aparıcı yer tutur. Onun təsiri mühitin təsirindən bir çox cəhətdən fərqlənir:
- Mühit insana kortəbii, bəzən də mənfi təsir göstərdiyi halda, tərbiyə məq-
sədyönlü və planlı təsirdir;
- Tərbiyə mühitin müsbət cəhətlərinə istinad edir, mənfi təsirlərini isə neyt-
rallaşdıra bilir;
- Tərbiyə insanda mühitin zərərli təsirlərinə qarşı müqavimət gücü forma-
laşdırmağa qadirdir. Bunun nəticəsidir ki, heç də hamı mühitin mənfi təsirinə eyni
dərəcədə məruz qalmır;
- İnsanın mühitə münasibəti, bir çox cəhətdən, tərbiyə ilə şərtlənir, onunla
tənzim olunur.
Tərbiyə bioloji amillərlə də sıx bağlıdır. O, insanın təbii (irsi) imkanlarının üzə
çıxarılması və inkişafına kömək göstərir.
Tərbiyə insanın həyat və fəaliyyətini təşkil etməklə onun maraq və qabiliy-
yətlərinin inkişafına əlverişli şərait yaradır. Tərbiyə şəxsiyyəti “layihələşdirir”, onun
ahəngdar inkişafını istiqamətləndirir.
Dostları ilə paylaş: