Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021



Yüklə 315,92 Kb.
səhifə21/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   90
60 saatlıq mühazirələr 2021-2022

3) Slavyanların yürüşləri: Slavyanların IX əsrin II yarısında başlanan basqınları X əsrin əvvəllərindən daha da genişləndi. 909-cu ildə 16 gəmi ilə Xəzərə daxil olan slavyanlar Abaskun adasını ələ keçirərək sahil məntəqələrini qarət etdilər. Növbəti il 910-cu il Sarı adada və sahil məntəqələrdə yanğınlar törədərək Xəzərin İran sahillərinə hücum etdilər. Lakin, Gilanşahın qoşununa məğlub oldular. Geri çəkilərkən isə Şirvanşah qoşunu da onları darmadağın etdi. 914-cü ildə slavyanların ölkəmizə daha bir yürüşü oldu. Öncəkilərdən fərqi 100 döyüşçü və 500 gəmi ilə hücum etməkləri idi. Qənimətin yarısını Xəzər xaqanına vəd etdikləri üçün asanlıqla ölkəmiz ərazisindəki Pirallahı, Sahilan, Zirə, Böyük Zirə, Kiçik Zirə, Zənbilə, Xirə Sarı adalarına basqın edə bildilər. Ələ keçirdikləri qənimətin yarısını Xəzər xaqanı ilə bölüşdürən slavyanlar bu dəfə Xəzər xaqanlığının müsəlman əhalisi tərəfindən darmadağın edildi. Bu vuruşmada xəzər, burtas bulqar türkləri fəal iştirak etdilər. Vuruşmadan 30 il sonra yəni 944-cu ildə Azərbaycana növbəti yürüş “Qafqazın ən böyük şəhəri”, Arranın baş şəhərikimi şöhrət qazanan Bərdəni ələ keçirmək üçün baş verdi. Kiyev knyazı İqorun qoşunu Bərdə yaxınlığında Mübarəki adlı yerdə məskunlaşmışdılar. Bərdəyə yardıma Mərzban ibn Məhəmməd yetişdi. Lakin, o slavyanlara zərbə vursa da, şəhəri azad edə bilmədi. Bu yürüşdən sonra Bərdə bir daha özünə gələ bilmədi. Rusların sonrakı yürüşlərində ən acınacaqlı hallardan birinin də Azərbaycan hakimlərinin öz aralarındakı ixtilafı həll etmək üçün slavyanlardan yardım istəməsi oldu. 987-ci ildə Dərbənd hakimi Maymun ibn Əhməd yerli hakimlərə qarşı mübarizə aparmaq üçün ruslardan kömək istədi. 1030-cu ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin oğlu Şəddadi hakimi Musa qardaşı Əsküyənin Beyləqandakı üsyanını yatırmağa kömək üçün onlara slavyanları köməyə çağırmışdılar. 1032-1033-cü illərdə Şirvan daha bir dağıdıcı basqınla qarşılaşdı. Bu dəfə slvayanlar, alanlar sərirlərlə ittifaqda idilər. Şamaxını qarət edən yürüş iştirakçıları Dərbənd hakimi Mənsur ibn Maymun tərəfindən məğlub edildilər. Ertəsi il alanlar və slavyanlar Dərbənd hakimindən qisas almaq istəsələr də yenə məğlub oldular. Bütün bu yürüşlərə baxmayaraq Azərbaycan hakimləri Xəzərdə hərbi donanma yaratmır, Azərbaycanın dəniz dövlətinə çevrilməsinə qayğı göstərmədilər.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin