Şəxsiyyətin kollektivdə və kollektiv vasitəsilə tərbiyəsi prinsipi. Bu prinsip
insanı təklikdə yox, kollektivdə, yalnız tərbiyəçinin təsiriilə yox, həm də kollektiv
vasitəsilə tərbiyə etməyi nəzərdə tutur. İnsan kollektivdən kənarda, kollektiv müna-
sibətlərə daxil olmadan şəxsiyyət kimi tərbiyə oluna bilməz. O, bu halda öz şəxsi
mənafeyi üçün yaşayan fərdiyyətçi kimi böyüyür. Kollektivdə isə o, öz inkişafı üçün
daha əlverişli imkan əldə edir, kollektivçi kimi böyüyür.
Tərbiyə işində tərbiyəçinin (müəllimin) təsiri tələbə kollektivinin təsiri ilə
birləşdikdə daha böyuk səmərə verir: kollektivin qəti tələbi ilə insanın daxili aləmində az
vaxtda kəskin dönüş baş verir. Bunu “partlayış” nəzəriyyəsi adlandıran A.S.Makarenko
kollektivi tərbiyə işinin başlıca forması, şəxsiyyətin tərbiyəçisi hesab edirdi.
Yuxarıda nəzərdən keçirilən tərbiyə prinsipləri qarşılıqlı vəhdət təşkil edir. Yalnız