Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Tərbiyədə nəzarət, özünənəzarət və özünəqiymət metodları



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə130/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   126   127   128   129   130   131   132   133   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Tərbiyədə nəzarət, özünənəzarət və özünəqiymət metodları.  Tərbiyə işinin
səmərəsi onun gedişinə və nəticəsinə nəzarətlə sıx bağlıdır. Nəzarət qarşıya qoyulmuş
məqsəd baxımından işin gedişini tənzim etməyi, nəticələri məqsədlə tutuşdurmağı
nəzərdə tutur. Bu yolla tərbiyədə əks əlaqə yaradılır: tərbiyəçi aparılan işin vəziyyəti,
nəticələri ilə tanış olur, onu tənzim edir.
Tərbiyədə nəzarət müxtəlif metodlarla həyata keçirilir: gənclərin tərbiyə səviy-
yəsini   öyrənmək   məqsədi   ilə   aparılan   pedaqoji   müşahidələr,   söhbətlər,   müxtəlif
sorğular, fəaliyyət və davranışın, habelə gənclərə verilən ictimai tapşırıqların təhlili,
müxtəlif tərbiyə situasiyalarının yaradılması və s.
Tərbiyə işində müəllimin nəzarəti ilə yanaşı, tələbələri də özünənəzarətə, özünü-
tərbiyə və özünüqiymətləndirməyə cəlb etmək əhəmiyyətlidir. Gənclərə özlərinə düz-
gün qiymət verməyi öyrətmək lazımdır. Yanlış (qeyri-adekvat) özünüqiymətləndirmə
hallarının – özünə həqiqətdə olduğundan yuxarı və ya aşağı qiymət verməyin zərərini
onlara başa salmaq da vacibdir.
Yuxarıda nəzərdən keçirdiyimiz tərbiyə metodları insana edilən çoxcəhətli peda-
qoji təsirlərin heç də hamısını əhatə etmir. Tərbiyə təcrübəsində bu metodlarla yanaşı,
bir sıra dolayı təsir priyomlarından da istifadə olunur. Bu zaman gəncə birbaşa təsir
göstərilmir,   onun   nöqsanları   bilavasitə   ona   izah   edilmir.   Tərbiyə   metodlarının
təsnifatına müvafiq olaraq dolayı təsir priyomlarını dörd qrupa bölmək olar:
-  Şüura təsir priyomları: təxirə salınmış söhbət, oxşar hadisənin şərhi, gəncin
intim hisslərinin fəallaşdırılması (məs., xəstə anasını sevindirmək üçün səylə oxuma-
ğa sövq edilməsi), tərbiyə prosesinə əlavə (nüfuzlu) şəxslərin daxil edilməsi, müəy-
yən keyfiyyəti aşılamaq üçün tələbənin mütaliəyə cəlb edilməsi, müəyyən məqamlar-
da tərbiyəvi məzmunlu atalar sözü, lətifə və xalq məsəllərindən istifadə edilməsi və s.
-  Fəaliyyətin   və   davranış   təcrübəsinin   təşkili   priyomları:   tələbəni   maraqlı
fəaliyyətə (tapşırıqlara) cəlb etmək, zəif tələbələr üzərində hamilik işinə cəlb etmək,
onun   gücünə   inam  bildirmək,   xahiş  etmək,   kollektivin   fərdə   təsirini   təşkil   etmək
(“partlayış” və ya “heyrətləndirmə” priyomu).
Fəaliyyəti stimullaşdırma priyomları: təxirə salınmış cəza, qeyri-müəyyən ünvana
yönələn danlaq (müəllim ad çəkmədən, ünvansız müəyyən qəbahəti tənqid edir, “gü-
98


nahkar” şəxs öz payını götürür).
-  Nəzarət,  özünənəzarət  və  özünəqiymət  priyomları: gəncə  müəyyən işi yox-
lamağı, hər hansı məsələyə nəzarət etməyi etibar etmək, qəbahəti qrupda müzakirə
edib qiymətləndirmək və s.
Tərbiyə   işində   bütün   metod   və   priyomlardan   qarşılıqlı   vəhdətdə,   bir   sistem
halında istifadə  etmək lazımdır. Tərbiyə vasitələri sistemindən ayrılıqda götürülən
heç bir metod və priyom lazımi səmərə verə bilməz; o, bir halda yaxşı, başqa halda
pis nəticə verəcəkdir. Tərbiyəçi konkret şəraitdən, gəncin yaş və fərdi xüsusiyyət-
lərindən çıxış edərək, hər bir şərait, konkret fərd üçün ən münasib (optimal) metodlar
seçib, onları yaradıcı tətbiq etməlidir. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin