Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


 Tələbə şəxsiyyətinin inkişafının pedaqoji-psixoloji şərtləri



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə26/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

4. Tələbə şəxsiyyətinin inkişafının pedaqoji-psixoloji şərtləri
Tələbə şəxsiyyətinin inkişafında nəzərdən keçirilən ümumi amillərlə yanaşı, pe-
daqoji prosesə xas olan bir sıra spesifik amillər də mühüm rol oynayır. Belə amillərə
daxildir:
- tələbənin şəxsi fəallığı;
- təlim-tərbiyə prosesinin düzgün təşkili;
- pedaqoji ünsiyyətin düzgün qurulması;
- tələbə kollektivinin təsiri;
- zehni biliklərin dərindən mənimsənilməsi;
31


- tələbənin özünütəhsilə, mütaliəyə cəlb edilməsi;
- bəşəri və milli dəyərlərin mənimsədilməsi;
- tələbələrin vaxt büdcəsinin səmərəli təşkili;
- ali məktəb müəlliminin şəxsi nümunəsi və s.
Şəxsiyyətin fəallığı  – tələbənin ümumi və psixi inkişafının vacib şərtidir. Şəx-
siyyət fəaliyyət prosesində formalaşır. Fəaliyyət özlüyündə insanın ətraf aləmə fəal
münasibətinin formasıdır. Tələbə təhsildə, əməkdə, yaradıcılıqda, ictimai işlərdə nə
qədər çox fəallıq göstərərsə, bir o qədər həmin sahələrdə uğur qazana bilər. 
Şəxsiyyətin keyfiyyəti – möhkəm  dayanıqlı motivlərlə dayanıqlı davranış for-
masının vəhdətinə əsaslanır. Eyni bir davranış forması (məsələn, təlimə səylə yanaş-
maq) motivdən asılı olaraq müxtəlif keyfiyyət çaları kəsb edə bilər: tələbə borc his-
sinin təsiri ilə və ya müəllimin tərifini (yaxud yaxşı qiymət) qazanmaq naminə təlimə
səy göstərə bilər. Bunlar zahirən eyni forma olsa da, əslində şəxsiyyətin müxtəlif key-
fiyyətlərini ifadə edir. 
Təlim-tərbiyə işinin müvəffəqiyyəti tələbənin şəxsi fəallığı ilə bilavasitə bağlıdır.
Tələbələrin yüksək səviyyədə təşkil olunmuş məqsədyönlü fəaliyyəti uğurlu tərbiyə-
nin də vacib şərtidir. Tələbə əmək, idman, elmi-texniki, bədii və ictimai-siyasi fəaliy-
yət prosesinə cəlb edilməklə şəxsiyyətin vacib keyfiyyətlərinə yiyələnir, ictimai təc-
rübə qazanır, həyatı və insan münasibətlərini öyrənir, mənəvi cəhətdən zənginləşir,
gələcək mütəxəssis kimi bir çox cəhətdən formalaşır. 
Tələbə şəxsiyyətinin formalaşmasına təsir edən amillər sırasında ünsiyyətin, xü-
susən pedaqoji ünsiyyətin düzgün qurulması böyük əhəmiyyət kəsb edir. Tələbə şəx-
siyyəti,   fəaliyyətin   bir   sahəsi   kimi,   həm   də   ünsiyyət   prosesində   formalaşır.    De-
mokratik üslubda qurulan pedaqoji ünsiyyətin tərbiyəvi təsiri daha güclüdür.  Müəllim-
tələbə münasibətləri əməkdaşlıq prinsipinə uyğun qurulmalıdır: müəllim tələbəyə şəx-
siyyət kimi, gələcək mütəxəssis kimi baxmalı, etibar etməli, qayğı və diqqətlə, hörmət
və tələbkarlıqla yanaşmalı, yüksək pedaqoji məharət, müsbət nümunə göstərməli, hər
işdə ədalətli olmalıdır.
Tələbə   gənclərin   şəxsiyyətinin   inkişafında  tələbə   kollektivi  də   güclü   təsir
göstərir: kollektiv tələbələrdə qarşılıqlı münasibətlərin, kollektivçilik hissinin forma-
laşmasına,   şəxsi   və   ictimai   maraqların   uzlaşdırılmasına   imkan   verir.   Kollektivin
32


ictimai rəyi, qəti tələbi böyük tərbiyə gücünə malikdir. Tələbələr kollektivin rəyinə
həssaslıqla yanaşır və ona ciddi reaksiya verirlər, onunla hesablaşırlar.
Buna görə də tələbə qruplarında sağlam ictimai rəyin formalaşmasına, onun ay-
rı-ayrı neqativ hallara qarşı yönəldilməsinə, haqqın, düzlüyün, ədalətin müdafiəsinə,
kollektivdə səmimi münasibətlərin yaranmasına yönəltmək çox vacibdir. 
Gənclərin zehni, ideya-mənəvi tərbiyəsinə təsir edən amillər sırasında tələbə-
lərin elmi biliklərə, bəşəri və milli dəyərlərə dərindən yiyələnməsi, müntəzəm şə-

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin