3. Tələbə şəxsiyyəti və onun xüsusiyyətləri
Gənclik yaşı şəxsiyyətin çiçəkləndiyi dövrdür. Bu dövr bir çox psixi funksi-
yaların, xüsusən intellektual keyfiyyətlərin inkişafı üçün daha məhsuldardır. Gənclik
yaşında nəzəri və məntiqi təfəkkür daha yaxşı inkişaf edir, təfəkkür əməliyyatları –
təhlil, tərkib, müqayisə, ümumiləşdirmə, sistemləşdirmə, konkretləşdirmə, ağlın müs-
təqilliyi, tənqidiliyi, çevikliyi daha qabarıq şəkildə təzahür edir. Hafizə, xüsusən
məntiqi hafizə də yüksək inkişaf səviyyəsinə çatır. Tədqiqat (E.İ.Stepanova) göstərir
ki, 18-21 yaş təfəkkürün və hafizənin yüksək inkişaf səviyyəsi, diqqətin isə nisbətən
aşağı səviyyəsi ilə səciyyələnir.
Tələbələrin maraq dairəsi genişlənir: onların maraqları təkcə təlimlə məhdudlaş-
mayıb, digər fəaliyyət sahələrini də (idman, incəsənət, elmi və ictimai fəaliyyət, şəxsi
həyatın təşkili və s.) əhatə edir. Onlar zehni, mənəvi, ictimai-siyasi cəhətdən yetkin-
ləşirlər. Bu dövrdə elmi biliklərin, həyat təcrübəsinin, müstəqil düşüncə və davranışın
sintezi sayəsində gənclərdə dünyagörüşü, etik və estetik baxışlar daha intensiv for-
malaşır. Nəzəri təsəvvürlərin bir çox sahələri (məhəbbət, ailə, dostluq və s.) gənclər
üçün praktik əhəmiyyət kəsb edir.
Tələbə gəclərin davranışı, mənəvi inkişafı daha çox onların əxlaqi şüuru, əqi-
dəsi, yönəlişliyi ilə şərtlənir. Onlar şəraitdən, vəziyyətdən asılı olaraq düzgün dav-
ranış vərdişlərinə yiyələnirlər. Bir çox mənəvi-əxlaqi anlayışlar (borc və vəzifə hissi,
şəxsi ləyaqət, qurur hissi, şərəf, vicdan, ədalət və s.) gənclər üçün daha böyük məna
kəsb edir.
Tələbələr müstəqilliyə, özlərinin “böyüklüyünü” təsdiq etdirməyə can atır, bəzi
müəllimlərin onlara inamsız yanaşmasına, “böyüklükləri” ilə hesablaşmamasına,
özlərini tələbədən üstün tutmasına açıq və ya gizli etiraz edirlər. Belə hallar, o
cümlədən böyüklərin təzyiqi bir çox tələbələrdə (xüsusən oğlanlarda) güclü neqativ
reaksiya doğurur. Gənclərdə “böyüklük” hissi özünüifadə, özünütəsdiq hissləri və öz
fərdiyyətini ifadə etmək səyləri ilə qovuşur. Müəllimlər tələbə gənclərin “böyüklük”
hissinə, şəxsiyyətinə hörmətlə yanaşmalı, onların özünütəsdiq və özünüifadəsi üçün
kömək göstərməlidirlər.
29
Gənclər hər cür fədarkarlığa hazırdırlar. Sözü üzə deməkdən çəkinmir, cəsarətli
və qorxmazdırlar, daha çox romantik olurlar, xəyallarla yaşayırlar. Lakin onlardan bir
qismi romantikanı həyat haqqında suni, qeyri-real təsəvvürlərlə qarışdırırlar. Nəticədə
onlarda bəzi neqativ hallar (tənbəllik, məyusluq) baş qaldırır: onlara elə gəlir ki,
özlərini əhatə edən nə varsa hamısı cansıxıcı, boz, diqqəti çəkməyən adi şeylərdir.
Belə hallarla qarşılaşdıqda müəllimlər gənclərin həyata, gələcəyə inamını, ümidini
artırmağa çalışmalıdırlar.
Gənclər üçün özünütəhlil, təndiq, özünütənqid, özünüqiymətləndirmə səciyyə-
vidir. Onlar tənqid etməyi xoşlayırlar, başqalarını qiymətləndirərkən çox vaxt ifrata
yol verirlər. Bəzən belə ifratçılıq böyüklərin, xüsusən yaşlı müəllimlərin fikirlərinə,
rəyinə, məsləhətlərinə qarşı mənfi münasibətə keçir. Lazımi tərbiyə işi aparılmadıqda
belə münasibət münaqişələrə gətirib çıxara bilər.
Tələbə gənclərin özünüqiymətləndirməsi bəzən qeyri-real, ziddiyyətli olur. Özü-
nüqiymətləndirmə ideal və real “Mən”in müqayisəsi yolu ilə həyata keçirilir. Çox
vaxt ideal “Mən” kifayət qədər dərk edilmir, real “Mən” isə o qədər də aydın olmur
(tutğun və xəyali olur). Belə hal tələbədə özünə qarşı daxili inamsızlığa gətirib çıxara
bilər. Bu isə, öz növbəsində, çox vaxt zahiri aqressivliklə, kobudluqla müşayiət olu-
nur.
Tələbə gənclərin sosial-psixoloji yetkinliyi seçdikləri ixtisaslara şüurlu müna-
sibətlərində özünü göstərir. Düzgün seçilmiş ixtisas gənclərin təlimə fəal və məsuliy-
yətli yanaşmasına, şəxsiyyətin zəruri keyfiyyətlərinin formalaşmasına müsbət təsir
edir. Bu halda dövlət məqsədləri ilə tələbələrin şəxsi məqsədləri üst-üstə düşür, lazımi
səmərə verir. Təcrübə göstərir ki, ali məktəbdə seçdikləri ixtisaslara şüurlu yanaşan
tələbələr ilk günlərdən təlimə böyük səy və maraq göstərir, tapşırıqları yüksək
səviyyədə yerinə yetirir, mühazirə və seminar məşğələlərində fəal olur, ali məktəbin
daxili qaydalarına əməl edirlər. Əksinə, daxil olduqları ixtisasa təsadüfi gələn tələ-
bələr mühazirələrdə laqeydlik, intizamsızlıq göstərir, qeydlər aparmır, arxa tərəfdə
oturub söhbət edir və ya mobil telefonla oynayırlar. İmkan yarandıqda belələri mənfi
motivlə birləşib mühazirə və məşğələlərə mane olurlar.
30
Belə halların qarşısını almaq üçün fakültə dekanlığı, ixtisas kafedraları, müəl-
limlər tələbələrlə təlim və peşəyönümü istiqamətində fərdi iş aparmalı, peşəyə maraq
və meyl formalaşdırmağa, onun cəmiyyət və gəncin şəxsi həyatı üçün nə kimi rol
oynadığını aydınlaşdırmağa çalışmalıdırlar. Bu məqsədlə “İxtisasa giriş” kursunun
tədrisi (daha doğrusu, bərpa edilməsi) səmərəli olardı.
Tələbələrin zehni, mənəvi, psixi inkişafı ziddiyyətlər və onların həlli ilə bağlıdır.
Gənclik yaşı üçün müəyyən sosial-psixoloji ziddiyyətlər səciyyəvidir. Onlardan
bəzilərini qeyd edək:
- tələbə gənclərin geniş arzuları ilə onları həyata keçirmək imkanları arasında
ziddiyyət;
- maddi və mənəvi tələbatların artması ilə onları təmin etmək üçün iqtisadi
imkanlar arasındakı ziddiyyət;
- böyük həcmdə informasiyalarla onları dərindən dərk etmək imkanları və
vasitələri arasında ziddiyyət;
- böyük həcmdə tədris materiallarını mənimsəmək zərurəti ilə tələbənin vaxt
büdcəsi arasındakı ziddiyyət;
- ali məktəb həyatının ciddi norma və qaydaları ilə tələbənin müstəqilliyi, sər-
bəstliyi arasındakı ziddiyyət və s.
Tələbə şəxsiyyətinin formalaşması ilə bağlı göstərilən ziddiyyətlər və onların
həlli ali məktəbdə tədris-tərbiyə işinin, habelə mütəxəssis hazırlığının məzmununu,
forma və metodlarını təkmilləşdirməkdə mühüm əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |