kildə özünütəhsillə, mütaliə ilə məşğul olması önəmli yer tutur. Elmlərə, bəşəri və
milli dəyərlərə yiyələndikcə gənclər zehni və mənəvi cəhətdən zənginləşir. Özünü-
təhsil və onun ən mühüm yolu olan müstəqil mütaliə gənclərin həm zehninə, həm də
mənəvi aləminə güclü təsir edir: özünütəhsil və özünütərbiyə kitabdan başlanır; bun-
suz insanı mənəvi boşluq gözləyir. Tələbə bu halda mədəni adamın ən yüksək səa-
dətindən – kitabla ünsiyyətdə olmaq, intelektual və estetik zövq almaq səadətindən
məhrum olur.
Burada başlıca qüvvə – müəllimdir; tələbələrdə biliyə, kitaba həvəs atəşini yan-
dıran ilk qığılcım – müəllimin dərin biliyi, erudisiyası, mütaliəsi, görüş dairəsi, mə-
dəniyyəti və şəxsi ziyalı nümunəsidir.