Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə141/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   137   138   139   140   141   142   143   144   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Fiziki   tərbiyə.  Fiziki   tərbiyə   insanın   sağlamlığını   möhkəmlədən,   şəxsiyyətin
fiziki və mənəvi-iradi keyfiyyətlərini inkişaf etdirən təsirlər sistemidir.
Fiziki tərbiyə şəxsiyyətin ahəngdar inkişafının mühüm şərtini təşkil edir. O, əqli
və mənəvi inkişafa kömək edir: iradəni möhkəmlədir, insanda dözümlülük, intizam,
kollektivçilik, yoldaşlıq və dostluq kimi keyfiyyətlər tərbiyə edir. Fiziki tərbiyə insanı
əməyə və Vətən müdafiəsinə hazırlayır. O, estetik tərbiyə ilə də sıx bağlıdır. 
Fiziki tərbiyənin  məqsədi  fiziki cəhətdən sağlam, gümrah nəsil tərbiyə etmək-
109


dən, onları əməyə və fəal ictimai həyata hazırlamaqdan ibarətdir. Bu ümumi məqsədə
nail olmaq üçün fiziki tərbiyə qarşısında aşağıdakı konkret vəzifələr durur:
a) gənc nəslin normal fiziki inkişafını və sağlamlığını təmin etmək;
b) gənclərə həyat üçün zəruri olan bacarıq və vərdişlər (düzgün yeriş, qaçış,
tullanmaq, üzmək və s.) aşılamaq;
c) gənclərdə bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmağa tələbat ya-
ratmaq;
ç) iradi-mənəvi keyfiyyətlər (dözümlülük, çeviklik, cəldlik, qüvvə) tərbiyə etmək.
Fiziki tərbiyənin məzmunu “Əməyə və müdafiəyə hazıram” (ƏMH) kompleksində
və bədən tərbiyəsi və idman proqramında öz əksini tapmışdır.  
Məktəbdə   fiziki   tərbiyə   müxtəlif   vasitə   və   formalarla   həyata   keçirilir.  Fiziki
tərbiyənin vasitələrinə fiziki təmrinlər, təbii və gigiyenik amillər daxildir.
Fiziki təmrinlərə gimnastika, oyun, idman və turizm daxildir. Tələbəlik illərində
bunlara xüsusi yer ayırmaq lazımdır.
Fiziki   tərbiyənin   mühüm   bir   vasitəsi  təbii   amillərdən  istifadə   etməkdir.   Təbii
amillər (günəş, hava, su) təbiətin sağlamlaşdırıcı qüvvələridir. İnsan orqanizminin təmiz
havaya (oksigenə), suya, günəş şüasına böyük ehtiyacı vardır.
Gigiyenik amillər  fiziki tərbiyə, sağlamlıq baxımından böyük əhəmiyyətə ma-
likdir. Gigiyenik amillərə qida, yuxu, istirahət, bədənə qulluq, normal mənzil və iş
şəraiti, rejim, rahat geyim və s. daxildir.
Sağlamlıq üçün normal qida  vacib şərtdir. Yemək müəyyən hədd daxilində ol-
malıdır; həddən çox və az yemək zərərlidir. 1-ci hal piylənməyə, 2-ci hal isə qa-
nazlığına səbəb olur.
Normal yuxu da sağlamlıq üçün mühüm şərtdir. O, yorğunluğu götürür, orqaniz-
min iş qabiliyyətini bərpa edir. 
Gigiyenik amillər içərisində düzgün gün rejimi də böyük əhəmiyyətə malikdir.
Rejim insanın həyat tərzini nizama salan qaydaların məcmusudur. O, iş və istirahəti
tənzim edir, insanda intizamlılıq, səliqəlilik, dəqiqlik, təşkilatçılıq tərbiyə edir, müs-
bət adətlər yaradır, iradəni möhkəmləndirir. 
Ailədə və məktəbdə sanitar-gigiyenik tələblərə ciddi əməl edilməlidir. Ailədə iş
otağı, məktəbdə dərs otaqları gigiyenik tələblərə (optimal həcmi, hava tutumu, işıq və
110


istilik   rejimi,   havasının   dəyişilməsi,   əşyaların   yaş   əsgi   ilə   silinməsi   və   s.)   cavab
verməlidir. 
Ali məktəbdə fiziki tərbiyənin təşkili formaları.  Fiziki tərbiyənin həyata keçi-
rilməsi səmərəli formalar seçib tətbiq etməyi tələb edir. Belə formalara bədən tərbiyə-
si məşğələləri, gün rejimində idman-sağlamlıq tədbirləri, fiziki tərbiyə üzrə auditori-
yadankənar tədbirlər daxildir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin