6) XVIII əsrin əvvəllərində Səfəvi dövlətin tənəzzülü. Nadir şah: Ağır vergilər, məmur özbaşınalığı şaha və onun yerlərdəki harınlamış məmurlarına qarşı üsyanlara səbəb oldu. XVIII əsrin ilk rübündə imperiyanın hər yerini, o cümlədən Azərbaycanı xalq çıxışları və üsyanlar bürüdü. 1707-ci və 1711-ci illərdə carlılar 2 dəfə üsyana qalxdılar. Onlar dövlətin şimal sərhədlərini qorumaq müqabilində xəzinədən maaş alırdılar. Şirvan bəylərbəyinin ödənişi özbaşına olaraq dayandırması onların qəzəbinə səbəb oldu. Şirvandakı narazı əhali də üsyançılara qoşuldu. Üsyanı yatırmağa cəhd edən Şirvan bəylərbəyi Həsənəli xan özü məğlub oldu və öldürüldü. 1719-cu ildə Şirvanda Səfəvilər əleyhinə növbəti üsyana Müşkür mahalının Dədəli kəndindən olan Hacı Davud başçılıq edirdi. O, Qaytaqlı Əhməd xan və Qazıqumuqlu Surxay xan ilə ittifaq yaradaraq 1721-ci ildə Şamaxı tutdular. Şəhərdə olan qarətlər zamanı rus tacirlərinin də bir neçəsi öldürüldü, malları qarət olundu. Rusiyanın mümkün müdaxiləsindən narahat olan Hacı Davud himayə məqsədi ilə Osmanlı Sultanı III Əhmədə müraciət etdi. I Pyotrun Xəzərsahili bölgələrə yürüşündən narahat olan Sultan III Əhməd Hacı Davudun himayə təklifini qəbul etdi. Şirvan Osmanlı himayəsi altında yarımmüstəqil xanlıq kimi tanındı. 1709-cu ildə isə əfqan (hotaki) qəbilələri üsyan edib Qəndaharı ələ keçirdilər. Şah Sultan Hüseynin yarıtmaz siyasəti xalqın Səfəvi sülaləsinə etibarını sarsıtmışdı, mərkəzi hakimiyyətdən narazı qüvvələr də fəallaşınca baş verən üsyanları yatırmaq artıq müşkül məsələyə çevrilirdi. 1722-ci ilin martın 8-də Mahmudun başçılığı ilə əfqanlar Gülnabad yaxınlığında Səfəvi ordusunu məğlubiyyətə uğratdılar və 6 aylıq mühasirədən sonra paytaxt şəhəri İsfahanı ələ keçirdilər. Şah Sultan Hüseyni və sülalə üzvlərini əsir götürdülər. Yalnız şahın oğullarından biri - Təhmasib Astarabada qaça bildi və burada özünü II Təhmasib (1722-1732) adı ilə şah elan etdi. I Pyotrun Xəzərsahili vilayətlərə işğalçı yürüşü təcavüzkar imperialist dövlətin həm daxili, dəm də xarici siyasəti antitürk və antimüsəlman səciyyə daşıyırdı. O, gürcüləri və İrəvanda yerləşən Eçmiədzin (üçkilsə) erməni kilsəsini alət etməyə çalışırdı. Daima müsəlman imperatorluqlanmn tərkibində öz varlığım, dilini və dinini saxlayan gürcülər və azlıqda olan ermənilər indi nankorcasma düşmən tərəfə keçərək Rusiyanın himayəsində üstün mövqe qazanmağa çalışırdılar. Məsələn, Səfəvidən "Azərbaycan bəylərbəyi" titulu almış VI Vaxtanq Rusiya ilə belə bir gizli plan qurmuşdu ki, Pyotrun bölgəyə basqını baş tutanda o, Azərbaycamn işğalını asanlaşdırmaq üçün qoşunla Şamaxıya hərəkət edib, orada Rusiyanın quru hərbi qüvvələri ilə birləşməli idi. Rusiyanın 1715 - 1717-ci illərdə A.Volmskinin başçılığı ilə Səfəvi sarayına göndərdiyi elçilik dövlətimizin hərbi - siyasi vəziyyəti, müdafiə qabiliyyəti, ordusu, qalaları, dəniz donanması və limanları haqqında çox əhatəli gizli kəşfiyyat məlumatları toplayaraq I Pyotra göndərmişdi. 1718-ci ildə elçi A.Volmskinin Pyotrla görüşündə verdiyi hesabat isə daha qorxunc idi. Elçi bildirmişdi: “Səfəvilərin dövləti dağılmaq üzrədir, əgər təcili hətta, az qüvvə ilə savaşa başlasaq, onun torpaqlarının bir hissəsini zəbt etmək olar.” I Pyotrun bu sahədəki tədbirlərindən biri Xəzərin qərb sahillərini topoqrafik baxımdan dəqiq öyrənməkdən ibarət idi. O bu məqsədlə Xəzər dənizinə ekspedisiya göndərdi. Dövrün səviyyəsinə uyğun tərzdə aparılan tədqiqat işləri nəticəsində tərtib olunmuş xəritəyə əsasən Xəzər dənizinin bütün qərb sahilləri dəqiqliklə köçürülmüş, sahil sularının dərinliyi və dənizdəki su axınının istiqaməti, limanlar, buxtalar, sualtı qayalar öyrənilmişdi. I Pyotr öz işğalçılıq məqsədini gizlətmək üçün Səfəvi sarayına bildirdi ki, ruslar Xəzərboyu bölgələrə və xüsusilə Şamaxıya Səfəvi ilə müharibə aparmaq üçün deyil, Şirvanda Hacı Davudun başçılıq etdiyi qiyamçıları cəzalandırmaq və bununla öldürülmüş rus tacirlərinin qisasım almaq üçün gəlir. Səfəvilər Xəzərboyu torpaqları Rusiyaya güzəştə gedərsə, rus hökuməti osmanlıların bu torpaqlara daxil olmasının qarşısını almaqda şaha köməklik göstərəcəkdir. I Pyotr 1722-ci ildə türk dilində tərtib etdiyi manifestdə öz yürüşü zamanı əhalinin təhlükəsizliyinin və onların əmlaklarının toxunulmazlığının qorunacağına söz verir, xüsusilə xristianlara onlan müsəlmanların zülmündən qurtaracağını vəd edirdi. I Pyotr yürüşü 1723-cü ilə planlaşdırmışdı. Ancaq əfqanlartərəfindən 1722-ci ildə İsfahanın tutulması bu işi sürətləndirdi. I Pyotr 1722-ci il 18 iyunda Həştərxandan 2 istiqamətdə: quru və dəniz yolu ilə yürüşə başladı. Zəifləmiş Səfəvi qoşunu Azərbaycan ərazisinə daxil olan Rusiya qoşunlarına ciddi müqavimət göstərə bilmədi. 1722-ci ildə ruslar Dərbənddən Rəştə qədər ərazini tutdular. 1722-ci il 23 avqustunda ruslar müqavimətsiz Dərbəndə daxil oldu. Şəhərin naibi İmamqulu qalanın gümüş açarını I Pyotra təqdim etdi. 1723-cü ilin iyulunda Bakını və digər Xəzərsahili vilayətləri zəbt etmiş Rusiya Osmanlılarla müharibəyə yol verməməyə çalışaraq bu ərazilərin tutulmasına “qanuni” əsaslar uydurmağa çalışırdı. Buna görə də 1723-cü il 12 sentyabrda Peterburqa gəlmiş Səfəvi elçisi İsmayıl bəy şahın razılığı olmadan rus hökuməti ilə özbaşına müqavilə imzaladı. Bu müqaviləyə görə, Xəzəryanı bölgələr: Dərbənd, Bakı, Gilan, Mazandaran, Astarabad Rusiyaya ilhaq edilirdi. Rusiya isə bunun əvəzində Səfəvilərə əfqanlarla müharibədə kömək edəcəyini vəd edirdi. Lakin II Təhmasib bu müqaviləni təsdiq etmədi. Rusiya 1724-cü il 12 iyunda İstanbulda Osmanlı ilə müqavilə bağladı. İstanbul müqaviləsinin şərtlərinə görə, Cənubi Qafqaz faktiki olaraq Osmanlı dövləti ilə çar Rusiyası arasında bölüşdürüldü. Xəzərboyu əyalətlər Rusiyanın tərkibinə, qalan ərazilər isə sultanın ixtiyarına keçdi. 1724-cü ildə Osmanlı qoşunu Xoy, Naxçıvan və Ordubadı ələ keçirib Təbrizə doğru irəlilədi. 1725-ci ilin avqustunda mühasirədə olan Təbriz şəhəri süqut etdi. Daha sonra osmanlılar Ərdəbili, Gəncəni və başqa şəhərləri də ələ keçirdilər. Səfəvilərin ərazisinin çox hissəsi artıq əfqanlar, osmanlılar və ruslar tərəfindən tutulmuş, II Təhmasib isə yalnız Cənubi Xəzəryanı bölgələr və Xorasanın bir hissəsi ilə kifayətlənməyə məcbur olmuşdu. Belə bir şəraitdə düşmənlərə qarşı mübarizədə daxili qüvvələri birləşdirmək məqsədilə 1726-cı ildə II Təhmasibin yanında qulluğa başlayan Nadir xan Əfşar bir sıra əyalətləri Səfəvi şahının hakimiyyəti altında birləşdirdikdən 1729-cuildə sonra əfqanları ölkədən qovdu. 1730-cu il Məlayir döyüşündə osmanlıları məğlub edib Həmədanı, Kirmanşahı, Təbrizi, Ərdəbili geri aldı. Nadir Xorasanda olanda II Təhmasib xalq arasında öz nüfuzunu qaldırmaq məqsədilə 1731- ci ildə İrəvan və Naxçıvanı geri qaytarmaq uğrunda Osmanlı ilə apardığı savaş uğursuzluqla nəticələndi. Osmanlılar yenidən Təbriz və Ərdəbili ələ keçirdilər. 1732-ci il 16 yanvarda II Şah Təhmasib Kirmanşahda osmanlılarla sülh müqaviləsi bağlamağa məcbur oldu. Sülhə görə Şamaxı, Gəncə, Kartli - Kaxetiya və İrəvan Osmanlıda qalırdı, Araz çayı sərhəd olmaqla, Həmədan, Kirmanşah, Ərdəbil və Təbriz Səfəvilərə qaytarılırdı. 1732-ci il 21 yanvarda Səfəvilərlə Rusiya arasında bağlanmış Rəşt müqaviləsinə görə Rusiya bu müqavilənin mətni təsdiq ediləndən 5 ay sonra Kür çayından cənubdakı Xəzərsahili vilayətləri Səfəvilərə qaytarırdı. Rusiya Kürdən şimaldakı Xəzərsahili bölgələri isə yalnız Osmanlının tutduğu bütün əraziləri Səfəvilər geri alandan sonra qaytarmağı öhdəsinə götürürdü. Əvəzində Səfəvilər rus tacirlərinə Azərbaycanda və digər yerlərdə gömrüksüz ticarət hüququ verirdi. Tezliklə ölkənin Şərqindəki işləri nizama salan Nadir İsfahana döndü. 1732-ci il 22 avqustda II Təhmasibi devirib yerinə şahın 8 aylıq oğlu Abbas Mirzəni “III Abbas” adı ilə şah elan edərək özünü də onun qəyyumu təyin etdi. Bununla da Nadir, əslində, hakimiyyəti ələ aldı. O, ilk növbədə, Kirmanşah müqaviləsiniləğv edərək 1723-cü ildən bəri osmanlılar tərəfindən tutulmuş Səfəvi torpaqlarının geri qaytarılmasını tələb etdi. Sultanın rədd cavabı iki dövlət arasında müharibəyə səbəb oldu. 1733- cü ildə Bağdad döyüşündə osmanlılara qalib gəldi. Əhməd paşa ilə bağladığı Bağdad müqaviləsinə görə osmanlılar son 10 ildə Səfəvilərdən qopardıqlan bütün torpaqlan geri qaytarmalı idi. Lakin bu sülhü Osmanlı sultanı təsdiq etmədi. Buna görə Nadir xan 1734-cü ildə Şamaxını tutdu və sonra şəhərin dağıdılması, əhalisinin isə Ağsu adlı kiçik bir yerə köçürülməsi haqqında əmr verdi. 1735-ci il 21 martda Rusiya-Səfəvi arasında imzalanan Gəncədə sülhünə əsasən, Rusiya Terekdən cənubdakı bütün Xəzəryanı torpaqları Səfəvi dövlətinə qaytardı. 1735-ci ilin iyunda Eçmiədzin döyüşdə Nadir xanın osmanlılar üzərində qələbə qazandı. 1735-ci ildə Gəncəni azad edərək Osmanlıları bütün Cənubi Qafqazdan çıxartdı. Beləliklə, Səfəvilərin hakimiyyətinin son dövründə Azərbaycan dövlətinin itirdiyi bütün torpaqlar Nadir xamn böyük sərkərdəlik və diplomatik fəaliyyəti nəticəsində geri qaytarıldı. 1736-cı ilin martda Osmanlı dövləti ilə əvvəlki sərhədlərin bərpa olunması haqqında Nadir xanın təklif etdiyi şərtlər Osmanlı sarayında qəbul olundu. Nadir xan 1736-cı ildə Muğanda böyük bir qurultay çağırdı. Bir aydan çox davam edən qurultayda Azərbaycan Səfəvi imperatorluğunun bütün bölgələrindən dəvət edilmiş nümayəndələrə Səfəvi sülaləsinin gələcək taleyi ilə bağlı öz fikrini açıq şəkildə bildirmək imkanı verilmişdi. 26 fevral 1736-cı ildə Nadir xan Əfşarın tərəfdarlarının üstünlüyü ilə keçən qurultayda III Abbasın taxtdan düşürülməsi (onun 1736-cı ildə öldürülməsi də güman edilir - Red.) və Nadir xanın şah elan edilməsi haqqında qərar verildi. Onun dövləti Məşhəd, Təbriz və Şiraz mərkəz olmaqla 3 bəylərbəyliyə bölündü. Xorasanı onun oğlu Rzaqulu, Azərbaycanı isə qardaşı İbrahim xan idarə edirdi. Hakimlər və digər məmurlar bəylərbəylərə tabe olurdular, onlar bilavasitə şah tərəfindən təyin edilirdilər. Nadirə qarşı Azərbaycanda ilk üsyanlar 1734-cü ildə Astarada və daha sonra Car Balakəndə baş verdi. 1738-ci ildə Nadirin Hindistan istiqamətində hərbi yürüşdə olmasından istifadə edən Car-balakənlilər yenidən üsyan etdilər. Üsyanı yatırmaq üçün Cara səfər edən Nadirin qardaşı İbrahim xan məğlub edilib öldürüldü. 1743-cü ilin yazında ordusunu Cənubi Qafqazdan çıxartdı. Bu, Azərbaycanda yeni üsyan dalğasına səbəb oldu. Özlərini Səfəvi şahzadələri adlandıran I və II Sam Mirzənin başçılığı altında həmin ildə ardıcıl olaraq üsyanlar baş qaldırdı. Hacı Çələbinin başçılıq etdiyi üsyan 1743-cü ilin sonunda Şəki xanlığının yaranması ilə nəticələndi. Nadir şah bu üsyanları yatırmağa müvəffəq oldu. 1747-ci ildə Ərdəbildə III Sam Mirzənin rəhbərliyi ilə başlanan üsyan da yatırıldı. 1747-ci ilin iyunun 19-da “Şərqin sonuncu fatehi” Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi ilə onun imperiyası dağıldı.