27
Protistlərə bitki və heyvanlardan fərqli olan, morfoloji görünüşcə zəif
diferensiasiya olunmuş, əsasən birhüceyrəli orqanizmlər aiddirlər. Hüceyrə
quruluşuna əsasən protistləri 2 qrupa ayırmaq olur: birincisi hüceyrələri heyvanlara
və bitkilərə oxşar olan ali protistlər qrupudur ki, bunlara eukaroitlər deyilir. Bu
qrupa (göy-yaşıl yosunlardan başqa) bütün yosunlar, göbələklər və ibtidailər
daxildir. Bunlarda nüvə xüsusi membran ilə əhatə edilmişdir.
İbtidai protistlərə isə hüceyrə quruluşuna görə yuxarıdakılardan kəskin
fərqlənən çox sadə quruluşa malik olan bakteriyalar və göy-yaşıl yosunlar aiddir.
Bunlar da prokariotlar qrupu adlanırlar. Bunlarda nüvə membransız olur.
Viruslar hüceyrə quruluşu olmayan hissəciklərdən təşkil olunduğuna və canlı
hüceyrələrdən kənarda sərbəst çoxala bilmədiklərinə görə digər orqanizmlərdən
fərqlənirlər (yalnız canlı hüceyrə daxilində çoxalırlar).
Eukariot orqanizmlərdən yosunları alqologiya, göbələkləri mikologiya,
mikroskopik ölçülü ibtidailəri isə (protozoalar) protozoologiya elmi öyrənir.
Eukariotların hüceyrələrində mitoxondrii və plastidlər vardır.
Prokariotları fərqləndirən əlamətlərdən əsası membranla əhatə olunmuş
nüvənin olmamasıdır. Bundan əlavə prokariotların mitoxondrii və xloroplastları
yoxdur.
Prokariotlar morfoloji cəhətcə az diferensiasiya olunmuşdur və quruluş tipinə
görə bunların formaları məhduddur (dairəvi, düzgün və əyilmiş çöplər,
qıvrımlılar).
Eukariotların həyatı oksigendən asılı olduğu halda, prokariotların isə
müəyyən qrupları anaerob şəraitdə yaşaya bilir və inkişafına lazım olan enercini
qıcqırma və ya anaerob tənəffüs prosesindən alırlar. Hətta bəzi bakteriyalar isə
enercini qeyri-üzvi maddələrdən və ya elementlərin oksidləşməsindən alırlar.
Eukariotlardan fərqli olaraq bakteriyaların, aktinomisetlərin və göy-yaşıl
yosunların bir çoxu atmosfer azotunu fiksə etmə qabiliyyətinə malikdirlər.
Dostları ilə paylaş: