2) Azərbaycan Sasanilər imperiyasının dövründə: Qədim Atropatena torpaqları isə Sasani dövlətinin mövcud olduğu bütün dövrdə onun tərkibində olmuş və Adurbadaqan (hərfən “odun himayəsində olan ölkə”) adlanmışdır. Erkən Sasani dövründə Adurbadaqanın sərhədləri çox güman ki, Parfiya dövlətinin tərkibində olan Atropatenanın sərhədlərinə uyğun gəlmişdir. Sasanilər dövlətində Adurbadaqan əvvəllər dövlətin şəhrlərindən biri idi. 224-cü ildə Sasanilər nəslindən olan Ərdaşir Babakan Parfiya dövlətinin varlığına son qoydu. 226-cı ildə o özünü «şahənşah» elan etdi. Bundan əvvəl Parfiya dövtətindən asılı olan Atropatena 227-ci ildən Sasanilər dövlətinin tərkibinə daxil oldu və onun əyalətlərindən birinə çevrildi. 226-cı ildə İranda hakimiyyətə gəlmiş Ərdəşir 651-ci ilə qədər mövcud olmuş Sasanilər dövlətinin əsasını qoydu. Sasanilər dövlətinin mövcud olduğu müddətdə Azərbaycan ərazisi bu və digər dərəcədə həmin dövlətlə bağlı olmuşdur. Bu dövrdə Albaniya şimalda Qafqaz dağlarından cənubda Araz çayına, qərbdə İberiyadan şərqdə Xəzər dənizinə qədər olan bir ərazini əhatə edirdi. Albaniya inzibati-ərazi baxımından vilayətlərə (qavarlara) və əyalətlərə (nəhənglərə) bölünürdü. Albaniyanın Kürün sol sahilindəki ərazisi 11 qavardan ibarət idi. Onlardan daha əhəmiyyətliləri Qəbələ, Şəki və Kambisena idi. Sol sahil Albaniyasına Lpina və Çola da daxil idi. Albaniyanın Kürün sağ sahili hissəsi isə Arsax, Uti, Paytakaran və Sünik adlanan 4 iri nəhəngdən ibarət idi. Onların da hər biri qavarlara bölünürdü. Albaniyanın siyasi tarixini 3 dövrə bölmək olar: