olduqda müəllimin
tətbiq etdiyi bütün tərbiyə vasitələri tələbəyə təsirsiz qalır,
ondan
yan keçir.
Müəllimlə
tələbə arasında yaranan psixoloji maneənin bir səbəbi
eyni tələbəyə
eyni
təsir vasitələrinin dəfələrlə tətbiq edilməsidir (xüsusən onların tətbiqi müsbət
nəticə
vermədiyi hallarda).
Müəllimlə
tələbə arasında psixoloji maneənin digər bir səbəbi də müəllimin
ədalətsizliyi,
haqsız cəzası, çoxlu çətin tələblər verməsidir.
Müəllimlə
tələbə arasındakı psixoloji maneəni aradan qaldırmağın əsas yolu
onun
yaranması səbəblərini aydınlaşdırmaqdan və bu əsasda tələbə ilə münasi-
bətləri
dəyişdirməkdən, qarşılıqlı anlaşma mühiti yaratmaqdan ibarətdir. Bu
zaman
əsas məsələ tələbənin yanlış qəbul etdiyi tərbiyəvi təsir priyomlarını
aradan
qaldırmaq və onun
fərdi xüsusiyyətlərinə uyğun gələn yeni vasitə və
priyomları
fərdi təsir mexanizmini tətbiq etməkdir.
Fərdi təsir mexanizmi bir neçə mərhələni özündə birləşdirir: tələbəni (onun fərdi
xüsusiyyətlərini) öyrənmək
onun davranış və əməllərinin motivlərini, səbəblərini
müəyyənləşdirmək
tələbə qarşısında konkret tərbiyə məqsədi qoymaq
məqsədə
çatmağın vasitə və yollarını müəyyənləşdirmək
müsbət emosional vəziyyət
yaratmaq
məqsədin həyata keçirilməsində tələbəyə kömək və nəzarət etmək
ilk
uğurları qiymətləndirmək, həvəsləndirmək
tələbəni özünənəzarət və
özünütərbiyəyə cəlb etmək.
Tələbənin
məqsədə doğru hərəkətində uğursuzluq halları baş verdikdə onun sə-
bəblərini
araşdımaq, bu səbəblərə müvafiq olaraq yeni pedaqoji vasitə və yollar
tapıb
tətbiq etmək lazım gəlir.
Müəllimin tələbəyə fərdi təsiri kollektivin təsiri ilə
uzlaşdıqda
lazımi səmərə əldə etmək mümkündür.
Dostları ilə paylaş: