Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Əməkdə və ictimai-faydalı işlərdə tərbiyə prinsipi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə73/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Əməkdə və ictimai-faydalı işlərdə tərbiyə prinsipi.
İnsanın şəxsiyyət kimi for-
malaşmasında əmək ən yaxşı vasitədir. Şəxsiyyətin tərbiyəsini əmək tərbiyəsi olmadan
həyata keçirmək olmaz.
Əmək tərbiyənin əsasını təşkil edir
. Əmək insanın
mənəvi
inkişafına
güclü təsir göstərir: o, insanda əməksevərlik, məsuliyyət, səliqəlilik, yoldaşlıq,
əmək adamlarına və əmək məhsuluna hörmət və qayğı, xeyirxahlıq kimi müsbət əxlaqi
keyfiyyətlər formalaşdırır, insana əməyin gözəlliyindən doğan estetik hisslər aşılayır.
Şüurla davranışın vəhdəti prinsipi.
Bu prinsip tərbiyə işində insanın həm
şüuruna təsir etməyi, həm də onda düzgün davranış təcrübəsi yaratmağı nəzərdə tutur.
İnsan şüurlu məxluqdur; onun davranış və münasibətləri şüurla tənzim olunur.
Ona görə də tərbiyə işində 
şüura təsir göstərmək
, insanda düzgün əxlaqi təsəvvürlər,
inam və əqidə yaratmaq, ona sözlə təsir etmək vacib şərtdir. Lakin tərbiyə işini yalnız
söz, nəsihət üzərində qurmaq olmaz. Sözçülük, nəsihətçilik insanı bezdirir, onda sözə
qarşı laqeydlik yaradır.
Şəxsiyyətin formalaşması o zaman səmərəli olur ki, şüurla davranış arasında
vəhdət yaranmış olsun: insan bildiklərini davranış və rəftarına tətbiq etsin;
düzgün
davranış təcrübəsi
və müsbət adətlərə yiyələnsin. Məsələn, Vətən haqqında şerlər
əzbərlətməklə, söhbətlər aparmaqla insanda vətənpərvərlik hissi yaratmaq olmaz; on-
da habelə Vətən naminə çalışmaq, onu qorumağa hazır olmaq əzmi və bacarıqları
formalaşdırmaq vacibdir.
Tərbiyəyə kompleks yanaşma prinsipi.
Bu prinsip tərbiyə işinin bütün sahələrini,
müxtəlif fəaliyyət növlərini vəhdətdə həyata keçirməyi nəzərdə tutur. Kompleks ya-
naşma prinsipi bütöv pedaqoji prosesin öz mahiyyətindən irəli gəlir: pedaqoji proses
ideya-siyasi, əxlaq, əmək, estetik, fiziki tərbiyə vəzifələrini 
vəhdətdə həyata keçirməklə
şəxsiyyətin ahəngdar inkişafını təmin etməyə istiqamətlənir. Vahid pedaqoji prosesin hər
hansı bir sahəsi çatışmadıqda tərbiyənin ümumi məqsədinə nail olmaq mümkün deyildir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin