Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021



Yüklə 315,92 Kb.
səhifə24/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   90
60 saatlıq mühazirələr 2021-2022

6) Azərbaycanda Atabəylər dövləti: Böyük Səlcuq imperatorluğunun parçalanmasından sonra meydana gələn müstəqil dövlətlərdən biri də Azərbaycan Atabəylər dövləti idi. İraq Səlcuq sultanlığının hökmdarı Sultan II Toğrul (1132-1134) Şəmsəddin Eldənizi oğlu Arslan şahın atabəyi təyin etdi. O, Səlcuq sarayında az vaxtda görkəmli dövlət xadimi kimi şöhrət qazandı. Şəmsəddin Eldəniz (1136-1175) 1136-cı ildə Arran hakimi təyin olundu və Bərdəyə göndərildi. Beləliklə, müstəqil Azərbaycanda Eldənizlər dövlətinin və onu idarə edən Eldənizlər sülaləsinin (1136-1225) əsası qoyuldu. 1160-cı ildə İraq Səlcuq sultanlığında əmirlərin qəsdi nəticəsində sultan devrilərək öldürüldükdən sonra onun taxt-tacına Eldənizin səyi nəticəsində qəyyumluq etdiyi oğulluğu Arslanşah (1160-1175) çıxarıldı. Atabəy Şəmsəddin Eldəniz İraq sultanlığı taxtının əsl sahibi oldu. Bu zamandan etibarən “Böyük Atabəy” adlandırılan Şəmsəddin yeni dövlət hakimiyyətinin nüfuzunu möhkəmləndirməyə başladı. XII əsr müəllifi Sədrəddin əl-Hüseyninin dediyinə görə, “əsl hökmdar Atabəy Eldəniz idi. Sultan Arslanşahın isə yalnız adı hökmdardır”. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın hacibi (baş vəzir) oldu. Kiçik oğlu Qızıl Arslan isə orduya ali baş komandan təyin edildi. Beləliklə, İraq Səlcuq sultanlığı Eldənizlər sülaləsinin hakimiyyəti altına keçərək, Azərbaycan sultanlığına çevrildi. Şirvanşahlar dövləti də Eldənizlərdən asılı oldu. Azərbaycan torpaqları, əslində, yenidən vahid dövlətdə birləşdirildi. Eldənizlər dövlətinin ilk paytaxtı Naxçıvan şəhəri oldu. Şəmsəddin Eldənizin xarici siyasətinin əsas istiqamətlərindən biri Vətənimizi gürcülərin hücumundan qorumaqdan ibarət idi. Gürcülərin 1139-cu il xəyanətini Eldənizlər yaddan çıxartmamışdılar. Bədbəxtlik üz verdikdə, qonşuya yardım göstərmək kimi insani keyfiyyətdən məhrum olan gürcülər 1139-cu ildə baş vermiş dəhşətli zəlzələ zamanı əhalisinin çoxusunu itirmiş Gəncə şəhərinə hücum edərək burada qırğınlar törətmiş və məşhur Gəncə qala qapılarını qənimət kimi aparmışdılar. 1161-ci ildə gürcü qoşunları çar III Georgi başda olmaqla Eldənizlərin hakimiyyəti altında olan əraziyə soxuldular. Həmin dövrdə Arranın tərkibində olan Ani şəhərini ələ keçirən gürcü qoşunları, 1163-cü ildə Eldəniz tərəfindən məğlub edildilər. Eldəniz Gürcüstana daxil oldu, bir ay sonra Dəbil şəhərini onların əlindən aldı və III Georgini ağır məğlubiyyətə uğratdı. 1175-ci ilin avqustunda Eldənizin əmri ilə onun ordu hissələri Cahan Pəhləvanın başçılığı altında gürcülərə qarşı daha bir yürüş etdilər. Nəticədə gürcülər məğlub oldu. Bu məğlubiyyətdən sonra onlar Aniyə, eləcə də Eldənizlərin tabeliyində olan başqa torpaqlara olan iddialarından əl çəkdilər. XII əsrin 60-cı illərində Şəmsəddin Eldəniz böyük bir ərazini, o cümlədən Qəzvin, Fars, Ərdəbil, Nişapur, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Diyarbəkir, Şirvan, Kirman və Xuzistanı tabe etmişdi. Ümumiyyətlə o, Qafqaz dağlarından Fars körfəzinədək uzanan böyük ərazini öz hakimiyyətinə tabe etdi. Əl-Hüseyninin məlumatına görə, onun mülkləri “Tiflis qapılarından Məkranadək uzanırdı”. Məhəmməd Cahan Pəhləvanın (1175-1186) dövründə 1175-ci ildə paytaxtı Həmədana köçürdü. O, Təbrizi Ağsunqurilərin əlindən aldı. Azərbaycanı onun kiçik qardaşı Qızıl Arslan idarə edirdi. Qızıl Arslanın iqamətgahı Təbriz idi. Cahan Pəhləvan, sonralar isə Qızıl Arslan Eldənizlər dövlətinin siyasi dayağını möhkəmlətmək məqsədilə Səlcuq sultanlarının payladıqları iqta torpaqlarını öz tərəfdarları olan feodallar arasında bölüşdürdü. Cahan Pəhləvan yeni iqta torpaqları almış bu əmirlərin köməyi ilə 50 minlik mükəmməl süvari ordu təşkil etdi. Məhəmməd Cahan Pəhləvanın ölümündən sonra hakimiyyətə gələn qardaşı Qızıl Arslan (1186-1191) paytaxtı Təbrizə köçürtdü. Qızıl Arslan mərkəzi hakimiyyətə tabe olmaq istəməyən feodallara qarşı mübarizə apardı. Səlcuq sultanı III Toğrulu ciddi nəzarətdə saxlayan Qızıl Arslan dövləti müstəqil idarə edirdi. 1190-cı ildə Həmədan yaxınlığındakı döyüşdə Qızıl Arslan III Toğrulu məğlub edib, onun mülklərini və iqta yerlərini özünün tərəfdarlarına payladı. 1191-ci ildə Qızıl Arslan xəlifənin razılığı ilə özünü sultan elan etdi. Tabelikdən çıxan vilayətləri hakimiyyətinə tabe etdi. Eldənizlər dövləti Dərbənddən İsfahanadək geniş bir ərazini əhatə edirdi. Qızıl Arslanın hakimiyyəti dövründə dövlətin siyasi vəziyyətinin möhkəmlənməsi ölkənin iqtisadi və mədəni inkişafı üçün əlverişli şərait yaratdı. Lakin bu vəziyyət uzun sürmədi, iqta torpaqlarından mərhum olmuş narazı Səlcuq əmirlərinin sui-qəsdi nəticəsində Qızıl Arslan öldürüldü. Hakimiyyətə gələn Cahan Pəhləvanın oğlu Əbu Bəkrin (1191-1210) dövründə feodal çəkişmələri nəticəsində Eldənizlər dövlətinin tənəzzülü başladı. 1194-cü ildə Xarəzmşah Təkəş hücum edərək Xorasan, Rey və Həmədan vilayətlərini tutdu. 1197-ci ildə Həmədan uğrunda vuruşmada Xarəzmşahları məğlub edən Əbu Bəkr qardaşı Özbəyi ora hakim təyin etdi. Siyasi sabitliyin olmaması Əbu Bəkrin hakimiyyəti dövründə feodallar arasında çəkişməni daha da kəskinləşdirdi. Paytaxt şəhəri Naxçıvanda oturan Əbu Bəkr yalnız Azərbaycan və Aranın idarəsi ilə kifayətlənməli oldu. Üstəlik gürcü Baqratuni çarlığının başçısı Tamara Şirvanşah I Axsitanİnanc Xatunun oğulları Əmir MahmudƏmir Ömər ona qarşı hərbi ittifaq qurmuşdular. Müttəfiqlərin qoşunları 1194-cü ildə ŞəmkirBeyləqan döyüşlərində onu ağır məğlubiyyətə uğratmışdılar. 1204-1205, 1210-1211-ci illərdə Azərbaycan gürcülərin irimiqyaslı quldur basqınlarına məruz qaldı. Əbu Bəkrin vəfatından sonra taxta çıxan qardaşı Özbəyin (1210-1225) dövründə Eldənizlər dövlətinin tənəzzülü daha da gücləndi. Feodal çəkişmələrinin davam etməsi, müharibələr, mərkəzi hakimiyyətin getdikcə zəifləməsi ölkənin iqtisadi inkişafına ağır təsir göstərdi, onun müdafiə qabiliyyətini xeyli azaltdı. Belə bir şəraitdə monqolların Azərbaycana ilk yürüşü nəticəsində daha da zəifləyən Eldənizlər dövləti 1225-ci ildə Xarəzmşahın oğlu Cəlaləddinin Təbrizi tutması ilə süqut etdi.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin