Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


IV mühazirə Pedaqoji prosesdə müəllimin rolu. Ali məktəb müəllimi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə29/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

IV mühazirə
Pedaqoji prosesdə müəllimin rolu. Ali məktəb müəllimi
Plan:
1. Müəllimin cəmiyyətdə və pedaqoji prosesdə rolu. Müəllimlik işinin xüsusiy-
yətləri.
2. Ali məktəb müəlliminin funksiyaları, hüquq və vəzifələri
3. Müəllimin peşə qabiliyyətləri
4. Müəllimin şəxsi keyfiyyətləri və pedaqoji ustalığı
 
1. Müəllimin cəmiyyətdə və pedaqoji prosesdə rolu. 
Müəllimlik işinin xüsusiyyətləri
Gənclərin təlim-tərbiyəsində, yüksək hazırlıqlı mütəxəssislər kimi yetişməsində
müəllim  çox  böyük rol  oynayır. Cəmiyyətin, millətin  gələcəyi, müəyyən  mənada,
müəllimin əlindədir. Millət məktəbdən, müəllimdən başlanır. Deyirlər ki, bir milləti
məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri
milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir. Bu hal müəllim
kadrlarının hazırlığına xüsusi diqqət yetirməyi tələb edir.
Müəllim  cəmiyyətdə   aparıcı   qüvvədir.  O,   yaşlı   nəslin   təcrübəsini   gənc   nəslə
verir. Görkəmli şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət vermiş, müəllimi gü-
nəşə, bağbana, mühəndisə, heykəltəraşa, sərkərdəyə, həkimə bənzətmişlər. Çünki o,
günəş kimi insanlığa mənəvi həyat verir; bağban kimi uşaq və gənclərə daim qayğı
göstərir; mühəndis kimi insan qəlbinin layihəsini cızır; heykəltəraş kimi gənc qəlbi və
ağlı cilalayır; sərkərdə kimi cahilliyə, vəhşiliyə, şərə qarşı amansız mübarizə aparır;
həkim kimi millətin mənəvi sağlamlığı keşiyində durur. 
Cəmiyyətdə olduğu kimi,  məktəbdə də müəllim böyük qüvvədir. Gənc nəslin
bilik və tərbiyə səviyyəsi, ağlının və qəlbinin formalaşması, ilk növbədə, müəllimdən,
onun peşə-ixtisas və vətəndaşlıq keyfiyyətlərindən asılıdır. 
Pedaqoji   fəaliyyəti   düzgün   qurmaq   üçün  müəllimlik   işinin   xüsusiyyətlərini
nəzərə almaq lazımdır. Bu xüsusiyyətlərə daxildir:
a) Müəllimlik şərəfli işdir; çünki öz həyatını xalqın gələcəyinə həsr edir. Xalqa
35


verilmiş həyat isə xoşbəxtlikdir. 
b) Müəllimlik məsuliyyətli işdir; çünki o, ən qiymətli kapital olan insanla işləyir;
bu işdə isə səhvə yol vermək olmaz. 
c) Müəllimlik  çətin və mürəkkəb işdir; çünki müəllimin fəaliyyət obyekti olan
insan özü mürəkkəbdir, zəngin və incədir.
Pedaqoji fəaliyyətin çətinliyi həm də ondadır ki, müəllimin tərbiyə etdiyi insan
dəyişkəndir; bu gün zəif oxuyan, intizamsızlıq edən sabah düzələ bilər və ya əksinə.
Müəllim öz yetirmələrinin inkişafını izləməli, təhlil etməli, onları düzgün istiqamət-
ləndirməlidir.  
ç) Müəllimlik  yaradıcı işdir: çünki müəllim hazır göstərişlərlə işləyə bilməz.
Hər bir konkret halda qarşıya çıxan məsələlərə müstəqil və yaradıcı yanaşmaq, qeyri-
standart qərarlar qəbul etmək lazım gəlir. Bunun üçün müəllimdən müstəqil düşünmə,
yaradıcı təfəkkür tələb olunur. 
Görkəmli   rus   pedaqoqu   və   psixoloqu   P.P.Blonskinin   təbirincə   desək,   həqiqi
müəllim   ensiklopedik   lüğət   yox,   Sokrat   olmalıdır.   Müasir   dövrdə   sadəcə   bilikli
müəllim olmaq azdır; məktəbə yaradıcı, tədqiqatçı müəllim lazımdır. 
Ali   məktəb   müəllimi   pedaqoji   fəaliyyətin   xüsusiyyətlərini   nəzərə   almalı,
normativ tələblərlə özünün yaradıcılığını əlaqələndirməyi bacarmalıdır. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin