Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə100/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   96   97   98   99   100   101   102   103   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Tələbə elmi işləri
Ali   təhsil   iki   başlıca   fəaliyyətə  
‒  tədris   və   elmi   fəaliyyətə   əsaslanır.  Gələcək
mütəxəssis   həm   dərin   elmi   biliklərə   yiyələnməli,   həm   də   yaradıcı   fəaliyyətə
hazırlanmalıdır. Buna görə də tələbələri hələ aşağı kurslardan elmi fəaliyyətə cəlb
etmək lazımdır. Vaxtilə Zaqafqaziya Müəllimlər Seminariyasında bu sahədə müsbət
təcrübə əldə edilmişdir. F.B.Köçərli, U.Hacıbəyli, R.B.Əfəndiyev və başqaları hələ
tələbə ikən ciddi elmi-tədqiqat işi ilə məşğul olmuş, bir çox əsərlərini seminariyada
oxuyarkən yazmağa başlamışlar.
Müasir şəraitdə tələbələrin elmi fəaliyyəti iki yolla həyata keçirilir: 
a) auditoriya məşğələləri ilə bağlı işlər; b) auditoriyadankənar elmi işlər. 
79


Birinci halda tələbənin elmi fəaliyyəti tədris prosesinin tərkib hissəsi kimi özünü
göstərir. Belə elmi axtarıcılıq işləri tələbə tədris tədqiqat işləri (TTTİ) adlanır. Buraya
kurs işləri və layihəsi, diplom işləri və layihəsi, buraxılış işləri, habelə mühazirə,
seminar, laborator və praktik məşğələlərlə, istehsalat və pedaqoji təcrübə ilə əlaqədar,
habelə xüsusi kurs və seminarlar üzrə tədqiqat xarakterli tapşırıqların icrası və s. da-
xildir. Tədrislə bağlı tədqiqat işləri fənn və mövzudan, qarşıya qoyulan təlim məq-
sədindən asılı olaraq tələbələri çox müxtəlif elmi fəaliyyətə cəlb etməyi nəzərdə tutur.
Məsələn, müəyyən bir problem üzrə müxtəlif mənbələri oxuyub təhlil etmək, ümumi-
ləşdirmək, təsnifat aparmaq, eyni problemlə bağlı müxtəlif konsepsiyaları müqayisə
etmək, qruplaşdırmaq, onlara tənqidi münasibət göstərmək və s. Kurs, buraxılış və
diplom işləri, elmi-tədqiqat xarakterli iş formaları mümkün qədər nəzəri və təcrübi-
eksperimental səciyyə daşımalıdır.
Ali məktəbdə tələbələri elmi işə cəlb etməyin ikinci yolu auditoriyadankənar elmi
fəaliyyətin təşkilidir. Bu cür elmi işlər tələbə elmi-tədqiqat işləri (TETİ) şəklində özü-
nü göstərir. Hazırda universitetlərdə TETİ-nin müxtəlif formaları fəaliyyət göstərir:
tələbə elmi dərnəkləri, elmi klublar; tələbə elmi laboratoriyaları; elmi konfranslar, se-
minar və simpoziumlar; fənn olimpiadaları; tələbə elmi işlərinin müsabiqəsi; yay elmi
məktəbləri; tələbə konstruktor bürosu; təsərrüfat müqaviləsi üzrə tədqiqat işləri və s.
Elmi fəaliyyətlə məşğul olan tələbələr tələbə elmi cəmiyyətində (TEC) birləşirlər.
Tələbə elmi işinə kafedranın rəhbərliyi müxtəlif istiqamətlərdə təmin olunur: 
a) kafedra nəzdində tələbə elmi dərnəklərinin təşkili
b) kafedra və laboratoriyaların elmi-tədqiqat mövzularının işlənməsində tələbə-
lərin iştirakı; 
c)   istehsalat   və   pedaqoji   təcrübə   dövründə   tələbələrin   elmi-tədqiqat   xarakterli
tapşırıqları yerinə yetirmələri; 
ç) ümumi  tədqiqat planı və ya xüsusi tematika üzrə kurs, diplom və laborator
işlərinin icrası və s.
TTTİ və TETİ gələcək mütəxəssislərin yaradıcı şəxsiyyətlər kimi formalaşması-
na kömək göstərir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin