Taxılın mikrobiotasının müxtəlif saxlanma şəraiti və emalı zamanı dəyişilməsi Çoxlu tədqiqatlar göstərmişdir ki, əgər taxıl quru vəziyyətdə olarsa və daimi
temperatur
şəraitində
saxlanarsa,
onun
saxlanma
müddəti
uzandıqca
mikroorqanizmlərin
ümumi
miqdarı
azalır,
həmçinin
taxıl
kütləsinin
mikrobiotasının keyfiyyət tərkibi də bir qədər dəyişir. Məsələn, buğda və çovdarı
normal şəraitdə uzun müddət saxladıqda Pseudomonas herbicola bakteriyaları
tamamilə ölür, lakin spor əmələ gətirən Bacillus mesentericus, Bacillus subtilis bakteriyaları, həmçinin kif göbələklərinin sporları yaxşı qalırlar. Əgər taxılın
saxlanması normal şəraitdə davam edərsə, mikroorqanizmlər – kif göbələkləri və
başqaları – sükunətdə olur və çoxalmırlar.
Saxlanma şəraiti dəyişilən zaman (nəmliyin, temperaturun artması) istər təzə
yığılan, istərsə də uzun müddət saxlanılan taxıl kütləsində mikroorqanizmlər ola
bilər və onlar tədricən və ya sürətlə çoxala bilər. Bu zaman bir növü digəri, o
cümlədən epifitləri kif göbələkləri əvəz edir. Sahədə və taxıl anbarında əlverişsiz
şəraitdə saxlanma zamanı bir neçə gündən sonra mikroorqanizmlərin təsiri altında
taxıl qismən, yaxud tamamilə xarab ola bilər.
Saxlanma zamanı (dən) taxıl kütləsində mikroorqanizmlərin inkişafına imkan
verən mühüm şərait: taxıl kütləsinin və onun ayrı-ayrı komponentlərin nəmliyi;
onun aerasiya dərəcəsi; dənin tamlığı və onun örtük toxumasının vəziyyəti;
qatışıqların miqdarı və növ tərkibi hesab edilir.
Normal keyfiyyətli taxılda mühit reaksiyası pH-5,6-6,4 arasında olur. Hiss
olunacaq dəyişiklik isə taxıl xarab olanda müşahidə edilir. Taxıl kütləsinin adi
167
mikrobiotasına düz günəş şüası öldürücü təsir edir. Lakin səpələnən şüaya əksər
saprotrof mikroorqanizmlər laqeyd münasibət göstərirlər.