mına nəzarət edilir, ona daim qəyyumluq göstərilir. Hər iki hal zərərlidir. Birinci halda
insan tam sərbəst olur, öz ağlı ilə hərəkət edir, heç kəslə hesablaşmır. İkinci halda o,
başqalarından (böyüklərdən) asılı olur, heç bir sərbəst addım ata bilmir, aciz və passiv
olur.
Bu sahədə
orta xətt
götürmək lazımdır; insana müəyyən sərbəstlik verməklə
yanaşı, ona ağıllı pedaqoji rəhbərlik etmək, düzgün yol göstərmək vacibdir.
Pedaqoji təsirlərin (tələblərin) vahidliyi, sistemliliyi, ardıcıllığı və fasiləsiz-
liyi prinsipi.
Bu prinsip insana göstərilən təsirlərdə, tələblərdə
vahid mövqedən çıxış
etməyi
, ardıcıl olmağı nəzərdə tutur. Tələblərdə vahidlik hamının tərbiyə işinə eyni
tələblə yanaşması deməkdir. Belə olduqda insana müəyyən davranış tərzini aşılamaq,
onda müsbət adətlər yaratmaq asan olur. Vahidlik pozulduqda isə insanı hər hansı
qaydaya alışdırmaq çətinləşir. Məsələn, gecikən tələbəni bir müəllim dərsə buraxır, o
biri buraxmırsa, bu halda onda dəqiqlik, intizam adəti yaratmaq olmur; tələbə ümumi
qaydaya yox, ayrı-ayrı müəllimlərin tələblərinə uyğunlaşır.
Şəxsiyyətin kollektivdə və kollektiv vasitəsilə tərbiyəsi prinsipi.
Bu prinsip
insanı təklikdə yox,
kollektivdə
, yalnız tərbiyəçinin təsiriilə yox, həm də kollektiv
vasitəsilə tərbiyə etməyi nəzərdə tutur. İnsan kollektivdən kənarda, kollektiv müna-
sibətlərə daxil olmadan şəxsiyyət kimi tərbiyə oluna bilməz. O, bu halda öz şəxsi
mənafeyi üçün yaşayan fərdiyyətçi kimi böyüyür. Kollektivdə isə o, öz inkişafı üçün
daha əlverişli imkan əldə edir,
kollektivçi kimi
böyüyür.
Tərbiyə işində tərbiyəçinin (müəllimin) təsiri tələbə kollektivinin təsiri ilə
birləşdikdə daha böyuk səmərə verir: kollektivin qəti tələbi ilə insanın daxili aləmində az
vaxtda kəskin dönüş baş verir. Bunu
“partlayış” nəzəriyyəsi
adlandıran A.S.Makarenko
kollektivi tərbiyə işinin başlıca forması, şəxsiyyətin tərbiyəçisi hesab edirdi.
Yuxarıda nəzərdən keçirilən tərbiyə prinsipləri qarşılıqlı vəhdət təşkil edir. Yalnız
Dostları ilə paylaş: