Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə101/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   97   98   99   100   101   102   103   104   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

5. Tədris və istehsalat təcrübəsi
Ali məktəblərdə tədris və istehsalat təcrübəsi təlim prosesinin xüsusi forması
80


olub, tələbələrin bilavasitə istehsalatda peşə-ixtisas biliklərinə, bacarıq və vərdişlərinə
yiyələnmək imkanını təmin edir. Onların başlıca  məqsədi  tələbələrin istehsalat fəa-
liyyətində nəzəri bilikləri möhkəmləndirmək və gələcək mütəxəssis üçün zəruri olan
peşə bacarıq və qabiliyyətlərini formalaşdırmaqdan ibarətdir.
Ali məktəbdə verilən peşə-ixtisas sahələrindən asılı olaraq tələbələrin təcrübəsi
iki istiqamətdə aparılır: a) istehsalat təcrübəsi; b) pedaqoji təcrübə.
İstehsalat təcrübəsi  təhsilin həyatla, mütəxəssisin nəzəri hazırlığı ilə praktik
fəaliyyətini   əlaqələndirməyə   kömək   edir.   İstehsalat   təcrübəsi   zamanı   tələbələr
müvafiq proqrama uyğun olaraq peşə-ixtisas sahəsi ilə əlaqədar nəzərdə tutulan işləri
yerinə yetirir, yeni texnologiyalarla tanış olur, kurs və buraxılış işləri üçün material
toplayırlar.
Pedaqoji   təcrübə  pedaqoji   təmayüllü   ali   təhsildə   çox   mühüm   yer   tutur   və
yüksək ixtisaslı müəllim kadrları hazırlığı sisteminin ayrılmaz tərkib hissəsini təşkil
edir. O, tələbələrin ali təhsildə qazandıqları nəzəri bilikləri pedaqoji prosesə tətbiq
etməyə, onları pedaqoji fəaliyyətə əməli cəhətdən hazırlaşmağa kömək göstərir. 
Pedaqoji   təcrübənin   təşkili   və   keçirilməsi   qaydaları   müvafiq   əsasnamə   ilə
müəyyən edilir.
Təcrübə müddətində tələbənin işi bir neçə istiqamətdə qurulur: təlim, təebiyə,
psixoloji iş, tədqiqatçılıq işi.
Tələbələr öz fəaliyyətlərini fərdi plan üzrə, dərslərin və tərbiyə tədbirlərinin
xüsusi qrafiki əsasında həyata keçirirlər.
Təcrübənin   sonunda   metodist,   pedaqoq   və   psixoloq   görülmüş   işlərə   əsasən
tələbələrin fəaliyyətini birlikdə qiymətləndirirlər. Pedaqoji təcrübə yekun konfransı
ilə başa çatır.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin