin inkişafına yönələn təsirlərin məcmusu nəzərdə tutulur.
Estetik tərbiyə 
şəxsiyyət tərbiyəsində böyük rol oynayır
. O, insan əxlaqına güclü
təsir göstərir: gözəllik hissi insan qəlbini təmizləyir, saflaşdırır, onu yaxşı əməllərə
yönəldir. Gözəl qəlbə malik insan pisliyə, bədxahlığa, qəddarlığa yol verməz. Bu
mənada “Dünyanı gözəllik xilas edəcək” fikrinə haqq qazandırmaq olar.
107


Estetik tərbiyə 
nəzəri-metodoloji əsas
kimi estetika elminə istinad edir. Estetika
gözəllik haqqında elmdir. Gözəllik mütənasiblik, forma və məzmun vəhdəti, ahəng-
darlıqdır. İnsanın gözəlliyi daxili və zahiri gözəlliyin vəhdətindədir.
Estetik tərbiyə bir neçə 
vəzifəni
həyata keçirir:
1. Gənc nəsildə estetik baxış və təsəvvürlər, estetik şüur aşılamaq; 2. Estetik
hisslər və bu əsasda varlığa və incəsənətə estetik tələbat formalaşdırmaq; 3. Estetik
zövq və mühakimə bacarığı formalaşdırmaq; 4. Bədii yaradıcılıq bacarıq və vər-
dişləri, bədii-estetik qabiliyyətləri inkişaf etdirmək.
Ali məktəbdə estetik tərbiyə müəyyən
sistemdə
aparılır: tədris prosesində,
auditoriyadankənar tədbirlərdə, elmi-tədqiqat fəaliyyətində, insan münasibətlərində,
əməkdə, gəncləri əhatə edən mühitdə, təbiətə münasibətdə, ədəbiyyat və incəsənətdə,
geyim və davranışda estetik tərbiyə işləri bu sistemə daxildir.
Tədris prosesi
estetik tərbiyənin çox mühüm vasitəsi olub gənclərin estetik şüu-
runun inkişafında böyük rol oynayır. Tədris etdiyi fəndən asılı olmayaraq müəllim öz
gözəl nitqi, davranışı, münasibəti, geyimi ilə tələbələrin zövqünü tərbiyə edir: “Hər
bir fənn müəllimi estetik tərbiyə müəllimi olmalıdır” (M.Cəfər). 
Təlimdə aparılan estetik tərbiyə 
auditoriyadankənar işlərdə
daha da dərinləşdi-
rilir və genişləndirilir.
Bədii yaradıcılıq və incəsənət dərnəkləri estetik tərbiyə üzrə auditoriyadankənar
işlərin geniş yayılmış formalarındandır. Belə dərnəklərə musiqi, xor, rəqs, ədəbiyyat,
dram və b. dərnəklər daxildir. 
Gənclərin estetik tərbiyəsində kütləvi işlərin – teatr və konsertlərə, sərgi və
muzeylərə gedişləri, bədii-estetik mövzularda disput və konfransların, bədii əsərlərin
müzakirəsinin, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlərin, ədəbi-bədii gecələrin,
bayram və tarixi günlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Tələbələrin estetik tərbiyəsi sistemində
təbiət gözəllikləri
əvəzsiz rol oynayır.
Təbiət gözəlliklər mənbəyi, həm də ən yaxşı tərbiyəçidir: o, insanın zövqünü, əxla-
qını, ağlını, qəlbini zənginləşdirir, nəcib hisslər və keyfiyyətlər aşılayır. 
Estetik tərbiyənin mühüm bir vasitəsi 
insan gözəlliyi, insani münasibətlərdə gö-
zəllikdir
. Xeyirxahlıq, humanizm, mədənilik, sadəlik və təvazökarlıq, həssaslıq, baş-
qalarının sevincinə və kədərinə şərik olmaq – insanın estetik mədəniyyətinin, daxili
108


gözəlliyinin mühüm göstəriciləridir. Əksinə, kobudluq, ədalətsizlik gənclərdə
emosional və estetik "gönüqalınlıq" (V.A.Suxomlinski) doğurur. Onların qəlbində
xeyirxahlıq və insan ləyaqəti hisslərinin kütləşməsinə gətirib çıxarır. Gəzəlliyi
görmək üçün insan gözəl qəlbə malik olmalıdır.
Estetik tərbiyədə 
estetik mühitin, gözəllik mühitinin yaradılması
böyük əhəmiy-
yətə malikdir. Təhsil müəssisəsinin təmiz, səliqəli, gözoxşayan həyəti, tədris binası-
nın, otaqların təmizliyi, bədii tərtibi, müəllimlərin geyimi, danışığı, davranışı,
müəllim-tələbə münasibətlərinin və ali məktəb həyatının estetik-mənəvi tələblər
əsasında qurulması gənclərin estetik zövqünün formalaşmasında mühüm rol oynayır. 
Ali məktəbdə hər şey, ilk növbədə, 
insanların qarşılıqlı münasibətlərinin gözəl-
liyi, insana ən qiymətli sərvət kimi yanaşılması
, tələbəyə yüksək qayğı və diqqət gös-
tərilməsi estetik mühitin yaranmasının vacib şərtini təşkil edir. Tələbələrin
məişət,
geyim, davranış mədəniyyəti
də bu sahədə az rol oynamır. 
Tələbə gənclərin estetik inkişafında
ədəbiyyat və incəsənət
aparıcı yer tutur.
Bədii ədəbiyyat ideya-mənəvi və estetik tərbiyənin qüdrətli vasitəsidir. O, həyatı,
insan münasibətlərini, insan gözəlliyini və əzəmətini dərk etməyə kömək göstərir.
V.A.Suxomlinskinin sözləri ilə desək, ağıllı kitabla, musiqi və təsviri sənətlə – bu
incə vasitələrlə idrakın və emosiyaların bütün həyat boyu tərbiyəsi davam etməsə,
neqativ hallara qarşı heç bir mübarizə vasitəsi kömək etməz. 
Estetik tərbiyə vasitələrinin sistemli və kompleks tətbiqi şəxsiyyətin emosional-
estetik və mənəvi inkişafına, həyata və insanlara estetik münasibətin formalaşmasına
kömək göstərir. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin