Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Kurs və buraxılış işləri. Məsləhətlər



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə102/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   98   99   100   101   102   103   104   105   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

6. Kurs və buraxılış işləri. Məsləhətlər
Kurs işi  ixtisas və ya ümumi fənlərə həsr olunur. Onun  məqsədi  müəyyən elm
sahəsi (fənn) üzrə nəzəri bilikləri tətbiq etmək, tədqiqat aparmaq, faktları təhlil edib
ümumiləşdirmək bacarıqlarını formalaşdırmaqdan və bu bacarıqları aşkara çıxarmaqdan
81


ibarətdir. Kurs işi gələcək mütəxəssisin peşə-ixtisas hazırlığında böyük əhəmiyyət kəsb
edir; tələbələrdə müstəqilliyin, elmi axtarış qabiliyyətinin inkişafına kömək göstərir.
Kurs işinin yazılması müəyyən  mərhələlərdən  ibarətdir: mövzunun seçilməsi,
mövzuya daxil olmaq (mövcud ədəbiyyatla tanışlıq), plan tərtibi, mövzunun işlən-
məsi metodlarının müəyyən edilməsi, işin icrası (nəzəri təhlil, təcrübi-eksperimental
tədqiqat, alınan materialların təhlili, nəticələrin çıxarılması), işin müdafiəsi.
Kurs işini kafedranın yaratdığı xüsusi komissiya qəbul edib qiymətləndirir.
Buraxılış işləri mütəxəssis hazırlığının yekun mərhələsi ilə bağlı olub, təlimin
mühüm təşkili formalarından biridir. 
Buraxılış   işinin   yazılması  mərhələləri  kurs   işindəki   mərhələlərə   uyğundur.
Lakin o, kurs işindən fərqli olaraq daha geniş tədqiqatı əks etdirir, həcmcə də genişdir
(40-45 səhifə). Buraxılış işləri müəyyən tələblərə cavab verməlidir: 
- buraxılış işinin mövzusu aktual olmalı, elmi-praktik əhəmiyyət daşımalıdır; möv-
cud ədəbiyyat ciddi öyrənilməli, təhlil edilərək tənqidi şəkildə qiymətləndirilməli-
dir; buraxılış işi elmi-tədqiqat xarakteri daşımalıdır; kompleks tədqiqat metodla-
rından istifadə edilməlidir; tədqiqatın məqsəd və vəzifələri aydın göstərilməlidir;
tədqiqatın obyektiv aparılması təmin olunmalı, nəticələr aydın və dəqiq olmalı,
əsaslandırılmalıdır; iş aydın, ədəbi dildə, qrammatik-orfoqrafik baxımdan düzgün
şəkildə yazılmalıdır.
İş hazır olduqda ona iki rəy yazılır (biri elmi rəhbər olmaqla). Buraxılış işi
fakültədə yaradılmış Dövlət Attestasiya Komissiyasının açıq iclasında müdafiə olunur
və qiymətləndirilir. 
Müstəqil elmi işinin yüksək forması  magistr dissertasiyasıdır. O, magistrantın
müstəqil   tədqiqat   işinin,   yaradıcı   axtarışlarının   məhsulu   olmaqla   sırf   elmi-tədqiqat
xarakteri daşıyır və ona, buraxılış işinə nisbətən, daha yüksək tələblər verilir. 
Məsləhətlər – ali məktəbdə tədris prosesinin zəruri tərkib hissəsi, mühüm təş-
kili   forması   olmaqla   bir   neçə  funksiyanı  yerinə   yetirir:   öyrədici,   stimullaşdırıcı,
nəzarət funksiyası.
Məsləhətlərin müxtəlif növləri vardır:
- xarakterinə görə: məcburi və könüllü məsləhətlər; didaktik məqsədə görə: me-
todik, problematik və nəzarət məqsədi ilə məsləhətlər; təlim prosesinin mərhələlərinə
görə:   giriş,   cari   və   yekun   məsləhətlər;   tərkibinə   görə:   kollektiv,   qrup   və   fərdi
82


məsləhətlər.
Məsləhətlərin aparılması  metodları  da müxtəlifdir: sual-cavab, söhbət, diskus-
siya və s. Tələbələrin hazırlıq səviyyəsindən, qoyulan məsələnin çətinlik dərəcəsin-
dən və s. asılı olaraq müvafiq məsləhət metodu seçilib tətbiq edilir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin