düşmək və idarə etmək üçün onun psixoloji mexanizmini bilmək vacibdir. Təlimdə
tələbənin öyrənmə yolu bir neçə mərhələdən – qavrama, anlama, möhkəmlətmə və tət-
biqetmə proseslərindən keçir
. İdrak prosesinin pillələrindən hər hansı birinə etinasızlıq
göstərmək mənimsəmənin nəticəsinə mənfi təsir edir: qavramasız anlama, anlamasız
digər ünsürlər mümkün deyildir. Anlama olmadan şüurlu mənimsəmə baş tutmaz;
mexaniki öyrənmə təlimdə formalizm, əzbərçilik yaradır.
4. Təlimin qanunları və prinsipləri
Təlimin özünəməxsus qanunları vardır. Onların dərk edilməsi və düzgün nəzərə
alınması təlim prosesinin səmərə və keyfiyyətini artırmağa, onu elmi əsasda idarə
etməyə imkan verir. Əksinə, bu qanunlara laqeyd yanaşdıqda təlim kortəbii xarakter
daşıyır, lazımi nəticə vermir.
Təlim prosesini düzgün idarə etmək üçün, ilk növbədə, “qanunauyğunluq”, “qa-
nun”, “prinsip” və “qayda” məfhumlarının mahiyyətini yaxşı başa düşmək lazımdır. Tə-
limin
qanunauyğunluqları
dedikdə, bu prosesə obyektiv şəkildə xas olan ümumi, mü-
hüm, sabit və təkrarlanan əlaqələr, səbəb-nəticə asılılıqları başa düşülür. Təlimin
qa-
nunları
bu prosesdə özünü göstərən qanunauyğun əlaqələrin mahiyyətinin aydın,
dəqiq, məntiqi ifadəsidir.
Təlimin qanunları təlim prinsiplərində öz əksini tapır.
Təlim prinsipləri
təlimin
qanunlarını əks etdirən, təlim prosesinin səmərəli qurulmasına imkan verən ilkin ide-
yalar, fəaliyyət normaları, əsas tələblərdir. Təlim prinsipləri təlim prosesinin müxtəlif
ünsürləri arasında çoxcəhətli əlaqələri tənzim etməyə xidmət göstərir. Təlimin ün-
sürləri və qanunları ilə prinsipləri arasındakı əlaqələri nəzərdən keçirək (
bax: sxemə
).
Təlim prinsiplərinin göstərilən təsnifatı şərtidir, çünki real təcrübədə təlim vahid,
bütöv bir proses kimi cərəyan edir. Prinsiplərin mahiyyətini ayrılıqda nəzərdən keçirək.
Dostları ilə paylaş: