Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Müəllimin şəxsiyyəti səmərəli pedaqoji ünsiyyətin mühüm amili kimi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə91/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Müəllimin şəxsiyyəti səmərəli pedaqoji ünsiyyətin mühüm amili kimi
. Pe-
daqoji ünsiyyətin səmərəsi müəllimin şəxsi keyfiyyətlərindən, ünsiyyət mədəniyyə-
tindən çox asılıdır. Müəllim-tərbiyəçi hər sahədə olduğu kimi, bu məsələdə də tələbə-
lərə nümunə olmalıdır. Müəllimin şəxsi keyfiyyətləri – alicənablığı, müdriklik, xeyir-
xahlıq, insanpərvərlik və yüksək vətəndaşlıq mövqeyi, elmi dünyagörüşü, dərin bilik
və erudisiyası uğurlu ünsiyyətin vacib şərtlərindəndir. Alicənab, humanist müəllim tə-
ləbəyə sadəcə obyekt kimi yox, şəxsiyyət kimi yanaşır, xırda, cılız hissələrə və hə-
rəkətlərə yol vermir. 
Tərbiyəçinin
ünsiyyətlilik bacarığı
da pedaqoji ünsiyyətə müsbət təsir göstərir.
Ünsiyyətlilik müəllim-tərbiyəçi üçün sadəcə şəxsi keyfiyyət kimi yox, şəxsi-peşə
keyfiyyəti kimi əhəmiyyət kəsb edir. Ünsiyyətlilik bacarığına malik olmayan müəl-
lim-tərbiyəçi tələbələr üçün cansıxıcı, əlçatmaz olur. Buna görə də gənclərlə işləyən
müəllim-tərbiyəçi özündə ünsiyyətlilik bacarığı formalaşdırmağa çalışmalıdır.
Pedaqoji ünsiyyət 
pedaqoji etika
tələblərinə əsaslanmalıdır. Bu tələblər sırasına
pedaqoji peşə borcu və ləyaqəti, peşə vicdanı, ədalətlilik, pedaqoji nüfuz kimi kate-
119


qoriyalar daxildir. Pedaqoji 
peşə borcu
cəmiyyətin müəllim qarşısında qoyduğu yük-
sək tələblər səviyyəsində işləməyi, bu sahədə məsuliyyət hissini nəzərdə tutur. Peşə
borcu və ləyaqəti müəllimin özünün və təmsil etdiyi kollektivin şərəfini və ləyaqətini
uca tutmaqda, ona ləkə gətirən əməllərdən çəkinməkdə ifadə olunur.
Pedaqoji etika tələbləri içərisində
ədalətlilik
müəllimin nüfuzuna, ünsiyyətinə
güclü təsir göstərir. Ədalətlilik müəllimi tələbə gözündə nə qədər yüksəldirsə, əda-
lətsizlik – bir o qədər alçaldır. Ədalətsizlik şəraitində normal ünsiyyətdən söhbət
gedə bilməz. 
Müəllim-tərbiyəçi
pedaqoji ünsiyyət mədəniyyətinə
yiyələnməli, tələbələrlə ün-
siyyət formasını daim təkmilləşdirməyə çalışmalıdır. Bunun üçün ünsiyyətin dəyişən
şəraitinə operativ bələdləşmək; ünsiyyət şəraitinə, tələbə qrupuna və tələbələrin fərdi
xüsusiyyətlərinə görə adekvat ünsiyyət vasitələrini düzgün müəyyənləşdirmək;
tələbələrlə ünsiyyətdə neqativ ustanovka doğuran stereotipləri aradan qaldırmaq
vacibdir. 
Müasir şəraitdə əməkdaşlıq pedaqoqikasının başlıca tələblərindən biri müəllim-
tələbə (şagird) münasibətlərinin humanistləşdirilməsi və demokratikləşdirilməsidir.
Müəllim-tərbiyəçi pedaqoji-peşə mədəniyyətinə yiyələnməklə öz işini müasir tələblər
səviyyəsində qura bilər. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin