Kartofda qara dəmgil. Xəstəliyin törədicisi Rhizoctonia solani–dir. Kartofun
üzərində kif göbələyinin xırda və orta böyüklükdə çoxlu miqdarda sklerotisi yığılır.
Səthi sklerotisilər kartofun kimyəvi tərkibinə təsir etmir, onun dad və yeyinti
keyfiyyətini dəyişir.
Kartofda unlu dəmgil. Xəstəliyin törədicisi Spongospora subterranea-dır.
Bu xəstəliyə yoluxmuş kartofda əvvəl şişlər əmələ gəlir, sonra bu şişlər həcmcə
böyüyür, partlayır, şişlərin daxilindəki möhtəviyyat axır və quruyur. Əmələ gəlmiş
yarıqlar öz ulduzşəkilli formasını saxlayırlar. Saxlanma, daşınma prosesləri zamanı
kartoflar həmişə bir-birinə sürtündüyündən, əmələ gəlmiş yarıqlar da tədricən
itməyə başlayır.