Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə18/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Fərd  – təbii bioloji varlıqdır, ayrıca götürülmüş insandır. İnsan fərd kimi do-
ğulur, sonradan müxtəlif amillərin təsiri ilə şəxsiyyətə çevrilir.
Şəxsiyyət dedikdə, sosial keyfiyyətlərə, mənlik hissinə malik olan şüurlu və fəal
fərd başa düşülür.
Fərdin cəmiyyətdə şəxsiyyətə çevrilməsi çoxcəhətli və mürəkkəb prosesdir. Bu-
rada iki proses dialektik şəkildə üzləşir: sosiallaşma və fərdiləşmə. Sosiallaşma (icti-
mailəşmə) insanın cəmiyyətdə başqa adamlarla, sosial qruplarla ictimai münasibətlərə
daxil olaraq sosial təcrübəyə yiyələnməsi prosesidir. Fərdiləşmə isə bu prosesdə in-
sanın müstəqillik, nisbi avtonomluq kəsb etməsində, özünəməxsus (təkrarolunmaz)
keyfiyyətlərində, həyat tərzində, daxili aləminin, psixi proseslərinin formalaşmasında
ifadə olunur. Hər bir şəxsiyyət həm də fərdiyyətdir.
Fərdiyyət özünəməxsus, təkrarolunmaz xüsusiyyətləri ilə başqalarından fərqlə-
nən şəxsiyyət deməkdir. Gözoxşayan, ətirli çəmənlik rəngarəng çiçəkləri ilə gözəl
olduğu kimi, cəmiyyət də çox müxtəlif fərdiyyətləri ilə gözəldir. 
22


İnsan şəxsiyyət və fərdiyyət kimi daim inkişaf edir. İnkişaf – dəyişmə, bir key-
fiyyət   halından   başqasına   keçid   deməkdir.  Şəxsiyyətin   inkişafı  dedikdə,   insanın
müəyyən keyfiyyətlərə (zehni, psixi, mənəvi və s.) yiyələnməsi və ozünü təkmilləş-
dirməsi  başa düşülür. Şəxsiyyət birdən-birə inkişaf edib formalaşmır; o, müəyyən
səviyyələrdən keçir (aşağı, orta, yüksək, ideal səviyyə). Psixoloqlar 3-5 yaşlı uşaq-
ların da şəxsiyyətin müəyyən keyfiyyətlərinə malik olduqlarını qeyd edirlər.
Şəxsiyyətin inkişafına dair  iki baxış  mövcuddur: metafizik və dialektik baxış.
Metafizik baxış  inkişafa kəmiyyət dəyişməsi kimi baxır, onun mənbəyini (səbəbini)
isə genetik proqramda  axtarır.  Dialektik baxış  isə şəxsiyyətin inkişafına  keyfiyyət
dəyişməsi kimi yanaşır, inkişafın mənbəyini ziddiyyətlərin həlli prosesi ilə bağlayır.
Dialektik baxışa görə, şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsini ziddiyyətlərin
yaranması və həlli təşkil edir. Əksliklərin mübarizəsi, insanın psixikasında köhnə ilə
yeninin arasındakı ziddiyyətlər həyati prosesdə – təlim və tərbiyənin gedişində ya-
ranır və aradan qaldırılır.
Şəxsiyyətin inkişafında həm xarici, həm də daxili ziddiyyətlər özünü göstərir.
Əsas xarici ziddiyyət – cəmiyyətin və yaşlıların tələbləri ilə insanın mövcud inkişaf
səviyyəsi, davranış forma və vasitələri arasındakı ziddiyyətlə bağlıdır. İnsan qarşıda
duran tələbləri ödəmək üçün öz üzərində işləməli, yeni davranış formalarına yiyələn-
məlidir. Əsas daxili ziddiyyət – insanın tələbatları ilə imkanları arasındakı ziddiyyət-
dir. İnsan öz tələbatını (ehtiyacını) ödəmək üçün bütün imkanlarını (biliyini, bacarı-
ğını, iradi qüvvəsini və s.) səfərbərliyə alır və nəticədə tələbatını ödəyir. Bu prosesdə
o, öz inkişafında irəliyə doğru müəyyən addım atır – bu və ya digər keyfiyyətə yiyə-
lənir. Beləliklə, ziddiyyət həll olunur.
Şəxsiyyət müxtəlif amillərin təsiri ilə formalaşır: irsiyyət, təlim, tərbiyə, təbii və
sosial mühit, insanın özünün şəxsi fəallığı. Bəs, bu amillərdən hansı əsasdır, həlledi-
cidir? Bu sualla əlaqədar şəxsiyyətin inkişafına dair müxtəlif nəzəriyyələr meydana
gəlmişdir. Onları dörd qrupa ayırmaq olar: bioloji amillərin rolunu şişirdən, sosial
amillərin rolunu şişirdən, hər iki amili birgə qəbul edən və bütün amilləri vəhdətdə
götürən dialektik nəzəriyyələr.
23



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin