Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə87/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   83   84   85   86   87   88   89   90   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

İqtisadi tərbiyə.
İqtisadi tərbiyə dedikdə, böyüyən nəsli təsərrüfatçılıq, sahib-
karlıq, qənaətcillik ruhunda formalaşdırmaq, onları iqtisadi fəaliyyətə hazırlamaq
məqsədi ilə aparılan kompleks təsirlər sistemi başa düşülür.
İqtisadi tərbiyə qarşısında aşağıdakı 
vəzifələr
durur: - gənc nəsildə iqtisadiyyat,
onun cəmiyyətdə rolu, təsərrüfatçılıq, sahibkarlıq haqda təsəvvürlər, iqtisadi təfəkkür
formalaşdırmaq; - gənc nəsli psixoloji və əməli cəhətdən iqtisadi fəaliyyətə hazırla-
maq; - gənclərdə qənaətcillik, ictimai mülkiyyətə, xalq əmlakına, məktəb avadanlığı-
na, suya, enerjiyə, çörəyə qayğılı münasibət tərbiyə etmək; - israfçılığa, təsərrüfatsız-
lığa, əməyə və əmək məhsuluna laqeydliyə, məsuliyyətsizliyə qarşı barışmazlıq
tərbiyə etmək.
İqtisadi təhsil və tərbiyə 
müxtəlif yollarla və vasitələrlə
həyata keçirilir. Bu sa-
112


hədə
təlim prosesi
böyük imkanlara malikdir. Müxtəlif fənlərdə gənclər cəmiyyətin
iqtisadi inkişafının qanunları ilə tanış olur, iqtisadi təsəvvürlərə yiyələnirlər.
İqtisadi təhsil və tərbiyə sahəsində təlimdə aparılan iş 
auditoriyadankənar təd-
birlər
yolu ilə möhkəmləndirilir və daha da dərinləşdirilir. İctimai-faydalı və məh-
suldar əmək zamanı gəncləri iqtisadi münasibətlərə qoşmaq, iqtisadi məsələlərin
praktik həllinə cəlb etmək mühüm şərtdir.
Vaxtaşırı olaraq fakültələrdə tələbə təşkilatları xətti ilə qənaətcillik reydləri və
ayları keçirmək, bu zaman dövlət əmlakına, elektrik enerjisinə, suya qənaət edilməsi
vəziyyətini öyrənmək, reydlərin nəticələrini kollektivdə müzakirə etmək qənaətcillik,
təsərrüfatçılıq baxımından əhəmiyyətlidir.
4. Tələbə kollektivinin şəxsiyyətə təsiri
Kollektiv anlayışı, onun funksiyaları, təşkili. 
Şəxsiyyətinin formalaşmasına təsir
göstərən amillər içərisində kollektiv mühüm yer tutur. O, insan həyatını təşkil etməyin sə-
mərəli formalarından biridir. Kollektiv sosial qrupun yüksək təşəkkül tapmış forma-
sıdır.
 
Kollektivə belə tərif vermək olar:
kollektiv
ictimai-faydalı məqsədlər naminə
birgə fəaliyyət göstərən, qarşılıqlı asılılıq münasibətlərinə daxil olan, özünüidarə or-
qanlarına (müvəkkillərə) və ictimai rəyə malik olan insanların mütəşəkkil birliyi,
yüksək təşəkkül tapmış sosial qrupdur. 
Kollektivin
funksiyaları
aşağıdakılardan ibarətdir: a) tərbiyə funksiyası; b) sti-
mullaşdırma və tənzimləmə funksiyası; c) təşkilatçılıq funksiyası. Kollektivin öz
funksiyalarını yerinə yetirməsi üçün onu düzgün təşkil etmək, tərbiyə və inkişafı qey-
dinə qalmaq lazımdır. Kollektiv düzgün təşkil edildikdə tərbiyə işində təsirli vasitə
ola bilər. 
Kollektivin
təşkili
üçün səlahiyyətlərin, ictimai vəzifələrin düzgün bölünməsi
mühüm şərtdir. Vəzifələrin təyin etməklə yox, seçki yolu ilə tutulması daha səmə-
rəlidir. Kollektivin təşkilinin digər şərti mümkün qədər daha çox tələbəni 
ictimai vəzi-
fələrə cəlb etməkdən
ibarətdir. Bu halda kollektivdə bərabərlik, qarşılıqlı asılılıq şəraiti
yaranır ki, bu da sağlam kollektivin vacib şərtidir. 
Kollektivin təşkili müəyyən
prinsiplərə
əsaslanır. Bu prinsiplərə demokratiya
(kollektivin həyatında və idarə olunmasında hamının seçkili orqanlar vasitəsilə işti-
rakının təmin olunması), aşkarlıq (işlərin gizli, qapalı yox, aşkarlıq şəraitində icrası),
113


plüralizm (fikir müxtəlifliyinə, azadfikirliliyə şərait yaradılması), çoxluğun rəyinin
əsas götürülməsi və azlığın rəyinə hörmət edilməsi və s. prinsiplər daxildir. Həmin
prinsiplər əsasında sağlam, demokratik kollektiv yaratmaq və onu tərbiyənin təsirli
subyektinə çevirmək olar. Bunun üçün müəyyən mərhələlərlə iş aparmaq lazımdır.
Kollektivin inkişaf mərhələləri.
Kollektivin təşkili uzun sürən prosesdir;
kollektivin inkişafında dörd mərhələ ayırd edilir.
Birinci mərhələ
kollektivin təşək-
külü mərhələsi adlanır. Burada əsas təşkilatçı kimi müəllimlər, kurator, dekanlıq, qrup
nümayəndəsi çıxış edir. 
İkinci mərhələ
kollektiv özəyin təşkili mərhələsi adlanır. Fəallar müəllimin-tər-
biyəçinin, kurator və qrup nümayəndələrinin dayağı kimi çıxış edir, onların tələblərini
müdafiə edir, kollektivin həyatında fəallıq göstərirlər.
Üçüncü mərhələ
özünüidarəyə keçid mərhələsi adlanır. Bu mərhələdə kollektivin
əksər üzvləri onun həyatında fəal iştirak edir, yoldaşlarına tələblər verirlər. Bu
mərhələdə kollektivin ictimai rəyi formalaşır və əsas tərbiyəedici, tənzimedici amilə
çevrilir. 
Dördüncü mərhələ
kollektivin yetkinlik mərhələsi adlanır. Bu mərhələdə kol-
lektivin bütün üzvləri onun həyatında fəal iştirak edir, hərə özünə tələb verir.
Beləliklə, tərbiyə özünütərbiyə ilə qovuşur.
Kollektivin təşəkkülü və formalaşmasının göstərilən mərhələləri onun inkişaf di-
namikasını ifadə edir: kollektiv pedaqoji rəhbərlikdən tədricən özünüidarə və özünü-
tənzimləmə sisteminə çevrilir və mühüm tərbiyə vasitəsi kimi çıxış edir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin