qaydaları sistemidir. Hər cür fəaliyyətdə olduğu kimi, hüquqi fəaliyyət də
insanın
hüquqi düşüncəsi, inamı və hüquqi davranışının vəhdəti
kimi özünü göstərir.
Hüquq normalarına dair biliklər və onlara müsbət münasibət əsasında hüquqi
əqidə və davranış mövqeyi, yəni hüquqauyğun davranışa hazırlıq və səy formalaşır.
Hüquq tərbiyəsi gənc nəslin hüquqi şüur və davranışını, habelə hüquq nor-
malarına münasibətini formalaşdırmaq məqsədi güdən planlı və mütəşəkkil fəaliyyət
prosesidir. Hüquq tərbiyəsi qarşısında aşağıdakı
vəzifələr
durur:
a)
gənc nəsildə hüquqi şüur, hüquqa və qanunçuluğa dair biliklər, baxış və
təsəvvürlər aşılamaq; b) hüquqi davranış təcrübəsi, birgəyaşayış qaydalarına uyğun
düzgün davranış bacarıqları formalaşdırmaq;
c) sosial-hüquqi fəallıq, hüquqazidd
hallarla mübarizə əzmi tərbiyə etmək.
Hüquq
tərbiyəsi müxtəlif
forma və metodlarla
həyata keçirilir.
Bu formalar
içərisində
təlim
əsas yer tutur. Tədris prosesində tələbə gənclərdə hüquqa dair biliklər,
hüquq psixologiyası – qanunlara, birgəyaşayış qaydalarına hörmət və onlara əməl
etməyə daxili tələbat yaratmaq hüququn aliliyinə dair təsəvvür və baxışlar aşılamaq
diqqət mərkəzində durmalıdır. Bu işdə fənlərarası əlaqələrin yaradılması da mühüm
əhəmiyyət kəsb edir.
Hüquq tərbiyəsi üzrə təlim prosesində aparılan işlərlə yanaşı,
auditoriyadan-
kənar işlər
də böyük əhəmiyyət kəsb edir. Hüquq tərbiyəsi ilə bağlı auditoriyadan-
kənar işlər müxtəlif formalarda təşkil edilir. Məqsəd və məzmununa görə onları iki
qrupa bölmək olar: a) hüquq təbliğatı və hüquqi şüurun formalaşmasına xidmət edən
formalar; b) hüquq-mühafizə fəaliyyətinin təşkili formaları.
Dostları ilə paylaş: