Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Şəxsiyyətin formalaşmasında insanın şəxsi fəallığının rolu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə24/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Şəxsiyyətin formalaşmasında insanın şəxsi fəallığının rolu. İnsan mühitin və
tərbiyənin passiv obyekti kimi yox, fəal qüvvə kimi çıxış edir, mühitə və tərbiyə
prosesinə, özünün şəxsiyyət kimi formalaşmasına fəal təsir göstərir. Tərbiyə insanı
ancaq obyekt kimi qəbul edərsə, çox şeydən məhrum olar, öz məqsədinə çata bilməz.
 Nə irsiyyət, nə mühit, nə də tərbiyə insanın şəxsi fəallığı olmadan ona lazımi
dərəcədə təsir edə bilməz. Yalnız öz fəallığı sayəsində insan ətraf mühitlə münasibətə
girir, yalnız bu şərtlər onun irsi imkanlarını  üzə çıxıb inkişaf etdirə bilər və tərbiyəvi
təsirlər lazımi nəticə verər. Əslində, insanın bioloji və sosial keyfiyyətləri onun şəxsi
fəallığında bir vəhdət halında özünü büruzə verir. İnsan mühitlə və tərbiyə ilə fəal
qarşılıqlı təsir prosesində şəxsiyyət kimi formalaşır, öz təbii imkanlarını reallaşdıra
bilir.
İnsanın şəxsi fəallığı müxtəlif formalarda təzahür edir: zehni, əmək, fiziki, bədii,
ictimai-siyasi fəallıq. 
Nəzərdən keçirilən amillər – irsiyyət, mühit, tərbiyə və insanın şəxsi fəallığı bir-
27


birilə sıx bağlı olub, bir-birini şərtləndirir. Buna görə də şəxsiyyətin formalaşması sə-
bəblərini yalnız bir amillə – irsiyyət, mühit və ya tərbiyə ilə izah etmək, insanda mü-
şahidə   olunan   nöqsanlara   görə   yalnız   irsiyyəti,   mühiti,   yaxud   tərbiyəçini   (və   ya
valideynləri) günahlandırmaq düzgün deyildir. Tərbiyə işində bütün amilləri qarşılıqlı
vəhdətdə, kompleks halında götürmək və həyata keçirmək vacibdir.
28



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin