İnsan şəxsiyyəti bir çox amillərin təsiri və qarşılıqlı fəaliyyətinin nəticəsi kimi
formalaşır. Bu prosesdə bioloji və sosial amillərin özünə məxsus rolu vardır.
Bioloji amilin rolu. İnsan bioloji varlıq kimi doğulur, buna görə də irsiyyət
qanunu ona öz təsirini göstərir. İrsən fiziki əlamətlər (sifət quruluşu, gözün və saçın
rəngi və s.), habelə fizioloji əlamətlər (sinir sisteminin tipi, hiss orqanları, baş beynin
xüsusiyyətləri, sinir hüceyrələrinin miqdarı və s.) nəsildən-nəslə keçir. Bütün bunlar
gələcəkdə insanın xüsusiyyətlərinin, qabiliyyətlərinin, o cümlədən zehni qabiliyyət-
lərinin inkişafı üçün zəmin yaradan təbii imkanlardır. Bu imkanlar orqanizmin inki-
şafı üçün ilkin şərtlərdir, lakin şəxsiyyətin formalaşması üçün həlledici amillər de-
yildir. İnsanın inkişafının sosial şəraitindən asılı olaraq irsi imkanlar şəxsiyyətin
müvafiq qabiliyyətlərinin və psixi keyfiyyətlərinin inkişafı üçün əlverişli zəmin ola
bilər və ya heç üzə çıxmaya da bilər. Hər şey insanın düşdüyü şəraitdən, sosial
mühitdən, aldığı təhsil və tərbiyədən asılıdır.
İrsi informasiyaların daşıyıcıları genlərdir. Genlərlə hazır qabiliyyətlər ötürülür-
mü? Bəzi empirik faktlar əsasında qabiliyyətlərin irsən keçməsi haqda müəyyən
rəylər irəli sürülür. Məsələn, dünya şöhrətli bəstəkarlardan Baxın 16, Ü.Hacıbəylinin
4 nəslinin öyrənilməsi əsasında bu nəsillərdə çoxlu musiqiçi olduğu müəyyən
edilmişdir. Lakin bu fikri təkzib edən digər faktlar da vardır. Belə ki, A.S.Puşkinin
256 nəvə, nəticə və kötükcəsi içərisində heç bir şair və yazıçı olmamışdır.
İnsanın təbii imkanları dəyişməz deyildir. Onlar həyat şəraitinin, tərbiyə və
mühitin təsiri ilə dəyişə bilər.
Dostları ilə paylaş: